Avrasiya İqtisadi Birliyi

Avrasiya İqtisadi Birliyi (AİB) — regional iqtisadi inteqrasiyanın beynəlxalq təşkilatdır. Beynəlxalq hüquq subyektinə malikdir və Avrasiya İqtisadi Birliyi müqaviləsi əsasında yaradılmışdır.
Avrasiya İqtisadi Birliyində məhsulların azad göndərilməsi, xidmətlər, kapital, işçi qüvvəsi təmin edilir, o cümlədən iqtisadiyyat sahəsində koordinasiyalı, razılaşdırılmış və ya vahid siyasət həyata keçirilir.
AİB milli iqtisadiyyatların hərtərəfli modernizasiyası, kooperasiyası və konkurensiya qabiliyyətinin artırılması, üzv dövlətlərin əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi yolunda stabil inkişaf üçün şəraitin formalaşdırılması məqsədilə yaradılmışdır.
İlk dəfə Avrasiya Birliyi yaradılması ideyasını Qazaxıstan prezidenti Nursultan Nazarbayev təklif etmişdir. 29 mart 1994-cü ildə Rusiyaya özünün ilk rəsmi viziti zamanı Nazarbayev Moskva Dövlət Universitetində çıxış edərkən, vahid iqtisadi məkan və birgə müdafiə siyasəti əsasında Avrasya Birliyi formalaşdırılması fikrini səsləndirmişdir.
Bundan sonra keçmiş Sovet respublikaları rəhbərlikləri arasında yeni birliyin yaradılması ilə bağlı müzakirələr aparılmışdır. Nəticədə 2010-cu ilin iyulunda Avrasiya İqtisadi Qrupu çərçivəsində Gömrük Birliyinin yaradılması barədə müqavilə imzalanmış, həmin ilin dekabrında keçirilən Avrasiya İqtisad Qrupunun sammitində isə Rusiya, Belorusiya və Qazaxıstan dövlətlərinin Vahid İqtisadi Məkanı bazasında Avrasiya İqtisadi Birliyinin yaradılması barədə razılıq əldə olunmuşdur.
AİB ölkələri rəhbərləri Gömrük Birliyinə 19 oktyabr 2011-ci ildə Qırğızıstanın, 3 sentyabr 2013-cü ildə Ermənistanın birləşdirilməsi barədə qərar qəbul etmuşlər. Moldava, Özbəkistan və Kuba isə Birlikdə müşahidəçi dövlət qismində iştirak edirlər. O cümlədən bir çox ölkələrlə, məsələn, İran və Vyetnamla azad ticarət zonasının yaradılması barədə müqavilələr imzalanmışdır. 21 oktyabr 2013-cü ildə Suriya hökuməti rəhbərliyi Suriyanın Gömrük Birliyinə daxil olmaq niyyətində olduğunu, bununçün bütün sənədlərin toplandığını bildirmişdir.
18 noyabr 2011-ci ildə Moskvada keçirilən görüşdə Rusiya prezidenti Dmitri Medvedyev, Belorusiya prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev inteqrasiyanın aşağıdakı etapı ilə bağlı sənəd imzalamışlar:
-Avrasiya iqtisadi inteqrasiyası barədə deklarasiya;
- Avrasiya iqtisadi komissiyası barədə müqavilə;
- Avrasiya iqtisadi komissiyasının işinin reqlamenti.
1 yanvar 2012-ci ildən Gömrük Birliyinin 3 ölkəsi ərazisində üzv ölkələrin iqtisadiyyatlarının stabil və effektiv inkişafına şərait yaradılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün Vahid İqtisadi Məkan fəaliyyə başladı. Vahid İqtisadi Məkanın 18 noyabr 2011-ci ildə qəbul olunmuş inteqrasiya sazişləri tam mənada 2012-ci ilin iyulundan işə düşdü.
2012-ci ilin fevralında Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin bəyan etdi ki, Gömrük Birliyinin və Vahid İqtisadi Məkanın yaradılmasının ardınca müttəfiq dövlətlər Avrasiya Parlamenti yaratmaq fikrindədirlər. Narışkinin fikrincə, Gömrük Birliyi və Vahid İqtisadi Məkan gələcəkdə Avrasiya Birliyi yaratmaq üçün baza olacaqlar.
Serqey Narışkin həmçinin 20 mart 2012-ci ildə bildirdi: “Gələcəkdə Avrasiya İqtisadi Birliyi Parlamentlərarası Assambleyasını əvəzləyəcək Avrasiya Parlamentlərarası Assambleyası hüququ münasibətlərin baza sferalarında qanunvericiliyin əsaslarını işləyib hazırlamalıdır, perspektivdə isə tammənalı Avrasiya Parlamentinə çevrilməlidir”. Narışkinin sözlərinə görə, bu Parlament “Avropa Parlamentinin analogiyalarına uyğun qanunverici və nəzarət səlahiyyətlərinə malik olacaq”. Həmin ilin 17 mayında Narışkin gələcək Avrasiya Birliyinin parlamentinin formalaşdırılması üçün Rusiya, Belorusiya və Qazaxıstanın işçi qrupu yaratdıqlarını bildirdi.
29 may 2014-cü ildə imzalanmış Avrasiya İqtisadi Birliyinin yaradılması barədə müqavilə 1 yanvar 2015-ci ildə qüvvəyə minmişdir.
Rusiya — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası sammitinin gedişində RF prezidenti Vladimir Putin təklif irəli sürdü ki, Avrasiya İqtisadi Birliyi, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri birləşdirilsin (“inteqrasiyalar inteqrasiyası” həyata keçirilsin). Xatırladaq ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin, Şanxay Əməkdaşlıq Təşkilatına isə Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, müşahidəçi qismində Əfqanıstan, Belorusiya, İran və Monqolustan daxildir. Ekspertlərin fikrincə, Rusiyanın və ya Avrasiya İqtisadi Birliyinin Hərtərəfli İqtisadi Əməkdaşlıq Təşkilatına birləşməsi tam mümkündür. 2016-cı ilin iyununda keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin təklif etdi ki, Avrasiyada böyük partnyorluq yaradılsın ki, bura Avrasiya İqtisadi Birliyi, Çin, Hindistan, Pakistan, İran və qitənin digər dövlətləri daxil olsunlar. Putin AİB ilə Çin arasında partnyorluq yaradılması üzrə danışıqların da anonsunu verdi. Həmin tədbirdə Nursultan Nazarbayev Avrasiya İqtisadi birliyi — Avropa İttifaqı forumunun yaradılmasına çağırdı. Beləliklə, Avrasiya İqtisadi Birliyi hal-hazırda özünü kontinental inteqrasiyanın özəyi kimi göstərir.
Avrasiya İqtisadi Birliyinin yaradılmasını ideoloji planda Beynəlxalq Avrasiya Hərəkatı həyata keçirir. Tanınmış rusiyalı politoloq, filosof, Dövlət Dumasının müşaviri Aleksandr Duqinin rəhbərlik etdiyi Hərəkatın proqramında bu barədə deyilir:
“Avrasiya Birliyinin yaradılması Beynəlxalq Avrasiya Hərəkatının əsas vəzifəsidir. Beynəlxalq Avrasiya Hərəkatının bu yolda əsas fəaliyyət istiqaməti Avrasiya prosesinin təşviqi, kontrolu və koordinasiyasıdır... Avrasiya prosesi – MDB-yə daxil olan hər bir müstəqil dövlətin hökumət, iqtisadi, siyasi, sənaye, informasiya, nəqliyyat, strateji və mədəni institutlarının yeni siyasi-strateji quruma doğru çöxölçülü təkamülüdür. Avrasiya prosesində keyfiyyət və sürət baxımından müxtəlif dəyişiklik axınları vahid məqsədə – Avrasiya Birliyinin yaradılmasına doğru yönəlməlidir. MDB-dən Avrasiya Birliyinə keçid deklarativ və təkməqamlı olmamalıdır. Avrasiya Birliyinin faktiki və hüquqi möhkəmlənməsindən əvvəl ciddi və uzun inteqrasiya işi getməlidir. Avrasiya Birliyinin beynəlxalq hüququn müstəqil subyekti elan olunması ərəfəsində bütün zəruri infrastruktur yaradılmalıdır. Avropa ölkələri bu yolla gediblər, biz də bu yolla getməliyik... Avrasiya prosesinin modulu inteqrasiyanının gedişatına cavab verən çevik strukturların yaranmasından ibarətdir. Bu modulun özəyini koordinator funksiyasını həyata keçirən dövlətlərarası instansiya təşkil etməlidir. Belə bir instansiya Beynəlxalq Avrasiya Hərəkatının bazasında, onun MDB ölkələrindəki nümayəndəliklərində və ya ən azından Hərəkatın fəal iştirakı ilə yaradılmalıdır. Onu şərti olaraq “Avrasiya prosesinin ştabı” adlandırmaq olar. “Ştab” öz fəaliyyətini dövlət hakimiyyəti orqanları – Prezident, Prezident Administrasiyası, Hökümət, Parlament ilə sıx qarşılıqlı əlaqələr əsasında həyata keçirməlidir. Belə bir “ştabın” vəzifəsi inteqrasiya layihələrinin işlənib-hazırlanması və reallaşdırılmasıdır”.
Avrasiya Birliyinin formalaşdırılmasında Beynəlxalq Avrasiya Hərəkatının oynadığı rol barədə proqramda daha sonra deyilir:
“Avrasiya Birliyinin mahiyyəti bundadır ki, o heç də müxtəlif dövlətlərin eyni tipdən olan yeni bir dövlətin tərkibində sadə birləşməsindən, mövcud administrasiyaların hökmən buraxılmasından, fəaliyyətdə olan bütün institutlarının tam qovuşmasından və hakimiyyət mərkəzlərinin ləğvindən ibarət olmayacaq. Avrasiya Birliyi müasir Rusiyanın hakimiyyət, inzibati və siyasi institutları sistemi ilə birgə genişləndirilmiş versiyası da olmayacaq. Avrasiya Birliyi keyfiyyət cəhətdən fərqli idarəçilik sistemini nəzərdə tutur. Mövcud strukturların təkmilləşməsi tələb olunur – müəyyən strukturlar tədricən ləğv olunaraq yeniləri, daha effektivləri yaradılacaq. Bu səbəbdən RF, yaxud MDB ölkələrində mövcud olan təsisatlarından heç biri nəinki Avrasiya inteqrasiyası (Avrasiya prosesi) vəzifəsinin öhdəsindən gələ bilməz, hətta onu adekvat olaraq formullaşdıra bilməz. Öz sisteminə fondları, konsorsiumları, strateji araşdırma mərkəzlərini və geopolitik ekspertizaları, bank və birja strukturlarını, media-xoldinqləri, elm və təhsil müəssisələrini, mədəniyyət mərkəzlərini və s. daxil edən Beynəlxalq Avrasiya Hərəkatının strukturu isə bu məqsədlər üçün daha münasibdir... Avrasiya prosesinin koordinasiyasına görə məsul olan Hərəkat adi partiyalardan, humanitar və ictimai birliklərdən, dövlətlərarası komissiyalardan, sırf iqtisadi cəmiyyətlərdən və s.-dən keyfiyyətcə fərqlənməlidir. İndiki siyasi-iqtisadi və administrativ sistemin mövcud elementləri Hərəkatla fəal əməkdaşlıq edə, cürbəcür layihələr həyata keçirə bilərlər, ancaq onu əvəz edə bilməzlər. Yeni prinsipial vəzifələrin həlli üçün prinsipial olaraq yeni siyasi və təşkilati instrument lazımdır”.

Aleksandr Krasnoqorski
шаблоны для dle 11.2
11-06-2021 03:23 Baxılıb: 1620    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}