Putinin bu gün Qafqazda iki yaxın silahdaşı var: Kadırov və Əliyev

Zaur Ağalaroğlu
Avrasiya Hərəkatı Azərbaycan təşkilatı

Azərbaycanda yeganə Rusiyayönümlü təşkilat olan Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvü kimi ölkədəki vəziyyətlə bağlı münasibətimi bildirmək istəyirəm. Bu təşkilat tanınmış rusiyalı politoloq, professor, Azərbaycan xalqının böyük dostu, şiəliyə, turançılığa, İrana böyük önəm verən Aleksandr Duqinin təşkilatıdır, biz onun Beynəlxalq Avrasiya Hərəkatının Azərbaycan şöbəsiyik. Uzun illər respublikada Rusiyayönlü və İranyönlü təbliğat aparmışıq, antiqlobalist camiədəki aktivistləri avrasiyaçılığa yönəltmişik, NATO-nun təbliğat maşınına uğurla sinə gərmişik. Ölkədə xalqa Rusiya həqiqətlərini çatdırmaqla məşğul olmuşuq.
Mübarizəmiz siyasi sahədən də çox təbliğat-təşviqat sahəsini əhatə edib. 6-ya yaxın qəzetimiz, bir neçə saytmız olub. 40-a yaxın kitab hazırlamışıq, 6-sı çapdan çıxıb, qalanları onyaln formasındadır.
Respublikada 35-ə yaxın yazar yetişdirmişik ki, hal-hazırda, opponentlərimizin təbirincə desək, Rusiya və İranyönlü təbliğatla məşğuldurlar, əslində isə NATO təsirinə qarşı uğurla mübarizə aparmaqdadırlar. Təşkilatımızın yüzlərlə üzvü, minlərlə tərəfdarı vardır. Mən və yoldaşlarım respublikada on minlərlə insanın Qərbyönümlü siyasi əqidəsini dəyişdirərək onları Rusiyayönlü və İranyönlü etmişik ki, bununla fəxr duyuruq. Suriyada və İraqda müharibə zamanı NATO-nun Azərbaycandakı təbliğat maşınına qarşı dirəniş göstərərək xalqa Rusiya həqiqətlərini çatdırmağa müvəffəq olduq, göstərdik ki, Rusiya ordusu Suriyaya, gülənçi mətubatın iddia etdiyi kimi, müsəlmanları qırmağa yox, suriyalıları, şiələri terrordan xilas etməyə girib. Uzun illər Azərbaycandakı nurçu sektasına qarşı mübarizə aparmışıq və buna görə təzyiqlərə məruz qalmışıq. Son mübarizəmiz Avropada NATO kəşfiyyatının kurasiya etdiyi müxalifətçi mühacirlərə qarşı olub- onların iç üzünü açıb xalqa göstərmişik.
Bizim təşkilat əslində ictimai-siyasi olmaqdan da çox, təbliğat-təşviqat təşkilatı olmuşdur. Onsuz da bizə ictimai-siyasi arenaya çıxmağa imkan vermirdilər. Ramiz-Mehdiyev-Əli Həsənovun şaykası NATO standartlarına uyğun gəlməyən təşkilatların işini bloklayır, onlara diqqət ayırmır və meydan vermirdilər. Bu gün liberal-müxalifətçi mətbuat Ramiz Mehdiyevi, Əli Həsənovu Rusiya agenti kimi qələmə verir, amma əslində belə deyil, onlar Qərbin, ABŞ-ın, NATO-nun ölkəmizdəki təsir agentiləridir. Bu gün azərbaycanlılarının müəyyən qisminin Rusiyaya düşmən kəsilməsində, əksər əhalinin antirus düşüncəyə sahiblənməsində əsas günahkar Ramiz Mehdiyev və Əli Həsənovdur, biz bunu hələ onlar hakimiyyətdə olduqları dövrlərdə dəfələrlə öz analizlərimizdə vurğulamışıq. Onlar uzun onililiklər ölkədə antirus təbliğat aparmış, ABŞ-ın antirus layihələrin həyata keçirmiş, xalqımızı Rusiyaya qarşı kökləməyə çalışmışlar. Bəli, Azərbaycan xalqının əksər hissəsinin Rusiyaya nifrət bəsləməsində əsas baiskar Ramiz Mehdiyev və Əli Həsənovdur. Amma bu adamlar özləri mətbuata pul verib özlərini “Rusiyanın adamı” kimi xalqa sırıdırdılar. Biz uzun illər qeyd edirdik ki, Əli Həsənov Fətulla Gülənin Prezident Aparatındakı imamıdır və bu adam ordan rədd edilməlidir. O dəfələrlə Pensilvaniyaya və Türkiyəyə səfərlər edib Fətulla Gülənlə və gülənçilərlə görüşmüşdü, Gülənin əl-əyağından öpmüşdü, Gülənin qarşısında öhdəliklər götürmüşdü. Ölkəmizdəki narıncı inqilabı da məhz bu şəxslər həyata keçirməliydilər. Əli Həsənovun bu səfərlərinin bəziləri mətbuatda öz əksini tapmışdır:

