İNFORMASİYA – ZİBİL KİMİ


Valeri Korovin

Şəbəkə müharibələri, anlaşıldığı kimi, şəbəkələrin olduğu yerdə aparırılır, şəbəkələrin olması isə öz növbəsində yalnız informasiya məkanının mövcudluğu fonunda mümkündür. İnformasiya məkanının xüsusiyyəti informasiyanın istənilən miqdarda və maksimal sürətlə azad istehsalı, ötürülməsi və qəbulunun sərbəst imkanıdır. Belə vəziyyətdə ən vacib faktor informasiyanın keyfiyyəti olur. Müasir şəraitdə yaradılan informasiyanın çoxhəcmliliyi onun dəyərini öldürür, şüuru bezdirir, ümumilikdə istehsal olunan informasiya kütləsinin dərkini mümkünsüz edir. Həm də informasiyanı qiymətləndirmək, ona kritik yanaşmaq və yararlanmaq mümkün olmur. Müasir insan informasiya axınını yalnız qatmaqarışıq, hissə-hissə qavramaq qabiliyyətindədir, məlumatların diqqətlərə yönəldilməsi isə “lazımi” mövzuda olan informasiyaların həcmini artırmaqla axına çevrilməsi yolu ilə aparılır. Lakin bütün bunlar “effektlər bazasında əməliyyatlar” (EBƏ) də adlandırılan şəbəkə müharibələrinin aparılması üçün ideal mühitdir ki, reallığı dəyişmək gücünə malikdirlər.
İnformasiya – heç də insanlığın KİV və internetdən aldığı yeganə zibil deyil. “Efirin zibillənməsi” bir çox hallarda qəsdən həyata keçirilir. Daha doğrusu şüurlu şəkildə şərait yaradılır ki, informasiya axını daim güclənsin, alınan informasiyanın qavranılması və ona kritik yanaşılması qabiliyyəti isə müvafiq olaraq aşağı düşsün. Belə vəziyyətin yaranmasından onunçün istifadə edirlər ki, informasiyanın ümumi axınından həqiqətən də az-çox dəyər kəsb edən informasiyanı ayırd edib götürmək çətinləşsin. Dəyər dərəcəsi isə belə halda məhz alınmış informasiyadan istifadə etmək imkanı ilə müəyyənləşir. Məhz informasiya ilə zibillənmiş mühitdə şəbəkə əməliyyatları həyata keçirilir, strateji əhəmiyyət daşıyan informasiya isə... rahatlıqla açıq kanallarla ötürülür; birbaşa “efirə” verilir, rəsmi müraciətlərlə, çıxışlarla, populyar KİV-lərdə məqalələrlə, internetdə açıq şəkildə çatdırılır. Beləcə şəbəkə müharibəsində agenturaya tapşırıqlar şifrovkalar yolu ilə deyil, birbaşa hamının girişi olduğu xətlə verilir. Həmin informasiyanı istənilən adam eşidə bilər, amma informasiyanın ümumi axınından hər kəs ayırd edib nə olduğunu düzgün müəyyənləşdirə bilməz.
Amerika nəhəng miqdarda informasiyanın istehsalçısıdır, lakin yalnız müəyyən kodları, bəzi şiftə açılmalarını bilən şəxslər həmin informasiyadan düzgün yararlanmaq qabiliyyətinə malikdirdirlər. Bütün informasiya axınının buraxıldığı və informasiya zibilininin süzüldüyü həmin çəpərin aydınlaşdırılaraq müəyyən olunması üçün yeni müharibə teoriyasında “şəbəkə kodu” adlı anlayışdan istifadə edilir. Bu məhz elə bir matrisadır ki, onun köməyi ilə informasiyanı ayırd etmək, axınlara bölmək, sistemləşdirmək, dəyər kəsb edənləri tanımaq, götürülənləri analiz etmək və məqsədəuyğun istifadə etmək olur. Şəbəkə kodu – elə çəpərdir ki, dəyər kəsb edən informasiyanı yerdə qalan digər zibilin içindən kəsib ayırır, onu şəbəkə boyu yenidən döviyyəyə buraxır.

Valeri Korovin, “Şəbəkə müharibəsi”
03-03-2023 23:23 Baxılıb: 2040    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив