Duqin: Qazaxıstanın qərbyönümlü elitası Avrasiyaçı nizam uğrunda qurban verilməlidir


Qazaxıstan özünün çoxvektorlu siyasətinin bəhrəsini görməkdədir: Qərb, Rusiya, Çin. Burada istənilən qütbün çoxşaxəli təsir əldə etmək cəhdinin qarşısı digər qütbə müraciət edilməsi ilə alınıb. Məhz Nazarbayevin avrasiyaçılıqda ardıcıl olmamasının səbəbi də budur.. Başlanğıcda hər şey necə də yaxşı idi və çox şey vəd edirdi... İndi isə növbəti rəngli inqilab başladı. Hər şey sən demə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda da çox sevilən Cin Şarpın tezislərinə ciddi əməl etməklə baş verir. Əlbəttə ki hadisələrin arxasında Bayden və ABŞ durur. Onlar Rusiya üçün Avrasiyada yeni bir cəbhə yaratmağa cəhd edirlər.
Lakin Moskvanın artıq vaxtı yoxdur. “hiyləgər plan” və “birbaşa müdaxiləsiz” tərəfdarları ya satqın çıxdılar, ya da axmaq. Bu gün hamı 2014-cü ildə şansımızı qaçırdığımızı və hansı nəticələri əldə etdiyimizi dərk edir.
Stavkalar böyüyüb: “Minskə və ya Nursultana kömək etmək” radikal şəkildə mənasını dəyişib – idarə etməkdə davam etmək istəyirsinizsə, onda birmənalı seçim edin. Bizim tərəfə gəlin! Onda biz də gələrik. Həm xilas edərik, həm də kömək edərik. Geriyə çəkilmərik.
Biz ruslarıq. Biz yalnız üzbəüz toqquşmada qalib gəlirik – sadə, başa düşülən, güclü jestlərin sayəsində. Bu, belə olub, belədir və belə də olacaq. Postsovet məkanının yenidən inteqrasiyasını yubandırdıqca vəziyyət daha da pisləşməyə doğru gedir. Hərəkətə keçmək vaxtıdır. Qazaxıstanda da həmçinin. Bunun bədəli çoxvektorlu siyasətdən imtina etməkdir. Moskva ilə Çin arasında hardasa balanslaşdırmaq mümkündür. Lakin üçüncü tərəf – Qərb burda açıq-aşkar artıqdır. Qazaxıstanın qərbyönümlü elitası (Rusiyadakı kimi) yeni, Avrasiyaçı nizam uğrunda qurban verilməlidir.

Aleksandr Duqin             katehon.com            Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
05-01-2022 04:27 Baxılıb: 1220    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}