“Azərbaycan nurçularının rəhbəri Əli Həsənovdur? - Mətbu xülasə”
http://avrasiya.info/nurculuq/4786-azerbaycan-nurchularinin-rehberi-eli-hesenovdur-metbu-xulase.html

Belə bir şaykanın Rusiyayönümlü təşkilata münasibəti necə ola bilərdi? Bu həmin Əli Həsənovdur ki, Rusiya səfirliyinin qarşısında mitinq keçirən faşist partiya rəhbərlərinə Bakının mərkəzində ev verdi, İsrail səfirliyinin qarşısında mitinq keçirdən Abgül Süleymanova isə 11 il həbsə göndərdi. Dindar aktivistlərinin içində Abgül tam fərqli idi, çünki o ən azından Rusiyaya qarşı deyildi. Heç Prezidentə də qarşı deyildi. Amma torbasını tikdilər. Çünki Əli Həsənovun ağalarına qarşı gedirdi. Dindar camiədə bir çox liderliyə iddialı insanlar vardır. Lakin onların bir çoxu bizim konspiroloqların dediyi kimi, liberal təfəkkürlü insanlardır, siyasəti “Yeni müsavat” və “Azadlıq” qəzetlərindəki məlum trafaretlərdən, liberal şablonlardan öyrənib ortalığa düşmüşlər. Bəzi yoldaşların xoşuna gəlməsə də həqiqət belədir.
Mən Abgül Süleymanovu dəstəkləmirəm, mənim yolum dini yox, Rusiyaçı yoldur, amma axı, Abgül kimilərin enerjisini lazımi istiqamətə yönəltmək olardı. Onların antinato-çu potensialından ölkəmizin maraqları üçün istifadə etmək olardı, necə ki Rusiyada istifadə edirlər. Amma Əli Həsənov məsələyə daha radikal yanaşaraq Abgülü həbsə atdırdı, çünki NATO-nun ölkəmizdəki təmsilçisi elə Əli Həsənov özü idi. Ölkədə uzun onilliklər boyu faşist təbliğatı aparmaqla məşğul olan təşkilatlar və partiyalar var- bu ki cinayətdir, bəs onlar barəsində niyə ölçü götürülmür? Bir çox bozqurdistlər, turanistlər var uzun onilliklərdir ki, ölkəmizdə faşist təbliğatı aparmaqla, millətlərarası nifaqı alovlandırmaqla məşğuldur. Özü türk olmaya-olmaya türkçülüyün atasına çevrilmiş, türk faşizmini Türkiyədən ölkəmizə ixrac edərək qabartmış, “Rus fars erməni – bunlar türkün düşməni”, “Türkün türkdən başqa dostu yoxdur” kimi şüarları ortalığa atmış təhlükəli ünsürlər var. Onların faşist əqidəli media orqanları uzun illər ölkəmizdə xarici kəşfiyyatların xeyrinə pozuculuq işləri aparmış, milləti Rusiya və İrana düşmən etməyə çalışmışlar. Mən inanıram və anladığım da budur ki, bu cür tiplər gələcəkdə öz layiqli cəzalarını alacaqlar. Hökmən alacaqlar. Amma indi görün onlar necə varlı, gen ayağa yaşayırlar! Çünki onların hamısını Əli Həsənovun nurçu sistemi yerbəyər edərək yüksəldib, söz və hörmət sahibi ediblər. Vaxtilə acından ölən bu şəxslər indi Bakıda hər şeylə təmin olunublar. Araşdırın görün təkcə Əli Həsənovun Mətbuat Şurası, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ona nə qədər pullar ayırıb! Məmurlardan yığdıqları milyonlarla reket haqqı da öz yerində.
Ramiz Mehdiyev, Əli Həsənov necə Rusiyayönlü ola bilər ki, onların dövründə bir nəfər də olsun Rusiyayönlü politoloq, jurnalist yetişməmişdir? Təkcə elə bu fakt onu göstərir ki, onlar Rusiyanın dostları yox, düşmənləri idilər. Əksinə Ramiz Mehdiyev, Əli Həsənov saysız-hesabsız antirus politoloq, jurnalist, aktivist yetişdirmişlər ki, bu gün də Rusiyayönlü fəaliyyətin ön sıralarındadırlar. Əli Həsənov necə Rusiya agenti idi ki, onun dövründə onlarla faşist saytı yaransa da bircə dənə olsun Rusiyayönlü sayt yaranmadı? Necə olur ki, Ramiz Mehdiyevin 30 illik hegemonluğu dövründə bircə nəfər də adi Rusiyayönlü jurnalist ərsəyə gəlmədi? Dediyim kimi, onlar Rusiya yox, Qərb agentləri idilər. Rusiya agentləri olmaları barədə dezinformasiyanı bu adamlar özləri mətbuata ötürürdülər. Vaxt var idi əllərinin altında olan, Qərb kəşfiyyatlarının qrantları hesabına fəaliyyət göstərən müxalifət qəzetlərinə pul verirdilər ki, bizim Rusiya kəşfiyyatının adamı olmamız barədə məqalələr yazın. Bu həm də onlara izi itirmək, ictimai fikri çaşdırmaq, baxışlarda anlaşılmazlıq, qarışıqlıq yaratmaq üçün lazım idi. Bu oyuna son qoymağın vaxtı gəlib çatmışdır.
Ramiz Mehdiyev-Əli Həsənov tandeminin dövründə Azərbaycanda ənənəvi islam daim təzyiq altında saxlanılıb, amma Putin daim ənənəvi dinlərə dəstək verdiyini bildirib və əməldə də bunu göstərib. Onlarla belə təzadlar söyləmək olar. Ramiz Mehdiyevin vaxtında ölkə az qala yarıya kimi vahhabiləşmişdi, amma ənənəvi dinin təbliğinə imkan verilmirdi. İndi də onun parlamentə yığdığı qərbçi zümrə eyni fəaliyyəti davam etdirir.
Mən çox istərdim Abgül Süleymanovun həbsi məsələsinə yenidən baxılsın, nümayəndələr onunla görüşüb söhbət aparsınlar, bu adam həbsdən buraxılsın. Bu addım Prezidentimizi dindar camiənin gözündə daha da ucaldardı. Onsuz da Qarabağımızın məscidlərini ziyarət etməklə, dini ayinlər icra etməklə Prezidentimiz xalqın gözündə ucalmışdır, bu addım isə onu dindarların gözündə daha da ucaldardı. Mən bilirəm ki, Taleh Bağırov və Mövsüm Səmədov kimi adamlar Prezidentə qarşı olublar, buna görə mən onlara qarşı çıxmışam, çünki liberallıq çoxuna siyarət edib, başa düşüləndir. Amma axı Abgül Süleymanov Prezidentə qarşı deyildi və əsl antiqlobalist idi. Bu adam İsrailə qarşı idi və vətənini hədsiz bir məhəbbətlə sevirdi. Xahiş edirəm ki dövlətimiz bu məsələyə yenidən nəzər yetirsin.
Prezidentin mətbuata ayırdığı pulları Əli Həsənov bir tərəfdən özü yeyirdi, bir tərəfdən də faşist təşkilatlarının inkişafına ötürürdü. Əli Həsənov ölkədə ictimai-siyasi fikrin yüngül desək, kökünə balta çalmışdır. Bu cür adam bizim Rusiyayönlü təşkilata necə dəstək verə bilərdi? Biz dəfələrlə müraciətlər etdik ki, bizim təşkilatı qeydiyyatdan keçirin, ona yer verin– olmadı. Biz Fətulla Gülən kriteriyalarına uyğun gəlmədiyimizə görə bizə nəinki dəstək verdilər, hətta problemlər yaradaraq kənarlaşdırmağa, neytrallaşdırmağa çalışdılar.
Ona görə də deyirəm ki, jurnalistlərə verilmiş həmin evlər geri alınmalı, dövlətə qaytarılmalıdır. Bu iki bina fəsad yuvasıdır və gələcəkdə Azərbaycanı məhvə aparacaqdır. Əli Həsənov və onun ağası Fətulla Gülən onlara lazım olan jurnalistləri bir yerə- həmin iki binaya ona görə yığıblar ki, gələcəkdə onlardan diversiya və sabotaj üçün istifadə etsinlər. Əli Həsənov və adamları Prezidenti aldadaraq həmin evləri NATO agenturasına paylamışlar. Bu jurnalistlərin çoxu illərlə ABŞ səfirliyinin tinində yatan, Qərb fondlarından pul alan, NATO strukturlarının təlimatı əsasında Rusiya və İrana qarşı təbliğat işi quran şəxslərdir. Bunları bir yerə yığmaq olmaz. Sabah ölkəmiz KTMT-yə, Avrasiya Birliyinə qoşulanda bu adamlar diversiya və sabotajla məşğul olacaqlar, necə ki indi Qarabağdakı Rus sülhməramlılarına qarşı dezinformasiya müharibəsinə start veriblər.
Həm Mətbuat Şurası, həm də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu – Fətulla Gülənin strukturlarıdır. Bu təşkilatlara yığışmış adamlar – Fətulla Gülənin keçmiş qulbeçələridir. Bunların bir çoxu açıq-aşkar bildirirdilər ki, bəli, nurçuyam, bəli, əcəb edirəm. İndi də həmin kreslolarda otururlar, maskanıblar, dövlətin pullarını yeməklə məşğuldurlar.
Mən Əli Həsənovun sizə bir yazısını göstərirəm. Baxın, bu adamın elementar savadı belə yox idi.
Baxın, bu adam “ictimai” sözünü “içtimai” kimi yazırdı. Elə bilirsiz bu təsadüfdür? Xeyr, mən əvvəllər də Əli Həsənovun yazılarında bu cür səhvlərə rast gəlmişdim, amma fikir verməmişdim. Bu adam adi öz işlədiyi vəzifənin adını düzgün yaza bilmirdi, amma bu boyda ölkənin ictimai-siyasi fikrini idarə edirdi. Və çox sevindiricidir ki, Prezidentimiz böyük dəyişikliklərə start verdi, layiq bildiyi professional adamları bu postlara gətirdi. Doğrudan da gözəl komanda formalaşdı və bu, özünü xüsusən müharibə dövründə qabarıq biruzə verdi. Müharibəni məhz bu gözəl komandanın hesabına udduq.
Mən yeni təyinatlara ancaq o yöndən fikir verirəm ki, bunlar xaricdə - Qərb ölkələrində, tərifli harvard, oskford universitetlərində təhsil almasınlar, öz yerli və Sovet təhsili görmüş mütəxəssislərimiz olsun. Xüsusən də Türkiyə təhsili görmüşlərdən qaç qurtar - əgər buna təhsil demək mümkündürsə. Facebook-da məşhur bir fikir dolaşmaqdadır ki, Türkiyədə institut oxumaqdansa Rusiyada kababçı işləmək yaxşıdır. Çünki Rusiyada kababçı işləyən adamın siyası təfəkkürü, ağlı Türkiyədə alim adı almış adamdan qat-qat yüksək olur.
Mən ilk əvvəllər Hikmət Hacıyevin təyinatına tərəddüdlə baxırdım, bu da elə onun Qərb təhsili ilə bağlı idi, lakin sonra onun İran haqqında məşhur fikirlərini gördüm, o cümlədən müharibə dövründəki yorulmaz, təmkinli və əzmkar fəaliyyətini izlədim (yadıma gəlir, Gəncədəkı bombardmandan sonra Hikmət müəllim orda olarkən etdiyi çıxışı dinləyərkən gözlərim yaşarmışdı). Başa düşdüm ki, bu adam öz dövlətimizin yetişdirdiyi professional kadrlardan biridir. Rusların bir sözü var, Какой восторг! Məhz sizin kimi oğulların hesabına Azərbaycanımızın başı ucaldı və daim ucalacaqdır. Sevindirici haldır ki, elçibəy sindromunu xalqımız tarixin zibil yeşiyinə atmaqdadır. Və tutduğumuz Avrasiyaçılıq yolu xalqımızı daim zirvələrə aparacaqdır, biz buna inanırıq.
Vətən Müharibəsi dövründə, eləcə də müharibədən sonra İnformasiya Müharibəsi siyasəti çox düzgün quruldu. Ona görə ki, Əli Həsənov kimi çobanlar Prezident Aparatından rədd edilmişdi. Korotçenko, Şevçenko, Duqin kimi vacib Rusiya siyasətçiləri mövqelərimizi uğurla və böyük aktivliklə dəstəklədilər. Lakin burda bir fiqur vardır ki, onu da sizin nəzərinizə çatdırmaq istəyirəm: Pyakin.
Valeri Pyakin konseptual texnologiyalar mütəxəssisi və KOB hərəkatının rəhbəridir. Çoxlu davamçıları, geniş auditoriyası vardır. Kremlin və Putinin siyasətini dəstəkləyən böyük bir kontengent rəhbəri, Rusiyada söz sahibidir. Bu adam Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəl ermənilərin mövqelərinə ağır zərbələr vurmuşdur və erməni millətçlərini Rusiya ictimaiyyətinin gözündən salmaq üçün böyük işlər görmüşdür. O Ermənistan hakimiyyətinin qərbçi-vatikançı-sionist mövqeyini açıb rus xalqına göstərmişdir. Xahiş edirəm onun təqdim etdiyim çıxışlarını izləyəsiniz ki, tutduğu mövqe haqında təsəvvürünüz olsun. Dövlətimiz bu cür şəxslərlə ünsiyyətə diqqət ayırmalıdır. Strateji planda belə vacib simaları nəzərdən qaçırmamalıyıq.

Ватикан переезжает в Армению - Валерий Пякин
Итоги авантюры армян
Перспективы Армении
Что хочет Армения
Армяне – иудазированные евреи
Валерий Пякин: Армяне и война в Карабахе

İnanın ki, indi də Nail Kəmərlinin, Mircavidanın çəkdiyi qazilərimizlə video-müsahibələrə göz yaşları olmadan baxa bilmirəm. Əsgərlərimiz necə müsibətlər çəkiblər, necə böyük qəhrəmanlıqlara imza atıblar! Necə böyük xalq imişik, İlahi! Sağ olsunlar ki, İnformasiya cəbhəsində də dəyərli oğullarımız vardır ki, bu qəhrəmanlıqları işıqlandırırlar. Bizim də borcumuz bu qəhramanlıqları, ucalıqları beynəlxalq müstəviyə çıxarmaq, ölkəmizin düzgün mövqeyini əks etdirməkdir. Elə bilirsiz adlarını çəkdiyimiz bloggerlərin video-materiallarından xaricdə imicimizin yüksəldilməsi üçün istifadə etmək olmaz? Əlbəttə olar. Baxır necə, hansı yöndən, hansı rakursdan yanaşırsan.
Məsələn, müharibədən sonra Youtube-də “Nargul Cavadkanal” adlı bir kanal yaranıb, bu qadın sivil, başa düşülən, sadə şəkildə həqiqətləri xalqa çatdırır, rus ictimaiyyətinə düzgün analizlər verir. Belə kanallar tək-tükdür, halbuki kanalların çoxu qıjı jurnalistikanın əlində olduğundan çuşka söhbətlərə yuvarlanırlar. Onların effektivsizliyi fonunda belə dəyərli kanallara dəstək verib dirçəltmək lazımdır. Əli Həsənovu belə şeylər maraqlandırmırdı, paçka-paçka dollar maraqlandırırdı, ona görə də bu sahədə bizdə boşluq yaranıb.
Müharibə dövründə biz də bekar qalmadıq və İnformasiya müharibəsi sahəsinə öz töhfələrimizi verdik. Təşkilat üzvlərimizlə bir sıra maraqlı video-materiallar hazırlayıb xarici ictimaiyyətin nəzərinə çatdırdıq. Erməni millətçilərinin Rusiya internet məkanında ölkəmizin haqq mübarizəsinə qarşı apardığı məkrli siyasəti görüb, biz də operativ şəkildə bu sahəyə öz töhfələrimizi verməyə çalışdıq. Bir çox video-filmlər hazırlamışıq ki, bunlar əslində təbliğat-təşviqat xarakterlidir, rusdilli oxuculara, Rusiya, MDB məkanı ictimaiyyətinə ağı qaradan seçməyə imkan vermişdir və verəcəkdir. Hazırladığımız həmin video-materialların adlarını sizə təqdim edirəm:

“Армянские политики о России. Часть 1: Россия – опасный враг”
“Армянские политики о России. Часть 2: Это не мы должны России, а Россия нам”
“Армянские политики о России. Часть 3: Азербайджан – в ОДКБ, Армения – на Запад”
“Армянские политики о России. Часть 4: Русские, вон из Армении!”
“Армянские политики о России. Часть 5: Россия, давай до свидания!”
“Глава спецслужбы Армении Аргишти Карамян бросил в пламя войны лучшие подразделения СНБ”
“Самое большое в мире посольство США — в Армении”
“Арцахский бег: как тиграноиды бежали от азербайджанской армии”
“К вопросу почему лезгины так яростно воевали против Армении”
“Галлюцинации армянского солдата по поводу азербайджанской армии”
“Поход азербайджанцев на Шушу – 1”
“Поход азербайджанцев на Шушу – 2”
“Ватикан, Брюссель, Иерусалим: Почему Армению тянет в объятия НАТО”
“Зачем армяне пишут протесты русским на английском?”
“Великие арменоиды против России”.

Nəzərə alın ki, videolarımızın çoxu Youtube və Facebook kanallarından silinir, odur ki, məcbur qalıb bu videoları yenidən yaradırıq, yükləyirik, indi qlobalçıların təsirindən kənar kanallara yükləyirik ki, silinməsin, ordan paylaşmaq daha əlverişlidir. Bu videolar Youtube-də ard-arda bloklandı, bunları paylaşdığımız facebook səhifəsi ilə tam silindi. Təkcə bu fakt onu göstərir ki, tam düzgün yolda olmuşuq, düz onluğa vurmuşuq, çünki Ermənistanın ən həssas nöqtəsinə- onun qərbli havadarları ilə sıcaq əlaqələrinə toxunmuşuq. Məlumdur ki, Facebook ABŞ kəşfiyyatına məxsusdur və burda kənar fikirlərə, “həssas nöqtələrə” yer yoxdur. Bu videolar həm də ona görə lazımdır ki, biz onları gələcəkdə yenə də geniş auditoriyalarda yayacayıq, diskussiyalarda istifadə edəcəyik, əlimizin altında hazır cavablarımız olacaq. Bununla erməni millətçi propaqandistlərinin işinə mane olacayıq, həm də uzun onilliklər bu sahədə yaranmış informasiya boşluğunu dolduracayıq.
Bundan başqa, Ermənistan-NATO əlaqələri haqda, Ermənistandakı Qərb kadrları haqda, erməni faşizmi, xüsusən Njde haqda, Aram Qabrelyanov kimilərin Rusiyada Qərbin 5-ci kolonu olması haqda, Azərbaycanda rusların vəziyyəti haqda da maraqlı videolar, sənədli filmlər hazırlayıb Rusiya və MDB ictimaiyyətinin nəzərinə çatdıracayıq, bu barədə əlimizin altında minlərlə maraqlı, şablon yanaşmalardan kənar, tutarlı materiallar vardır.
