MƏRKƏZİ ASİYADA SÜLHÜN YEGANƏ QARANTI RUSİYADIR

Sülh istəyirsizsə, Rusiyaya müraciət edin

Tacikistan-Qırğızıstan sərhəddində baş verən hərbi münaqişənin əvvəllər də bu tipdə baş verən münaqişələrlə oxşar cəhətləri olsa da, bu dəfə baş verənlər əvvəlki münaqişələrdən kifayət qədər fərqli formada oldu. 
Bu regionda sərhəd boyu konfliktlər adi hala çevrilib. Sərhəddin hər iki tərəfində yaşayan əhali gah hansısa suyu bölə bilmirlər, gah hansısa örüşü, gah da hansısa əkin sahəsini. Birinin bu resurslardan çox istifadəsi digər tərəfdə qıcıq yaradır, ziyanın ödənilməsini tələb edirlər, razılığa gələ bilmirlər və beləcə münaqişə başlayır. Bu dəfəki su mübahisəsi daha ciddi xarakter daşıyırdı. İndiyə qədər hələ bu qədər hərbi qüvvənin, zirehli texnikanın, minaatanların (az qala aviasiyadan istifadə edilirdi) istifadə edildiyi konflikt olmamışdı.
Üç günlük hərbi toqquşmanın ilkin nəticələri insanı çox təsirləndirir. 40-dan çox insan ölüb, təqribən 200 nəfər yaralanıb, sərhədboyu zonada xeyli yaşayış evləri yandırılıb. Atışma gah dayandırılır, gah da yenidən başlayırdı. Aprelin 29-unda tərəflər atəşkəs haqqında razılığa gəlsələr də bir gün sonra hərbi toqquşma yenidən bərpa olundu. Və həmin günün sonunda yenidən atəşkəs razılığı əldə edildi. Amma buna baxmayaraq mayın 1-i səhər saatlarında atışma yenidən başladı. Lakin dünən axşam saatlarında yenidən atəşkəs oldu. Hətta tərəflər 4 bənddən ibarət protokol da imzaladılar. Şükür Allaha ki, bu gün münaqişə yenidən qızışmayıb.
Məsələ burasındadır ki, atəşkəs razılaşmasını qüvvədə saxlamaq, ona riayət etmək müəyyən müddətə mümkün olsa belə bu o demək deyil ki, bir daha atəş açılmayacaq. Çünki artıq hər iki tərəfdən silah götürüb döyüşə atılmağa hazır olan könüllü insanlar tapılıb və onların sayı xeyli artıb. 
Lakin əsas diqqət cəlb edən məsələ bu deyil. Əsas diqqət ediləsi məqam beynəlxalq siyasi proseslərin subyektlərinin bu məsələyə operativ reaksiya bildirməsidir. Hamıdan əvvəl Rusiyanın reaksiyası gəldi. Rusiya tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırdı və bunun üçün istənilən səviyyədə kömək etməyə hazır olduğunu bildirdi. 
Və bu an ATƏT öz təşəbbüsü ilə çıxış etdi. Təşkilat danışıqlarda vasitəçi olmaq istədikləri barədə təklif irəli sürdü. Özünü bundan əvvəl heç bir münaqişədə effektiv vasitəçi və sülh tərəfdarı kimi təsdiqləməyən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Mərkəzi Asiyada nə iti azıb sualı da maraq doğurmaya bilməz...
Bu konfliktlə bağlı KTMT də hərəkətə keçdi. Çünki münaqişənin hər iki tərəfi bu təşkilatın üzvüdür. Burda qeyd etmək yerinə düşər ki, artıq bəzi ekspertlər biri digərinə züy tutaraq bildirirlər ki, axı bu necə təşkilatdır ki, onun iki üzvü bir-birini qırır. Həmin ekspertlər NATO-nun iki üzvü – Türkiyə ilə Yunanıstan arasındakı Kipr konfliktini yadlarına salsınlar. KTMT haqqında onu demək olar ki, bu təşkilat əvvəllər yaman “yuxuya getmişdi”. Bu hadisələr gec də olsa onu oyatdı.
Yeri düşmüşkən Türkiyə haqqında. Dünən Türkiyə elan etdi ki, münaqişənin həll edilməsində, sülhün bərqərar edilməsində köməklik göstərə bilər. Türkiyə indiyə qədər bu regionda özünü bu qədər aktiv “göstərməmişdi”. Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə Qırğızıstana kömək etməyə, hətta özünün məşhur "Bayraktar" PUA-larından verməyə hazırdır. Bəziləri qeyd edir ki, guya həmin PUA-lar artıq regiona aparılıb. Amma inandırıcı deyil. Fikrimizcə Türkiyənin münaqişəyə müdaxiləsi vəziyyəti daha da qəlizləşdirəcək. Çünki bu müdaxilə Qırğızıstana kömək kimi qiymətləndirilə bilər və bu da Tacikistanı kömək üçün  ilk növbədə İrana müraciət etməyə sövq edə bilər. Əgər Əfqanıstandan olan tacik soydaşlarının könüllü kimi konfliktdə iştirakını nəzərə alsaq məsələnin göründüyündən də qəliz olduğunu deyə bilərik. 
