Türkiyənin Xəzərdə nə işi var?


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dedi ki, Xəzər dənizinin bəyannaməsi var, müqaviləsi var və bu bəyannaməyə uyğun olaraq, Xəzər dənizində 5 ölkənin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) hərbi kontingentindən başqa heç bir ölkənin hərbçisi ola bilməz.
Yəni bu qanuna uyğun olaraq danışdı.
Çünki bu 5 ölkədən başqa birisinin olması razılaşdırılmış müqavilənin şərtlərinin pozulması deməkdir. Ona görə də Xəzərdə tək Türkiyə yox, heç ABŞ, Çin də ola bilməz.
Amma bu xəbəri paylaşan sayt və səhifələr o adla paylaşır ki, guya İran deyib Xəzərdə Türkiyə ola bilməz (aşağıdakı şəkil).
Xəbəri elə paylaşırlar ki, adam oxuyanda elə hesab edir ki, İranla Türkiyə hal-hazırda müharibə vəziyyətindədir, bir-birilərini qırırlar.
Əslində isə Xətibzadə sözlərinin sətiraltısında bu məna ilə xəbərdarlıq edir ki, sənin Xəzərdə heç kimlə düşmənçilyin, müharibə vəziyyətində olduğun bir ölkə və məqam yoxdur. Sən indi hansı adla Xəzərdə Xəzərə yad bir ölkə ilə təlim keçirirsən?
Təlimin şərti olar. Nə adla təlim keçirirsən və kimə qarşı keçirirsən? Şərti düşmənin kimdir?

Afik Əli

шаблоны для dle 11.2
13-09-2021 02:08 Baxılıb: 740    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}