Talibanla bağlı bilinməsi lazım olan üç mühüm məsələ


Bir çox təhlillərdə bu səhvləri gördüyüm üçün yazıram

1. Taliban 1979-89-cu illərdə Sovet ordusuna qarşı döyüşlərdə qətiyyən iştirak etməyib. Çünki özü 1994-də yaranıb. Bundan daha mühümü isə, Taliban məhz Sovet ordusuna qarşı döyüşən mücahid qruplarına və komandirlərinə qarşı döyüşüb və 1996-da Əfqanıstanda hakimiyyəti ələ keçirib. Sovetlərə qarşı mübarizənin mücahid liderləri Rəbbani, Hikmətyar, Məsud və başqaları idi ki, Taliban onları ya terrorla, ya döyüşdə öldürüb, ya da ölkədən qaçırdıb. 
2. Taliban insanların yadında 1996-2001 hakimiyyətləri zamanı kütləvi insan edamları, qadınlara qarşı zorakılıq, Budda heykəllərinin partladılması, başqa əqidələrə qarşı dözümsüzlük, Ben Ladenə himayə verməsi ilə yadda qalsa da, indiki Taliban 20 il əvvəlin Talibanı da deyil.
Məsələn, 20 il əvvəlin Talibanı İranın və Rusiyanın əsas düşmənlərindən hesab olunsa da, ABŞ müdaxiləsindən keçən 20 il ərzində, məhz ortaq rəqib olan ABŞ-a qarşı mübarizədə bunlar arasında elə sıx əlaqələr yaranıb ki, o əlaqələrin yaxın zamanlarda zəifləməsi sual altındadır. Taliblər öz 20 illik mövcudiyyətlərini qoruya bilməkdə bu dövlətlərə çox şeydə borcludurlar (Yeri gəlmişkən İranda Qüds briqadasının indiki komandiri Qaani uzun müddət Talibanla işin "kuratorlarından" olub). Ona görə də bu metamorfozanın hansı formada və nə qədər davam edəcəyini zaman göstərəcək. Amma 20 il əvvəlki Talibandan fərqli olaraq qızlara təhsilə icazə verilməsindən tutmuş Aşura mərasimlərinə şərait yaradılması ilə bağlı vədlər göstərir ki, Taliban öz öhdəliklərini hələ unutmayıb.
3. ABŞ-ın birdən birə Əfqanıstandan çıxması ilə hansı qlobal plan düşündüyünü bilmirəm. Müxtəlif versiyalar deyirlər. Amma məncə ABŞ sadəcə bu ərazini Rusiya, İran və Çinə güzəştə gedərək qaçıb. 
Onu da unutmayaq ki, Taliban və ona ideyaca yaxın Əl-Qaidə ilə İŞİD tam fərqli və bir-biri ilə düşmən qruplardır.

Elçin Əskərov
шаблоны для dle 11.2
17-08-2021 17:35 Baxılıb: 930    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}