ABŞ-ın öz hərbi kontingentini Əfqanıstandan 11 sentyabra qədər çıxaracağını nəzərə alsaq bu tarixdən sonra nəinki Mərkəzi Asiyadan Rusiyaya və Avropaya narkotraffikin artacağını, həm də bu respublikalarda dövlətçilikləri ilə bağlı problemlərinin yaranacağından xəbər verir.
Burda bir də Çin amili var. Çin regionun iqtisadiyyatında çox ağır çəkiyə malik olsa da bacardıqca konfliktlərə girişmir. Bundan başqa o regoin ölkələrinin zəifləməsində maraqlıdır ki, onun bu regionu “udmasına” mane ola bilməsinlər. Ona görə də nə Bişkekin, nə də Düşənbənin Çindən kömək gözləməsinə dəyməz.
Bu arada Özbəkistanı heç unutmaq olmaz. Özbəkistan regionun ən güclü dövlətidir. Amma fikrimizcə onun bu münaqişəyə aktiv müdaxilə etməsini gözləmək sadəlövhlük olardı. Çünki 2010-cu ildə eyni regionda baş verən münaqişə zamanı Özbəkistanın o vaxtkı prezidenti Qırğızıstanla sərhədlərin bağlanması, sərhədi keçməyə cəhd edən istənilən şəxsə atəş açılması barədə göstəriş vermişdi. O zaman bir nəfər də olsun Qırğısıstanda yaşayan özbək əsilli şəxs öz doğma vətəni olan Özbəkistana keçə bilməmişdi. Kərimov qonşularının problemlərini öz “evlərində” həll edib sakitləşməsini gözləyirdi. Öz aramızdır, həmin vaxt Qırğızıstanda Rusiyanın köməyini gözləyirdilər. Əhali arasında şaiyə yayıldı ki, rus desantları gələcək və buraları qaydaya salacaq. Hətta desant daşıyan rus təyyarələrinin Bişkekdə və Oşda yerə endiyi ilə bağlı şaiyələr yayılmışdı. Əhali Rusiyanın köməyini səbirsizliklə gözləyirdi.
Bütün bunları təhlil etdikdən sonra əminliklə demək olar ki, Rusiyanın bu regiondakı potensialı böyükdür və onun bu baxımdan rəqibi yoxdur. Hər iki münaqişə tərəfinin ordularında Rusiya istehsalı olan silahlar və hərbi texnikalardan istifadə edilir. Hər iki ölkədən milyonlarla miqrant Rusiyada əmək fəaliyyəti ilə məşğuldur ki, onlar hər il milyardlarla dollar göndərərək öz vətənlərindəki ailələrini saxlayırlar. Bunun nəticəsi olaraq hər iki ölkədə sadə insanlar başa düşür ki, iş tapmaq, karyera yüksəlişinə nail olmaq, ölkədən kənarda pul qazanmaq üçün rus dilini bilmək çox vacibdir. Hər iki ölkədə öz dillərini inkişaf etdirmək siyasəti bu ölkələrin iqtisadi vəziyyətinə görə baş tutmadı.
Regionda ən böyük lyihələri ya Rusiya, ya da Çin həyata keçirir. Rusiya bazarı hər iki ölkə üçün ixrac bazarı kimi misilsiz dəyərə malikdir. Amma Çin isə bu iki ölkəyə öz mallarının ixrac bazarı kimi baxır.
Və ən vacib məsələlərdən birini- hər iki ölkədə Rusiya hərbi bazalarının olmasını unutmaq olmaz. Çünki həmin bazalarda olan şəxsi heyəti qısa zamanda sülhyaratma əməliyyatlarına cəlb etmək olar ki, bu cür imkan heç bir ölkədə yoxdur. Bundan başqa həmin bazalar yerləşdiyi ölkələrin suverenliyinin qarantı kimi orda mövcuddur.
Bir sözlə, necə deyərlər, nə qədər fırlatsan da  bu ölkələr sözün yaxşı mənasında Rusiyadan qaça bilməzlər. Əgər əlbəttə ki, onlar münaqişəni sülh yolu ilə həll etməyə can atırlarsa. Bu xüsusiyyət təkcə yaranan konfliktlə əlaqəli deyil. Ümumiyyətlə vəziyyət belədir ki, hər iki ölkə Rusiya ilə sıx bağlıdır, Rusiyanın oradakı mövqeyi çox güclüdür.
Hazırkı ABŞ rəhbərliyi – Bayden və komandası media və “vətəndaş cəmiyyətləri” vasitəsilə Rusiyanın regiondakı rolunu kiçiltməyə yönəlik tədbirlər görməsinə baxmayaraq Rusiya yenə də regionda əsas həlledici güc olaraq qalır.

Aleksandr Bolqov               kp.ru

Tərcümə:

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi
шаблоны для dle 11.2
02-05-2021 06:28 Baxılıb: 1020    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}