Yaxın Şərqdə şiələrin dövranı gəlir

Əli Məhədzadə

İran və Səudiyyə Ərəbistanının növbəti toqquşacağı region Bəhreyn ola bilər.
Bu Səudiyyə Ərəbistanından sonra ikinci İsraili çox narahat edir!
Çünki İran geopolitik cəhətdən həm İsraili, həm də Səudiyyə Ərəbistanını regionda sıxışdırmaq üzrədir.
İranın son bir neçə ildə Yaxın Şərqdə nüfuzu sürətlə artmaqdadır və demək olar ki İsrailin sərhədlərinə tam yaxınlaşıb.
Suriyada möhkəmlənməsi, Livanda güclənməsi, İraqda daha sürətlə nüfüzunun artması, Həmas vasitəsilə Fələstindəki təsiri İsraili həm geopolitik və geostratejik cəhətdən dəhşətli dərəcədə narahat edir.
İranın Vyana danışıqlarındakı nüvə razılaşması və dünyanın supergücləri ilə (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya + Almaniya) bir masada oturması İsrailin demək olar ki yuxusunu ərşə çəkib.
Yəməndə husilərin və Ənsərullahın rəhbərliyi ilə Səudiyyə Ərəbistan ordusunun günbəgün dağıdılması və İranın Yəməndəki mövqeyi Səudiyyə vəlihədlərinin regionda uduzduğunu göstərir.
Husi şiələr demək olar ki Yəməndə dövləti əla alıb. Səudiyyənin ən böyük qorxusu isə odur ki, Səudiyyənin öz daxilindəki şiələr də birdən fikrini dəyişər, Yəmən şiələrindən ilhamlanaraq Səudiyyə hökümətinə qarşı müharibə edə bilərlər və Səudiyyənin daxilində məzhəb qarşıdurmaları bir anda böyüyərək daxili müharibəyə çevrilər!
Səudiyyə xalqının 10%-i şiədir, bu isə təxminən 2-3 milyon əhali edir.
Təsəvvür edin ki 3 milyon şiə əlinə silah alır və daxili müharibəyə başlayır - bu isə İranın Səudiyyə daxilinə nüfuz etməsi deməkdir.
Onsuzda Yəmən Ənsərullahı ilə müharibədə Səudiyyə və müttəfiq ərəb dövlətləri (BƏƏ, İordaniya, Oman, Bəhreyn) darmadağın olub.
Səudiyyənin ən varlı 88 milyard dollarlıq şirkəti olan "Aramkon"u husilər və Ənsərullah İranın son model dronları və raketləri ilə iflic elədilər.
Bəhreyn kiçik dövlətdir - ərazisi 750 min kvadrat kilometr, əhalisi isə 1 milyon 320 min nəfərdir. Əhalisinin 70%i şiədir - bu isə 1 milyondan çox edir.
Səudiyyə bundan çox qorxur.
Bəhreyndə artıq şiələr böyük çıxışlara və yürüşlərə başlayıb.
Və bu səbəbdən İran Bəhreyni Səudiyyədən çox rahatlıqla qopara bilər.
Həmçinin Bəhreyn şiələri Bəhreyni idarəetməsinin sunni vəlihədlərdə olmasını isdəmir və kəskin etirazlara başlayıblar.
Artıq Səudiyyə vəlihədi İbn Salman İranla diplomatik münasibətlərin düzəldilməsini istəyir. O həmçinin Bəşər Əsədin diplomatik nümayəndələri ilə də görüşmüşdür.
Yaxın Şərqdə böyük dəyişikliklər gözlənilir. Putinin ideoloqu Duqinin dediyi kimi, şiələrin dövranı gəlir.
шаблоны для dle 11.2
17-06-2021 08:26 Baxılıb: 2160    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}