Son aylar Azərbaycanla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın mümkün möhkəmləndirilməsi ilə bağlı tədbirlərin sayının kəskin şəkildə artması ilə yadda qaldı. Qeyd etməyə bilmərəm ki, bir qrup həmfikirlərlə birlikdə Azərbaycanın Aİİ-da iştirakı ideyasının kökündə dayanan bu sətirlərin müəllifi üçün çox xoşdur ki, bizim ideyalar qəbul olunur və praktiki müstəvidə tətbiq edilir. Azərbaycanın Aİİ-na daxil olması lehinə arqumentlərimi təqdim edirəm: 1. Xarici iqtisadi prioritetlər. Rusiya ilə - quruda, Qazaxısatanla - dənizdə qonşuluğumuz. İqtisadi əlaqələrimiz kifayət qədər dayanıqlıdır. Rusiya idxal üzrə əsas tərəfdaşlarımızdandır (18%). İxracatda - Rusiya 3-cü yerdədir, lakin qeyri-neft sektoru üzrə RF əsas ixrac bazarımızdır. 2022-ci ildə Qazaxıstanla ticarət dövriyyəmiz 4,5 dəfə, Rusiya ilə 24 % artmışdır. 2. Ötən il ölkəyə xaricdən köçürülən 3,6 milyard ABŞ dolları həcmində vəsaitin 80 %-dən artığı (təqribən 3 milyard dollar) Ruisiyanın payına düşür.
Ermənistanda azərbaycanlı əhaliyə qarşı diskriminasiya siyasəti hələ Sovet dövründə başlamışdı. Bu ayrıseçkiliyə qarşı hətta 1968-ci ilin mart ayının 18-də Eçmiadzin rayonun Zəngibasar kəndinin azərbaycanlı sakinləri həmin dövrün Sovet lideri Leonid Brejnevə kollektiv məktubla müraciət etmişdilər. Məktubun Rusiya Dövlət Ən Yeni Tarix Arxivində saxlanılan məzmunundan və yazı tərzindən görünür ki, sadə adamlar tərəfindən yazılıb. Bir anlığa elə həmin 60-cı illərdə hər şeyin ermənilərin nəzarətində olduğu Dağlıq Qarabağla Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini müqayisə edin. Həqiqəti çılpaqlığı ilə əks etdirən bu məktubun dilini və yazı tərzini olduğu kimi saxlayırıq. Zəngibasarlılar yazırdılar:
Yoldaş Brejnev, kommunist partiyasının rəhbəri, yoldaş leninçilər. Siz Oktyabr inqilabının 50 illiyindən, Sovet ordusunun 50 illiyindən, Lenin milli siyasətindən, xalqlar dostluğundan danışırsınız.
İsrailin Qüdsdəki “Əl-Əqsa” məscidinə basqınından dərhal sonra Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Rəisi arasında keçirilən və İslam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında da danışıqlar baş tutub. Azərbaycan və İran Xarici İşlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür. Ancaq bu, İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır. Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədisz maraqlı tərəflər var və bu “üçüncü əl” qətiyyən sakit durmayacaq.
Hazırda İran və Azərbaycan arasında münasibətlərdə yaşanan gərginlik əslində heç bir vəchlə bu dövlətlərin milli, regional təhlukəsizlik maraqlarina cavab vermir, bu gərginlik daha çox bölgə və ətrafinda geosiyasi reallıqları qlobal maliyyə və beynəlxalq guc mərkəzlərinin dəyişdirməsi cəhdlərindən irəli gəlir. İranin nuvə enerjisinin zənginləşdirilməsi istiqamətində çalışmalarında 84%-lik həddə çatması onun perspektivdə nuvə enerjisinə və deməli nuvə silahına yiyələnə biləcəyi ilə bağlı amillərin gerçəkləşməsinə şərait yarada bilər ki, bu da imperialist, neomüstəmləkəçi dairələri və beynəlxalq sionizmi ciddi şəkildə narahat edir. Bu ehtimalların gerçəkliyə çevrilmə imkanları kifayət qədər real olduğundan İranı beynəlxalq terrorizmə "dəstək verməkdə" ittiham edən, onu islam inqilabı ideyaları "ixrac etməkdə" günahlandiran dairələr rəsmi Tehrandan muəyyən edilmiş qırmızı xətti keçməməyi, araşdırmaları dayandırmağı tələb edirlər, zira İranin nuvə enerjisinə sahiblənməsi ABŞ-ın yeni dunya nizamı, "idarə olunan" xaos nəzəriyyəsinə ciddi təhdid kimi qəbul olunur.
"Martın 8 dən Gürcüstanda yaşanan hadisələr Cənubi Qafqaz regionu uğrunda Qərb və Rusiya arasında gedən geosiyasi mübarizənin mahiyyət etibarilə yeni mərhələyə keçəcəyindən xəbər verir. Gürcüstan parlamentinin iqtidar partiyası sayılan "Gürcü Arzusu"nun təşəbbüsu ilə "Xarici agentura" ilə bağlı müzakirəyə çıxardığı və birinci oxunuşu baş tutmuş qanun layihəsi gürcü müxalifətinin kəskin narazılığına səbəb olub". Bunu faktmedia az-a politoloq Elşən Manafov deyib. O bildirib ki, müxalifətin fikrincə qanun layihəsinin müzakirəyə çıxarılması Rusiyanın lobbisi sayəsində baş verib, Gürcüstanın AB-yə inteqrasiyası prosseslərində əyləc mexanizminə çevrilə bilər: "Müxalifət qanun layihəsinin məzmun etibarilə 2012-ci ildə Rusiyada qəbul olunmuş qanuna oxşadığını bəyan edir və bu qanundan hakim partiyanın siyasi opponentlərinə qarşı mübarizədə təzyiq vasitəsi kimi istifadə ediləcəyini bildirir. Qanun Gürcüstanda KİV, habelə qeyri-hökumət təşkilatlarının maliyyə büdcəsinin 20 faizinin Qərbdən daxil olan qrantlardan ibarət olacağı halda, onların təkrarən qeydiyyatdan keçməsini ehtiva edir.
Западные аналитики скрепя сердце признали, что когда натовские специалисты учат укронацистов боевому применению их военной техники, это может рассматриваться как прямое вовлечение НАТО в военный конфликт на стороне украинского режима. Ещё с 20-х годов прошлого века устоялось понимание того, что страну можно признать участником боевых действий, если кроме снабжения вооружением она проводит обучение личного состава обращению с ним (пакт Бриана – Келлога 1928 года, Будапештская резолюция к пакту 1934 года). Это так сегодня и происходит: канадские и немецкие инструкторы на территории ЕС уже учат украинских убийц обращаться с «Леопардами». Если же представить, что поставленные в будущем натовские самолёты будут обслуживаться их военными на территории какой-нибудь оборзевшей Польши (единственная возможность с учётом плачевного состояния оборонки в Малороссии), это будет прямое вступление атлантистов в войну против России со всеми вытекающими последствиями.
Azərbaycanın məhkəmə tarixində nadir hallarda rastlanan hadisə baş verib. Belə ki Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. “Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi: “Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı, nə də rəsmiləşdirmirdi. Belə ki idxal edilən malların dəyəri 20 922 avro və ödənilməli rüsum 17 000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etmişdi.
Nazirlik: "Hər hansı xəstəliklər üzrə vahid təlimat sənədi yoxdur. Əks göstəriş sertifikatının hansısa xəstəliyə görə verilməsi üzrə həkim rəyi olmalıdır".
Koronavirus əleyhinə vaksinə görə əks göstəriş sertifikatının kimlərə veriləcəyi geniş müzakirə mövzusuna çevrilib. Sosial platformada bəzən koronavirusa əks göstərişi olanlara belə əks göstəriş sertifikatı verilmədiyi, onların vaksin olunduğu, bu səbəbdən də ölüm hallarının baş verdiyi narazılıqlara səbəb olub. Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövludun və onun həyat yoldaşının peyvənddən sonra vəfat etməsi isə peyvənd olunanların sağlamlıqları yoxlanıldıqdan sonra vaksin olunmaları problemini daha da aktuallaşdırıb. Arzu Mövludun bacısı Zümrüd Məmmədova Sputnik Azərbaycan-a açıqlama verib.
Putinə ən azı 3-4 klip çəkilməlidir
Dostluğumda Türkiyədə olan kimsə varmı? Varsa zəhmət olmasa yazsın görək İstanbulda, Ankarada, Antaliyada və s şəhərlərdə insanlar maşınlarına, darvazalarına, balkonlarına, binalarına, ofislərinə, "moykalarına", taxta sexlərinə, yanacaq doldurma məntəqələrinə, restoranlarına, dövlət idarələrinə Azərbaycan, Rusiya, İran, Ukrayna bayraqları vurmayıblar?! Bu ölkələr, əsasən də Rusiya təyyarələri olmasaydı Türkiyənin yarıdan çoxu yanıb kül olacaqdı axı, vurmasalar ayıb olar. Musiqi ilə maraqlananlardan da xahiş edirəm məlumat versinlər görək Putin üçün mahnı zad bəstələməyiblər? Məncə, ən azı Putin üçün 3-4 klip çəkilməlidir. Allah yanğından əziyyət çəkənlərə kömək olsun.
Türkiyə NATO ölkəsi olmaqla 90-cı illərin Çeçen müharibəsində Rusiyaya qarşı aparılan Çeçenstan şəbəkə müharibəsinin əsas oyunçularından biri olduğu üçün ABŞ çeçen separatçılarına Azərbaycandan kömək etmək işini Türkiyəyə tapşırmışdı. Rusiyanın başı isə öz daxili problemlərinə qarışmışdı. Ona görə də o illərdə Türkiyənin Azərbaycana “girişməsinə” mane olan amil olmadı. Beləliklə, Türkiyənin Azərbaycan üzərində xeyli təsir imkanlarına yarandı. Xüsusilə də media və təhsil sahəsində. Hal-azırda Azərbaycan Türkiyə üçün ucuz enerji mənbəyidir. Türkiyənin məqsədi Azərbaycanın resurslarından özünə sərfəli şərtlərlə istifadə edib Cənubi Qafqazda hərbi güc kimi peyda olmaq və möhkəmlənməkdir. *** Azərbaycan 1828-ci ildən Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur. Eyni sistemin tərkibi olmuşuq.
Ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta "patı"nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var. Metbuat.azxəbər verir ki, Sputnik Azərbaycan "patı" adlandırılan narkotik vasitənin ölkəmizə necə gətirildiyi, digər narkotik vasitələrdən fərqi, fəsadları və sair məqamları araşdırıb.
Bu ilin ilk 3 ayında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Ölkədən çıxarılan kapitalın artmasına iqtisadçı münasibət bildirib.
Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunub. Ötən ilin ilk rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılıb. Nəticədə cari ilin ilk rübündə Azərbaycandan kapitalın çıxarılması 29,1% artıb. 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil edib. Ölkədən çıxarılan kapitalın daha çox Türkiyədə, Gürcüstanda daşınar və daşınmaz əmlaka, biznesə qoyulması son illərin trendinə çevrilib.
Çimərlik mövsümü açılar-açılmaz Bilgəh qəsəbəsi ilə Nardaran qəsəbəsinin arasında yerləşən, sahilboyu kilometrlərlə uzanan dəniz çimərliyi sadə vətəndaşların üzünə bağlanıb. Sabunçu rayon İcra Hakimiyyəti Bilgəh və Nardaran arasında olan “Bağçılar” çimərliyinin qapadılmasının səbəbi kimi ərazidəki antisanitariya ilə bağlı dözülməz vəziyyəti göstərib. “Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular. Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar. Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb.
İran və Səudiyyə Ərəbistanının növbəti toqquşacağı region Bəhreyn ola bilər. Bu Səudiyyə Ərəbistanından sonra ikinci İsraili çox narahat edir! Çünki İran geopolitik cəhətdən həm İsraili, həm də Səudiyyə Ərəbistanını regionda sıxışdırmaq üzrədir. İranın son bir neçə ildə Yaxın Şərqdə nüfuzu sürətlə artmaqdadır və demək olar ki İsrailin sərhədlərinə tam yaxınlaşıb. Suriyada möhkəmlənməsi, Livanda güclənməsi, İraqda daha sürətlə nüfüzunun artması, Həmas vasitəsilə Fələstindəki təsiri İsraili həm geopolitik və geostratejik cəhətdən dəhşətli dərəcədə narahat edir. İranın Vyana danışıqlarındakı nüvə razılaşması və dünyanın supergücləri ilə (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya + Almaniya) bir masada oturması İsrailin demək olar ki yuxusunu ərşə çəkib.
Şəkildə: Xəlil bəy Menteşə (Osmanlının Ədliyyə Naziri, Batum müqaviləsi zamanı Osmanlının nümayəndə heyətinin rəhbəri)
Bu Azərbaycanda Hollandiya ya Belçikadakı kimi demokratiya qurmaq üçün səhərdən axşama beynimizi aparanlar başa düşmürlərmi ki, bizim regionda bu mümkün deyil? Bura keçmiş Sovet məkanı, Rusiya, bir tərəfi Türkiyə, o birisi İran. Coğrafi vəziyyət, obyektiv şərait və xalqın psixoloji durumu bunu imkansız edir. Bundan başqa Azərbaycan daim müharibədədir. Müharibə aparan ölkə üçün Avropa demokratiyası ölüm hökmü deməkdir. Bizim şəraitdə ölkəni ancaq möhkəm və iradəli hakimiyyət yönləndirə bilər. Odur, Gürcüstan ya Ermənistan demokratiya oyununun oynadılar - nə günə düşdülər? Ya da biz özümüz Elçibəy dövründə nə günlərə qaldıq? Bunu başa düşürlərsə, onda nə üçün demokratiya, Avropa standartları, insan hüquqları, liberallaşma və s. bu kimi anlayışlardan danışırlar? Halbuki bu onların beyinlərində olan fantaziyadan başqa bir şey deyil.
|