QƏRBİN RUSİYA İLƏ BAĞLI MƏLUM NİYYƏTLƏRİ


Böyük Vətən Müharibəsi veteranları Estoniya hökumətinin nasist demarşını- müharibədə həlak olanların qardaşlıq qəbiristanlığının və Tallinin mərkəzində Sovet döyüşçülərinin abidəsinin dağıdılmasını həzm etməmiş Polşa seymi “Sovet işğalı” abidələrinin sökülməsini nəzərdə tutan qanun layihəsi qəbul etdi. Bir az sonra Kiyevdə “Sovet işğalı muzeyi” açıldı. Latviyanın Salaspils şəhərinin administrasiyası keçmişdə əsir düşərgəsinin yerində ucaldılmış faşizm qurbanları abidəsini “Sovet işğalının qurbanları abidəsinə” çevirmək təklifi ilə çıxış etdi. Estonlar da Bürünc Əsgər abidəsini dağıdaraq onun yerində “Sovet işğalı qurbanları” abidəsi ucaltmaq qərarına gəliblər.
Bütün bu aksiyalar silsiləsinin hamısının bir nöqtəyə vurması adi təsadüf ola bilməz. Bu aksiyaların həm də Putinin məşhur Münhen çıxışında əks olunan Rusiya ilə Qərb arasındakı qarşıdurmanın yeni mərhələsində geniş vüsət alması təsadüfi deyil. Şərqi Avropada amerikan Raketdən Müdafiə Sistemi elementlərinin yerləşdirilməsi, Avropa Birliyi ilə Rusiya arasında partnyorluq haqqında yeni müqavilənin pozulması, həm də Avropanın Rusiyaya enerji sahəsindəki iddiaları elə bir beynəlxalq fon yaratdı ki, bu fon bizi “çox istəyən” bəzi ölkələrə İkinci Dünya Müharibəsi tarixini saxtalaşdırmaq üçün ilham verdi. Müşahidəçilərin fikrincə, Avropa bu tendensiyaya susaraq razılıq verməklə Rusiyaya mənəvi-siyasi təsir göstərmək alətlərini öz əlinə almış olur. Avropanın buna Rusiyanın iqtisadi gücünün və dünyaya geopolitik təsirinin yenidən gücləndiyi bir dövrdə xüsusi ehtiyacı vardır.
Rusiyanın yenidən güclü dövlət olmaq yolundakı ambisiyalarına Qərbin belə ağrılı yanaşması göstərir ki, biz doğru yoldayıq. Digər tərəfdən, Rusiya ABŞ-ın və onun Avropadakı satellitlərinin gündən günə artan əks təsirlərinə hansısa formada reaksiya verməlidir. Çünki əgər hər şeyi olduğu kimi saxlasaq, bir müddət sonra faşizmə qalib gəlmiş ölkə elə faşist Almaniyasının özü ilə bərabər tutulacaq. Bax onda artıq Rusiyanın “Sovet işğalı altına salaraq əziyyət verdiyi” dövlətlərə təzminat ödəməsi tələbi ortalığa qoyulacaq.
Əslində bizim ölkəmiz hərdən özü imkan verir ki, bədxahlar tez-tez öz çirkli eyhamlarını dilə gətirsinlər. O eyhamlar bundan ibarətdir ki, az qala kommunist Rusiyası faşist Almaniyası ilə eyni bezin qırağı olub. Rusiya cəmiyyətinin özündə belə bəziləri Rusiyanın indiki idarəçilərini ictimaiyyətə açıq şəkildə “Sovetin günahlarına görə tövbə etməyə” səsləyirlər. Elə bil ki, məhz bizim ölkəmiz ABŞ-ın Yaponiyada etdiyi kimi dinc camaatın üstünə atom bombası atıb, yaxud ABŞ-ın Vyetnamda etdiyi kimi bütöv bir xalqı məhv etmək məqsədilə kimyəvi və bakterioloji silahlar tətbiq edib. Sanki dediklərimizi Yaponiyada və Vyetnamda ABŞ deyil, Rusiya törətmişdir.
İkinci Dünya Müharibəsinin nəticələrinin saxtalaşdırılmasında maraqlı tərəf məhz ABŞ-dır. Çünki məhz ABŞ Rusiyanın əsas geopolitik düşməni olmuşdur və indi də olmaqdadır. Amerikan elitasının konkret hədəfi vardır – Rusiyanı parçalamaq və onun ərazisinin bir hissəsini mənimsəmək.
Məlum olduğu kimi geopolitikada ən vacib faktor məkandır. Hətta məkanın keyfiyyətinin onun vacibliyinə dəxli yoxdur. Ona görə də Rusiya kimi böyük bir ölkə həmişə ABŞ üçün təhlükəli sayılacaq. Bu təhdidi amerikanların öz qarşılarına qoyduğu konkret vəzifələr müəyyən edir. Onlar bizim ərazilərimizin ekspansiyası planlarını hazırlayırlar və həyata keçirməyə çalışırlar.
Yalta Sülh Konfransında razılaşdırılmış, o cümlədən Sovetlərin “soyuq müharibədə” məğlub olmasından sonra formalaşmış sərhədlər artıq amerikanlar üçün aktual deyil. Biz bu gün ABŞ-ın Rusiyaya və ona bitişik ərazilərə preventiv zərbələrinin astanasındayıq. Məhz belə bir zərbəni əsaslandırmaq üçün Rusiyanın qorxunc obrazının yaradılması, həm də İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılması vacibdir. Və bu tapşırığın öhdəsindən gəlmək üçün lazım olan vasitə məhz bolşevik və nasist rejimlərinin “eyniləşdirilməsidir”. Bütün dünyaya söhbətin nədən getdiyini başa salmaqdan ötrü ABŞ prezdenti Vaşinqtonda kommunist repressiyasının qurbanlarına abidə də ucaltdırdı.
Biz özümüzü Amerika və Rusiya liderləri arasındakı yaxşı münasibətlər var fikirləri ilə sakitləşdirməməliyik. Amerikada əsrlərlə formalaşmış elita vardır ki, hər yerdə və hər məsələdə geopolitik məntiqdən çıxış edir. Rusiyanın geopolitik gücünün yenidən bərpası heç kəsi qane etmir. Özü də Qərbin Rusiyaya etdiyi yumşaq təzyiqlər günbəgün daha sərt formalar almağa başlayır. Bu təzyiqlər artıq hərbi terminologiya üzrə həyata keçirilməyə başlanıb.
Nə qədər ki biz bunu başa düşmürük və adekvat tədbirlər görmürük, onda biz böyük geopolitik subyekt kimi parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalacağıq.


Müəllif: Valeri Korovin


Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
05-07-2021 05:53 Baxılıb: 1060    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}