Sovet ideologiyasının hökm sürdüyü illərdə ən azı 15 ölkədə Azərbaycan ədəbiyyatı məktəblərdə tədris edilib


İyunun 6-sında AMEA-nın əsas binasının önündəki parkda İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı  çərçivəsində yazıçı Anarla keçirilən görüşdə akademik İsa Həbibbəyli dedi: "Yazıçının yaradıcılığa başladığı dövrdə Sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb".
İsa Həbibbəylinin bu çıxışının bir yozumu da odur ki, guya Sovet ideologiyası Azərbaycan ədəbiyyatına qənim kəsilmişdi.
Əgər belə düşünülürsə, bu kökündən yanlışdır.
Əvvəla, müstəqilliyi etiket edib hara gəldi yapışdırmaq olmaz. Onun birini də İsa Həbibbəyli ədəbiyyatımızın  yaxasından asdı.
Əlbəttə, fərqli anlayışı nəzərə alsaq, ədəbiyyatımızın  milli köklər üstündə qurulması zəruridir, ancaq millilikdə dirənib qalmaq da düz deyil.
Müstəqil ədəbiyyat ilə isə Biləcəriyə qədər getmək olar. Ədəbiyyat bəşəri olmalıdır. Bəlkə də son 30 ildə Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəblərindən biri də onun İsa Həbibbəylinin iddia etdiyi "müstəqilliyindədir". Ancaq "Sovet ideologiyasının hökm" sürdüyü illərdə ən azı 15 ölkədə Azərbaycan ədəbiyyatı məktəblərdə tədris edilib, təbliğ olunub və çoxmillətli xalqların maraq dairəsində idi.
Sevimli yazıçımız Anarın ədəbiyyatımıza İsa Həbibbəylinin qeyd etdiyi "milli istiqlal məzmunu" gətirməsinə imkan verən Sovet ideologiyasının açdığı obrazlı təfəkkür sərhədləri idi. Güman edirəm ki, böyük yazıçımız özü də bunu inkar etməz.
Yeri gəlmişkən, hörmətli İsa Həbibbəyli 1984-cü idə çap etdirdiyi "Romantik lirikanın imkanları" (1984), "Ədəbi yüksəliş" (1985) və 90-cı illərə qədər yazaraq Cəlil Məmmədquluzadəyə həsr etdiyi kitablarında marksizm-leninizm klassiklərinə istinad etməklə Sovet ideologiyasına layiqli xidmət göstərmişdir.

Ədalət Abdinov
07-06-2023 06:11 Baxılıb: 1960    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив