Rachel Corrie (1979-2003). 11 il əvvəl , yaşadığı ölkədən - Amerikadan Qazzəyə gəldi . Elə həmin il , Qəzzaya gəldiyi iki ay olmamışkən iki İsrail buldozerinə qarşı 3 saatlıq müqaviməti sonrasında öldürüldü. Buldozerin dişləri arasında öldüyündə tək bir məqsədi vardı; Fələstinli ailələrin evinin yıxılmasının qarşısını almaq... Amma Buldozeri idarə edən İsrail əsgəri acımadan onu əzdi, buldozerlə üzərindən keçdi. Hələ 23 yaşındakı bir qız asan-asan hər kəsin edə bilməyəcəyi bir şeyi edir; çox rahat bir həyat sürərkən ölkəsini buraxıb savaşın mərkəzi Qəzzaya gedir. Barış könüllüsü olaraq çalışır. Xüsusilə bir qadın üçün bu böyük cəsarətdir. Yazılarının birində "bilirəm amerikalıyam demək mənə utanc verir , amma mənə bu utancı yaşadanların ölkəsində utananların da olduğunu göstərmək istəyirəm sizlərə" deyirdi. Rachel Corrie'nin xatirəsinə My Name Is Rachel Corrie adlı teatr və The Skies are WEEPING adlı kantata tərtib edildi. 2008-ci ildə Corrie'nin yazıları yığılaraq Let Me Stand Alone başlığı altında nümayiş olundu, Rachel Corrie Foundation for Peace and Justice Vəqfi quruldu və işlərini davam etdirməkdədir. Bu gün İsraili dəstəkləyənlərə bu xanımda olan kişiliyin çox demirəm, bir azının onlarda olmasını arzulayıram.... Güc birlikdədir