Mossadın işçiləri dünyada necə biabır oldular?

 Mossadın ən böyük fiaskolarından biri 1998-ci ilin fevralında İsveçrə paytaxtı Berndə yaşandı. Hizbullah tərəfindən istifadə olunduğu güman edilən binaya dinləmə cihazı yerləşdirməyə çalışan cəsuslar bir-birinin ardınca uğursuzluğa düçar olunca Mossad necə deyərlər, cinayət başında yaxalandı. Tel-Əvivdəki planın Berndəki hesaba uyuşmaması ilə nəticələnən qalmaqal belə baş vermişdi.
 İsrailli cəsuslar özlərindən arxayın şəkildə eyni təyyarə ilə Sürixə gəldilər. Saxta pasportlarını bir qırağa qoyub İsrail pasportlarından istifadə etdilər. Hamısı eyni avtomobilə əyləşərək Hizbullah üzvləri tərəfindən istifadə olunduğu sanılan binaya gəldilər. Əlbəttə, belədə ən xırda hadisədə də polisə xəbər verməyə vərdiş edən avropalı qocaları oyandırmış oldular. Cəsuslardan üçü dinləmə cihazlarını yerləşdirmək üçün binaya girdi, digər ikisi isə ətrafı nəzarətdə saxlamaq üçün maşında qaldı.
 Maşında qalanlar gecənin bir vaxtı ətrafdakıların diqqətini çəkdiklərini görüb homoseksual roluna girməyə və öpüşməyə başladılar. “Homoseksuallar”ın bu hərəkəti binalardakı mənzillərin pərdələrinin arxasından baxan qocaları da iştahlandırdı. Hadisə yerinə gələn polis “homseksual” agentləri nəzarət altına aldı. Bu vaxt binadakı cəsuslar da ələ keçirildi, onlar “baş-başa qalmaq üçün yer axtarırdıq” deyərək işin içindən sivişib çıxmağa çalışdılar, amma qaş qayırarkən vurub gözü də çıxarmış oldular. Belə ki İsveçrə polisi bu bir qrup “homoseksual”ın davranışların şübhələnməyə başlasdı, “tamaşa”nın kulminasiya nöqtəsi isə bir polisin üzərinə silah çəkdiyinə görə agentlərdən birinin infarkt keçirməsi oldu.
 Ara qarışınca cəsusların dördü Fransaya qaçmağı bacardı, amma infarkt keçirən Mossad agenti İsveçrə mühakiməsindən canını qurtara bilmədi. Mossadın dünya mətbuatına “fantastik uğurlardan biri” kimi təqdim etmək istədiyi əməliyyat tragikomediyaya dönmüşdü. Daha gülməli isə bu oldu ki, dinləmə qurğularının yerləşdirilməsi planlaşdırılan binaya dörd ildir heç bir Hizbullah üzvünün ayaq basmadığı üzə çıxdı.

16-07-2014 23:54 Baxılıb: 2 4930    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив