Erməni mətbuatının qondarma xəbərləri əsasında İranı pisləyən şanlı Azərbaycan mətbuatçılarını tanıyaq!

Taryel Abdullayev belə bir xəbər paylaşıb.
Xəbərin mənbəsinə baxanda görürük ki, "ajmedia"dır (Azərbaycan yəhudi mediası).
Taryel bəy özü də bu media orqanında çalışır.
Girdik "ajmedia" saytında istinad edilən mənbəyə baxdıq. Onlar da konkret.az saytına istinad ediblər. konkret.az saytında da ciddi bir istinad yoxdur, sadəcə qeyd edilir ki, "erməni mediasına istinadən".
Bu xəbəri erməni mediasında axtardıq və sadəcə iki saytın paylaşdığını gördük. Bunlardan biri "armradio", digəri isə "armenpress" saytlarıdır. "armradio" özü "armenpress"ə istinad edib, xəbərin başlanğıcı olan "armenpress"də isə ciddi bir istinad yoxdur. Sadəcə qeyd ediblər ki, "hakimiyyət orqanlarından alınan məlumata görə".
Bu saytların statistikasına baxanda gördük ki, heç biri Ermənistanda ciddi statistikaya sahib sayt deyil. "Armradio" saytının adı heç ilk otuzluğa düşmür, "armenpress" isə 28-ci yerdədir. Yəni, bu saytların heç bir ciddiyyəti yoxdur.
Əlavə olaraq, bu xəbəri İran saytlarında təsdiqləyəcək heç bir xəbər yoxdur. Ayətullah Xamenei haqqında bütün xəbərlərin yer aldığı "khamenei.ir" saytında da bu xəbərdən əsər-əlamət yoxdur.
Ən əsas nüans isə başqadır. Bu xəbərin paylaşıldığı 4 sayt 4-ü də xəbəri 28-29 aprel arasında paylaşıb. Xəbərdə isə deyilir ki, "Novruz bayramı ilə əlaqədar təbrikə cavab olaraq..." Niyə Novruzla bağlı təbrikə cavab bir aydan sonra gəlsin ki? Həqiqətən də xəbərin nə faktiki, nə də məntiqi sübutu yoxdur.

"Onlara De" facebook səhifəsi
шаблоны для dle 11.2
18-05-2021 18:27 Baxılıb: 1400    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}