AMERİKAN İMPERİYASI ETNOS, MİLLƏT VƏ XALQ FAKTORLARINI MƏHV EDİB ONLARI QLOBAL KÜTLƏYƏ ÇEVİRMƏK İSTƏYİR


Valeri Korovin

Hansısa ölkəni, xalqı, ərazini öz imperiya çərçivəsinə salmaq üçün Amerikaya onu fəth etməyə və ya inandırmağa ehtiyac yoxdur. Sadəcə nümayiş elətdirmək lazımdır ki, bu ölkə, xalq, ya ərazi onun imperiyası daxilindədir. Yəni görüntü gərəkdir ki, belə imperiya labüddür, qlobaldır, aktualdır və alternativsizdir. Şüurlara yeritmək lazımdır ki, bütün dünya əvvəl-axır qlobal Amerikaya çevriləcək.
Lakin Amerikanın imperiya fəaliyyətində istisnalar da var. Misal kimi Corc Buş kiçiyin hakimliyi dövrünü göstərmək olar ki, o 8 il ərzində Amerikanı klassik imperiyaçılıq strategiyasına qaytardı. İntellektual cəhətdən neokonservatorlar tərəfindən yemlənən Buş açıq şəkildə Amerikanı dünyanın mərkəzi — bir növ mitropoliya elan etdi, 11 sentyabr 2001-ci il terror aktlarından sonra isə bütün xalqları Amerikaya tabe olmağa çağırdı. Tabe olmaqdan imtina edənləri Buş zor gücü ilə tabeçiliyə məcbur etməyə çalışdı. Bunun nə ilə qurtardığını biz bilirik. Hər halda belə neoimperialistik yanaşma şəbəkə Amerikası üçün tipik deyildir. Buşdan sonra hakimiyyətə gələn yeni prezident-demokrat Barak Obama hər şeyi əvvəlki məcrasına qaytarmağa tələsdi, amerikan imperiyasına şəbəkə modeli yolu ilə qatılmanı əsas götürdü. Əvvəl-axır amerikan qlobal imperiyasının quruculuğu və genişlənməsi bircə an da olsa dayanmadı. Amerikan politoloqu Con Perkins bildirir: "Bizimçün bu dünya ağalığı uğrunda mübarizə idi, qlobal imperiyanın yaradılması üçün bir ovuc tamahkar adamın arzusunun həyata keçirilməsi idi. Bizdə ən yaxşı alınan budur — qlobal imperiya”.
Qlobal dünya — tamamilə real və ciddidir. Toni Neqri və Maykl Xardtın haqlı olaraq göstərdikləri kimi, bu dünyanı "bir növ boş yerdə” yaradırlar. "Lokallıqlar”, "xüsusiyyətlər”, "milli, etnik və mədəni” özünəməxsusluqlar — bütün bunlar nəkakətli şəkildə rədd edilir. Bunlara ya folklor kimi baxılır, ya rezervasiyaya yerləşdirilir, ya da birbaşa genosidə uğradılır. Alen de Benua bunu "planetar səviyyədə homogenizasiya” adlandırır. Onun fikrincə qlobalizasiya eynicinsli yekdil obrazlar və həyat tərzləri yaradır, xalq mədəniyyətinə zərər vurmaqla davranışın eyni uniformizasiyasına gətirib çıxarır, yəni "insan rəngarəngliyini ixtisara salır”. De Benua bunu "eynilik, eyni cürlük ideologiyasının yayılması və genişlənməsi” adlandırır ki, nəticədə insan hər yerdə eyni cür olur. Bu yolla insanlar hər yerdə xalqların, millətlərin rəngarəngliyini və müxtəlif həyat tərzlərini tullamaqla eyni siyasi və mədəni sistemlər yaradaraq buna qaillik edirlər. Belə insanlar amerikan imperiyasına qatılmış hesab olunurlar ki, bu imperiya boş yerdə yaradılır, onun imperiya şəbəkəsinə isə öz vacib bildikləri qatılır. Başqa sözlə desək, imperiya dövlətlərlə və xalqlarla ünsiyyətə girmir, sadəcə onları xırda hissəciklərinə kimi parçalayır, sonra isə mexaniki şəkildə "kütlə” halında toplayır.
Amerikan imperiyası kənardan təşruf buyurmur, daxildən peyda olur. Onun şəbəkə qovşaqları tədricən özünü biruzə verməyə başlayır və get-gedə intellektual, informasion, iqtisadi, hüquqi psixoloji cəhətdən özünə inteqrasiya aparır. Belə inteqrasiya identikliyin tam itirilməsinə səbəb olur — Neqri və Xardt bunu tam birmənalı şəkildə bildirirlər. Belə imperiya onun əsasında yaranır ki, heç bir kollektiv varlığın siyasi suverenliyini tanımır — istər etnos, istər sinif, istər xalq, istər millət olsun. Amerikan imperiyaçılığının xüsusiyyəti də elə belədir ki, totallığa əsaslanır və bu yolla hər yerdə öz hakimliyini yeridir.
Neqri və Xardtın göstərdikləri kimi amerikanların öz imperiyalarını yaratmaları faktını biz bu gün görməyə bilmərik. Onlar bununçün hərbi metodlardan da istifadə edirlər. Amerikan şəbəkəsinin yaradıldığı və münbit şəraitin hazırlandığı yerlərdə amerikan hərbi bazaları peyda olur. Hələ ABŞ-ın yaradıcıları deyirdilər ki, Amerika öz sərhədlərini genişləndirməlidir, amerikan imperiyasının mərkəzi yoxdur, o şəbəkəlidir, onun ocaqları ot asfaltını deşib çıxan kimi hər yerdə get-gedə artır və Avrasiya kontinentini əhatə edir. Neokonservativ yönlü amerikan ideoloqları Robert Keyqan, Pol Volfoviç, Uilyam Kristol və başqaları daha da irəli getmişlər. Amerikan imperiyaçılığını utanmadan xeyir imperiyası, "benevolent empire”, yəni xeyir arzulayan, xeyirxah imperiya adlandırmaqları azmış kimi, onlar hətta iddia edirlər ki, Amerikanın dünyaya tək hegemonluğu faktı artıq ortalıqdadır, mümkün rəqiblərin müqaviməti sındırılmışdır, müqaviməti davam etdirən xırda-para ocaqlar artıq-urtuqlardır ki, birbaşa hərbi müdaxilə yolu ilə söndürüləcəklər. Belə yanaşma amerikan siyasətində Buş kiçiyin 8 illik rəhbərliyi dövründə hakim oldu. Nəticədə yeni demokratik administrasiya etiraf etməyə məcbur qaldı ki, neokonservatorlar öz messian neoimperializm qəzəblərində bir az tələsiblər. Müqavimətin artıq-urtuqlardan ibarət olmasından danışmaq hələ tezdir — xüsusən də əgər Rusiya yenidən dünya arenasına qayıdıbsa.

Valeri Korovin, "Şəbəkə müharibəsi”
01-02-2023 20:26 Baxılıb: 9680    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив