Sərdar Cəlaloğlu PKK terrorçuları ilə gizli görüş keçirib


Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşdən danışıb. Türkiyəli general bu cür hərəkətlərin Türkiyə ictimaiyyəti tərəfindən mənfi qarşılandığını bildirib.
Kürşat Atılgan deyib ki, Türkiyədəki PKK nümayəndələrinin arada Azərbaycana gələrək burda bir sıra müxalifətçilərlə gizli görüşlər keçirməsi xoş hərəkət deyil: “PKK bölücü fəaliyyətə başlayan zaman onun qarşısını almaq çətin olur. Ona görə də Azərbaycanda bu cür hərəkətlərə imkan verilməməsi vacibdir”.
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb. Məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, “Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib. Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın “Kürd Əli” adlı gizli cəsusunun vasitəçiliyi ilə baş tutub.
Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib. O açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib: “Bir vaxt Sərdar Cəlaloğlu iddia edirdi ki, guya həmin görüşdə mən də iştirak etmişəm. Ancaq mən onu məhkəməyə verib sübut etdim ki, o görüşdə iştirak etməmişəm. Nəticədə Sərdar Cəlaloğlu məhkəmədə mənə uduzdu”.
Sərdar Cəlaloğlunun PKK-çılarla görüşməsini Naxçıvanda musiqi məktəbinin direktoru işləmiş, 1988-ci ilin Milli Azadlıq Hərəkatının fəallarından olan hacı Ramiz Mirzəoğlu da təsdiqləyib.
шаблоны для dle 11.2
29-12-2021 20:04 Baxılıb: 2840    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}