İsrail səfirliyi qarşısında aksiya keçirildi

İslaminsesi.az-ın verdiyi xəbərə görə, bu gün İsrailin Azərbaycandakı səfirliyi qarşısında Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə Beynəlxalq Qüds günü münasibətilə “Biz zülmə yox deyirik!” şuarı altında kütləvi aksiya-piket keçirilib. Piketə yüzdən artıq İslamçı fəal, sadə insanlar və AİP funksionerləri qatılıb.
Aksiyada İsrailin qəsbkarlıq niyyətləri və əməllərinə qarşı “rədd olsun işğalçı rejimlər”, “Qəzzada müsəlman qətliamını dayandırın”, “Müqəddəs torpaqlardan- Qüdsdən murdar caynaqlarınızı çəkin!”, “Qarabağın işğalı Qüdsün işğalının davamıdır”, “Qəsbkarlara ölüm olsun”, “Sionist işğalçı İsrail rejiminə dünya birliyini yox deməyə çağırırıq”, Dünyanın bütün müsəlmanları, tərəqqipərvər insanlar, bəşəri cinayətlərə imza atan və onu davam etdirən qəsbkar, qondarma İsrail dövlətinə qarşı birləşin!” şüarları səsləndiriblər. Piketdə qəbul olunmuş qətnamə oxunub.
Zülmə etiraz edənlərin 44 nəfərini Yasamal Rayon Polis İdarəsinin əməkdaşları saxlayaraq 27-ci polis bölməsinə aparıb.
Aldığımız məlumata görə, Qüds günü ilə bağlı aksiyaya hazırlıq görən AİP-in Masallı rayon şöbəsinin bir qrup fəalı gecə ilə polis şöbəsinə aparılıb.

25-07-2014 23:28 Baxılıb: 1 3240    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив