AVROPA VƏ RUSİYA ABŞ-IN DÜNYA HEGEMONLUĞUNA QARŞI BİRLƏŞƏCƏK


Biz xüsusilə son zamanlarda vərdiş etmişik ki, özümüzün bütün bədbəxtliklərimizdə Qərbi günahlandıraq. Nəsə baş verən kimi düşünmədən Qərbin ünvanına lənətlər yağdırmağa başlayırıq. Və düz də edirik. Xaric bizə kömək edəcək illüziyası artıq keçmişdə qalıb. Bəlkə də kömək edəcək, amma yenə də bizi basıb keçəcək... Bir mahnıda deyildiyi kimi: “Özün özünə kömək ol”.
Lakin Qərb də öz-özü ilə mübahisədədir. Bir Amerika var – “geopolitik şərin” qalası, bizim problemlərimizin birbaşa mənbəyi və həyata keçirəni. Bir də köhnə Avropa var ki, Amerikanı doğurmuşdur, amma deyəsən son zamanlar öz övladının xainlik və kobudluğundan bezmişdir. Lakin elə burda da hər şey birmənalı deyil. Çünki üzə çıxır ki, Avropanın özü də ikiyə bölünür.
Birinci Avropa amerikan Avropasıdır. Bu ölkələr keçmiş Şərq Bloku ölkələridir. Nə vaxtsa bizim “kiçik qardaşlarımız” idilər. Elə ki biz onları buraxdıq, qaçıb yeni amerikalı sahiblərinin qucağında oturdular. Onlar elə düşünürdülər ki, bizimlə - “xalqlar türməsində” yaşamaq pisdir. Amma nəsə indi onların yaxşı yaşadığı müşahidə olunmur. Amerika onların vəziyyətini düzəltmək marağında da deyil, öz başının hayındadı. Amerika onları öz tərəfinə ona görə çəkməmişdi ki, onları yerbəyer etsin, iqtisadi və digər problemlərini həll etsin. Ona görə öz tərəfinə çəkmişdi ki, Rusiyanın ətrafında onlardan ibarət sanitar kordon düzəltsin. Bir növ geopolitik hasar hörsün. Bu hasar ondan ötrü hörülür ki, birdən Allah eləməmiş Rusiya ikinci Avropa ilə əlaqələrini qaydaya salar – buna imkan verilməsin. İkinci Avropa – kontinental Avropadır ki, bura Avropa İttifaqının əsasını təşkil edən ölkələr daxildir. İlk növbədə Almaniya və əlbəttə ki Fransa.
Yaxın keçmişdə amerikanlar bir paraşüt-desant polku ilə İraq torpaqlarına yüngülvari gəzintiyə çıxmağa hazırlaşanda kontinental Avropa antiamerikan koalisiyası yaratmaqla az qala yankiləri infarkt etmişdi. Bəli, bəli, Rusiya ilə birlikdə. Məhz Paris, Berlin və Moskva o zaman İraqa hərbi müdaxilənin əleyhinə sərt şəkildə çıxmışdılar. Paris-Berlin-Moskva oxu Amerika üçün bir şok olmuşdu. Axı əgər bu geopolitik koalisiya baş tutsa, onda Amerikanın şəriksiz dominantlığının davam etdiyi Yalta modelli dünya nizamı məhv olub gedər. Amerikanların Rusiyanı Asiyada izolyasiya edib, onun Avropa İttifaqı ilə əlaqələrinin qarşısını almaqla bağlı cəhdləri heçə endirilər.
Putin Almaniyanın kansleri Şröderlə möhkəm işgüzar əlaqələr qurmağa başlayan kimi Amerikanın Pribaltikadakı çaqqalları Ribbentrop-Molotov paktının ağır nəticələri barədə ulamağa başladılar. Onlar bəyan etdilər ki, Rusiya hələ də Pribaltikanı işğal etmək niyyətindən əl çəkməyib. Amerikanların özləri isə Rusiya ilə Almaniya arasında yeni yaranmaqda olan müttəfiqlik əlaqələrindən narazılıqlarını bildirdilər. Bundan qorxuya düşdükləri açıq-aşkar görünürdü. Ona görə də onlar üçün təhlükəyə çevrilən Şröderi o zaman məsum görünən Angela Merkellə əvəzlədilər. Lakin Merkel da onlar üçün xilasedici mələk rolunu oynaya bilmədi. Amerika öz sanitar kordonundakı dəlikləri tələm-tələsik doldurarkən –Ukraynada “narıncı inqilab” həyata keçirəndə, Lukaşenkoya ard-arda hücumlar təşkil edəndə– Putin yeni kanslerlə yaxşı əlaqələr qurmağı bacardı. Onlar həm də Şimali Avropa qaz kəmərinin çəkilməsi barədə razılığa gəldilər. Siz bizə Ukraynada “narıncı inqilab” təşkil edərsiz, biz isə kordondan yan keçən qaz kəməri çəkirik. Bu kəmərin idarəetməsinə isə kimi qoysalar yaxşıdı?.. Şröderi. Siz isə Ribbentrop-Molotov paktından danışırsız. Hələ sağ ol deyin ki, qaz kəmərinin idarəetməsini Əhmədinejada tapşırmamışıq.
Amerika da yatmırdı. Cavabında Fransada kontinentalçı Şirakın yerinə daha bir amerikan marioneti, kovboy şlyapasında Buşla şəkil çəkdirmiş Sarkozini gətirdi. Hə, deməli belə? İndi görün sizə göstərərik... indi sizə göstərərik... Nə göstərərik? Hələlik Putinin Münhen çıxışının lentini dinləyin. Sonrası Allah kərimdi.
Yüksək texnoloji və sənaye potensialına sahib birləşmiş Avropanın Amerika ilə eyni səviyyədə geopolitik subyekt olması, onun ABŞ-a alternativ yeni bir geopolitik qütbə çevrilməsi üçün yeganə çatışmayan şey – bizim resurslarımızdır. Bizdə isə çatışmayan şey Avropadakı texnoloji inkişaf və Avropanın siyasi çəkisidir. Etiraf etmək lazımdır ki, Rusiyanın indiki siyasi təsiri ABŞ-dan geridir. Avropa İttifaqının təsiri və siyasi çəkisi də ABŞ-dakına çatmır. Lakin Rusiya və Avropa İttifaqının yaxınlaşması halında Amerika sönəcək. Əl-Qaidə, beynəlxalq terrorizm, Kim Çen İrin bombası – bütün bunlarla başımızı qatmayın. Amerikanın Avropadakı hegemonluğuna yeganə real zərbə – Şimali Avropa qaz kəməridir. Bu elə 21-ci əsrin Ribbentrop-Molotov paktı deməkdir.
Paris-Berlin Moskva oxu Amerikanın dünya ağalığının tabutuna vurulmuş sonuncu mismar olacaq. Biz bu mismarı mütləq vuracağıq.


Müəllif: Valeri Korovin














Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
18-06-2021 16:28 Baxılıb: 1670    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}