Vahhabinin şiənin üstünə bağırdığı məqama gəlib çatmışıq


Bu gün səhər saatlarında yaxın bir adamın avtobusda şahid olduğu mənzərə ölkədə səhv təbliğatın nəticəsi olaraq vəziyyətin yaxşı yerə getmədiyinin göstəricisidir.
Deməli, avtobusda orta yaşlı kəlağayıda olan bir qadın 14 nömrəli avtobusun gec-gec gəlməsini narazılıq edərək, avtobus sürücüsünə etirazını bildirib. Yəni öz dilimizdə desək sadəcə "deyinib". Amma bu zaman bir vahhabi həmin bu qadının əlindəki üzükdən (dini üzük) əsəbləşərək qadına qarşı sərt və nalayiq sözlər işlətməyə başlayıb. Səbəb isə qadının deyinməyi yox, rafizi, yəni şiə olmasi olub. Vahhabinin qadına dediyi sözlər: "Kəs də səsini, rafizinin biri! Səhər-səhər baş-beynimizi aparma. Dayanın, az qalıb. Qoy İranla müharibə başlasın, hamınızın başını əzəcəyik, qıracayıq hamınızı, İran tulaları! Xameneinin p*xları!" Qadın "Mən talışam" desə də, vahhabi "Fərqi yoxdu, şiəsən" deyib, yenə də bu cür təhdid dolu sözlərinə davam edib. Hər dəfəsində də "Az qalıb, az qalıb" sözlərini təkrar-təkrar işlədib.
Maraqlısı da budur ki, bütün avtobus vahhabinin qadına dediyi təhdid və təhqiramiz sözlərə görə etiraz etməyib. Yalnız bir nəfər "Xameneinin p*xları" sözünə görə deyib ki, "Düşün davanızı basqa yerdə edin". Vəssalam.
Əksinə, qadına təpki göstəriblər ki, qadınsan, cavab vermə filan.
Qadın isə düşəndə camaata deyib ki, xəbəriniz yoxdur, bunlar terrorçuluğu təblig edirlər, siz isə susursunuz.

P.S.: Hadisə 14 nömrəli avtobusda baş verib. Həmin xanım avtobusa saat 08:13 radələrində Yasamalda yerləşən "Saf Su"nun qarşısındakı dayanacaqda minib. Vahhabi isə artıq avtobusda olub. Daha sonra həmin vahabi Bakıxanov körpüsünün yanında yerləşən "Cəfər Cabbarlı" dayanacağında düşüb. "Baku Bus"larda səs və görüntülər var. Aidiyyatıı orqanlar bu məsələ ilə bağlı araşdırma aparsalar, yaxşı olar.

Bilal Qalib

шаблоны для dle 11.2
30-10-2021 06:24 Baxılıb: 1010    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}