Avrasiya Hərəkatı Azərbaycan təşkilatı həm indinin, həm də gələcəyin təşkilatıdır. Prezidentimizin dediyi kimi, müxalifət naftalin iyi verir. Mən hərəkat üzvü kimi təklif etmişəm ki, fəaliyyətimimiz həm də Prezidentimizi Putinin yaxın silahdaşı kimi ucaltmağa yönəlsin. Biz daim qeyd edirik, sevindirici haldır ki, Putinin bu gün Qafqazda iki yaxın silahdaşı var: Kadırov və Əliyev. Biz fəxarət hissi duyuruq ki, bu gün bizim prezidentimiz Qafqazda ən hörmətli liderdir. Bir biləydiz tərəfdarlarımıza, əqidədaşlarımıza Putinin sındırılmış Paşinyanı gözləyərkən, Prezidentimizlə mehribancasına, dostcasına söhbət etmələri necə ləzzət etmişdi! Təsəvvür edə bilməzsiniz Korotçenkonun Prezidentimizi “Школа МГИМО” adandırması, o cümlədən rusiyalı siyasətçilərin Paşinyanı “Sorosun iti” kimi sındırmaları bizə necə ləzzət eləmişdi. Doğrudan da çox həyəcanlı, tarixi anlar yaşandı. Boynumuza alaq ki, bu gözəl qələbələrin, ucalıqların baş verməsində Prezidentin böyük əməyi vardır.
İnanın ki mən də müharibə vaxtı bir çoxları kimi Prezidentimizin odlu-alovlu çıxışlarını necə həyəcanla izləyirdim, onun qələbə xəbərlərini eşidəndə çox vaxt necə gözlərim dolurdu, sözlə ifadə etmək çətindir! İstər-istəməz adamın gözlərindən yaş süzülürdü. İlham Əliyev xalqımıza böyük rus yüksəkliyi verirdi və o sübut etdi ki, onun qəlbi xalqla bir döyünür. Qərbin əlaltısı olan müxalifətin iddia etdiklərinin əksinə olaraq o əsl xalq adamıdır, Prezidentimiz məhz bunu sübut etdi – bizə də bu lazım idi. Vətən müharibəsi dövründə satqın müxalifət sındı, Prezidentimiz isə ucaldı. Belə ruh yüksəkliyi tarixin nadir anlarında rast gəlinir. Bu gün İlham Əliyev Azərbaycan xalqının şəksiz lideridir.
İndi yeni dövr başlayıb. Qondarma partiya liderləri siyasi meydandan çıxarılmalıdırlar. İçlərində bəzi deputatlar var idi iki, NATO kəşfiyyatı ilə əlaqələr qurmuşdular, Gülənə biət edirdilər, qiblələrini dəyişərək Pensilvaniyaya sitayiş etməkdəydilər. Amma bu deputatlar Prezidentin qorxusundan qiblələrini yenidən dəyişiblər, haqq yoluna qayıdıblar, dövlətçiliyimizi dəstəkləyirlər, ölkəmizin Rusiyayönlü istiqamətinə önəm verirlər. Lap yaxşı, bunları başa düşdük. Bəs hələ də ortalıqda özünü yırtıb dağıdan, Rusiya sülhməramlılarının Qartabağdan qovulmasını tələb edən (ABŞ səfirliyinin sifarişi ilə) məlum cəsusları necə başa düşək? Bunlar siyasi arenadan rədd edilməlidir. Məlum Soros agentləri, Paşinyan sevdalıları neytrallaşdırılmalıdır. Qarabağa Rusiya sülhməramlıları gələndən bir çox politoloqlarımızın yatdısı-otdusu yoxdur, gecə-gündüz müsahibələr, açıqlamalar verirlər ki, Rus sülhməramlılar Qarabağdan çıxsın. ABŞ cəsusları imza toplayırdılar ki, ruslar Qarabağdan qovulsun. Sorosun ölkəmizdəki məlum politoloqları, jurnalistləri, QHT-çiləri regionda nə fəlakət baş verir, bütün günahları Rusiyada görürlər. Rusların regiona gəlişi “nədənsə” bu adamları həddən artıq narahat edib, yuxularını pozub, yata bilmirlər. Bu adamlar xalqımızı Rusiyaya qarşı kökləməyə çalışırlar, hətta ruslara qarşı radikal addımlar atmağa səsləyirlər. Belələrinin cəmiyyətimizə zərərli təsiri tam aradan götürülməlidir. Bir var təsir agentləri, amma bəziləri o qədər arxayınlaşıblar ki, açıq şpion kimi fəaliyyət göstərməkdədirlər.
Ukrayna hadisələri, Krımın ilhaqı, xüsusən də Suriya və İraq müharibələri vaxtı bu adamlar ABŞ, İngiltərə və digər Qərb səfirlikləri ilə əlaqələrə girib min oyundan çıxdılar, xalqımızın şüuru ilə cürbəcür manipulyasiyalar etdilər. Bol maliyyələşmə sayəsində öz zərərli fikirlərini xalqa yeritməyə müvəffəq oldular. Onların pozucu fəaliyyəti bizim işimizə böyük çətinliklər yaratdı. Suriya və İraq müharibələri vaxtı biz avrasiyaçılar əsl həqiqətləri çatdırmaq üçün real xəbərləri tərcümə edib yaydıq, xalqımızdan gizlətməyə çalışdıqları informasiyaları ortalığa qoyduq, xalqa Suriyada həqiqi olanları anlatmağa çalışdıq. Göstərdik ki, Rusiya və İran orduları Suriyaya İŞİD-lə mübarizə üçün girib. O İŞİD-lə ki biz şiələrin başını kəsirdi. Biz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciətlər etdik ki, bizə bu işdə kömək edin. Lakin Əli Həsənov bu müharibədə həqiqətlərin yox, elə İŞİD-in tərəfində idi. Onun yaratdığı və rəhbərlik etdiyi, NATO-nun cəsus şəbəkəsi olan media holdinq İŞİD-in ölkəmizdəki ruporuna çevrilmişdi. Bu holdinqə daxil olan saytlarda Qərbin 5-ci kolon üzvləri elə indi də NATO-nun tapşırıqlarını can-başla yerinə yetirərək antirus və antiiran təbliğatları həyata keçirirlər. Əli Həsənov nəinki bizə kömək etmədi, əksinə maskalanmış vahhabiləri və nurçuları televiziyalara çıxardı, ABŞ səfirliyinin dəstəyi ilə xüsusi verilişlər yaratdı, bu verilişlərdən xalqa daim çatdırıldı ki, Rusiya Suriyada müəlmanları öldürür, qadın və körpələri qırır, xəstəxanaları və uşaq bağçalarını bombalayır. Həmin müharibə dövründə Əli Həsənovun rəhbərlik etdiyi bütün KİV xalqa Rusiya və İranı, biz şiələri terrorçu kimi çatdırdı, İŞİD-i isə “müxalif qüvvə”, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan demokrat camiə kimi təqdim etdi. Bu yolla xalqın müəyyən hissəsində Rusiyaya qarşı nifrət yarada bildilər. Belə bir adam biz avrasiyaçılara, bizim fəaliyyətimizə, bizim sayta necə dəstək verə bilərdi? Həmin dövrdə İŞİD-in mövqeyini qoruyan, İŞİD-i “müxalifət”, “demokratik qüvvə” adlandıran bütün KİV-lər pul yardımları aldılar, bircə həqiqətləri deyən bizlərdən başqa. Mətbuat Şurası da, KİVİDDF həmin ünsürlərin əlində idi.
Bizə nəinki dəstək verdilər, hətta problemlər yaratdılar. Biz həmişə deyirik ki, Fətulla Gülənin ölkəmizdə üzdə olan strukturundan başqa Xizmət adlı təşkilatı da var ki, gizli fəaliyyətdədir. Həmin Xizmət təşkilatının mənsubları bizə problemlər yaratmağa çalışdılar. Lakin dövlətimizin ədalətli yanaşması sayəsində həmin problemlər aradan qaldırıldı.
Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər. Baxışlarımızda müxtəliflik ola bilər, lakin sizli-bizli hamımızı birləşdirən dəyərlər var ki, bunlar Vətən sevgisi, xalqımıza bağlılıq və Ali baş komandanımıza sədaqətdir.
шаблоны для dle 11.2
26-04-2021 05:35 Baxılıb: 1180    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}