Partiya sədri: “Şuşanın icra başçısının nə iti azıb Bakıda?” — “Heç olmasa pul yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”“Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyir ki, hələ də Şuşaya gedə bilməyib. Ayıbdır! Nə vaxt gedəcəksən? Camaat az qala rüşvət verir, minalı yollarla Şuşaya gedir, torpağa ayaq basırlar. Bayram Səfərov əvvəlcə erməni var idi, gedə bilmirdi, sonra döyüşlər oldu, gedə bilmədi, indi də minalara görə gedə bilmir. Şuşa Bakıdadır? Şuşanın icra başçısının nə iti azıb Bakıda? Getsin Şuşaya, açılışlarda iştirak eləsin, yardım paylasın. Şuşanın icra başçısı, get xəritə çək, bil ki, haranı, neçəyə satacaqsan... Yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”. Bunu AĞ Partiyanın sədri Tural Abbaslı "Müsavat TV"-nin canlı yayımında deyib. T.Abbaslı Xankəndinin deputatı Tural Gəncəliyevi də tənqid edib: “Hələ də Bakıdadır. Get deputatı olduğun əraziyə, hər ailəyə bir ev al ver! Get otur orda, millət vəkilisən, buraxmayacaqlar?! Səsinizi çıxarın. İşğaldan azad edilən digər rayonların deputatları haradadırlar? Hamısı yaxasına bir nişan taxıb, Bakının küçələrində “Mercedes”də gəzirlər, postlardan da yoxlanışsız keçirlər.
Paşinyanı ifşa etdi: Hər ay aeroportdan təhdidlə 300 dollar alırdıErmənistan Mülki Aviasiya Baş İdarəsinin keçmiş əməkdaşı Hasmik Manukyan Facebook səhifəsində baş naziri Paşinyanın keçmişini açıb töküb: “Nikol Paşinyanın şərəfsiz keçmişindən bir hekayə paylaşmaq istərdim. Nikol Paşinyan şantaj yolu ilə Mülki Aviasiya Baş İdarəsindən pul istədi və qəzetlərinin alınıb təyyarələrə yerləşdirildiyinə nail oldu. Gəlin əvvəldən başlayım. 1999-2001-ci illərdə Mülki Aviasiya Baş İdarəsində çalışırdım. O illər çətin idi, hökumət sektoru tənzimləməyə çalışırdı, ancaq Departamenti hədəf alan və çirkli yalanlar dərc edərək, hətta əldə edilən yüksək keyfiyyətli təyyarələr haqqında pis və köhnəlmişdir deyərək pis şeylər yazan bir qəzet var idi. Bəzi oxşar məqalələri oxuduqdan sonra şöbə aydınlıq və təkzib üçün qəzetin redaksiyasına müraciət etdi, ancaq qəzetin sahibinin məşğul olduğu, əsl sahibinin Nikol olduğu bildirildi.
Карабахские армяне расстреливали ереванцев по приказу президента Армении: подробности громкого сливаСтатья Русской службы BBC об участии подразделений т.н. «армии НКР» в расстреле демонстрантов в марте 2008 года в Ереване, помимо того что крайне интересна сама по себе, получает любопытное криминальное продолжение. Спустя день после публикации материала, его автор, журналист Григорий Атанесян начал получать сообщения с угрозой смерти, о чем написал в своем Twitter. Напомним, что статья посвящена расследованию по делу 1 марта 2008 года, когда при силовом разгоне протестующих против фальсификации президентских выборов погибли 10 человек. В следственных документах, которые оказались в распоряжении BBC, фигурируют два бывших президента Армении.
DİQQƏT! MN və DTX məlumat yaydı10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalmışdır. Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilmişdi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi. Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin etmişdir. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək erməni silahlı dəstələrinə müraciət etmişdir.
"İLİŞƏN" İCRA BAŞÇISININ TIR BİZNESİXəbər verildiyi kimi, hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov həbs olunub. Keçmiş İcra başçısı Əziz Əzizov vəzifəsindən azad edilərkən buna sevinənlər də olub, sevinməyənlər də. Amma sakinlərin böyük əksəriyyəti deyib ki, çoxunuz Ə.Əzizovun ölənlərinə rəhmət oxuyacaqsınız. Namiq Zeynalov rayona İcra başçısı təyin edildikdən sonra bir müddət sonra isə rayon sakinləri “Qaynana” filmindəki kimi Nəsibə xanımın diliylə desək, “Hardasan ay Sevda?” deməyə başlayıblar və Ə.Əzizovun ölənlərinə həqiqətən rəhmət oxuyublar. Rüşvətə start verən N.Zeynalovun rayonda qalmaqala səbəb olan bizneslərindən biri də “TIR” dayanacağı olub. Hamıya məlumdur ki, Cəlilabad rayonun Maşlıq, Muğan, Söyüdlü və Kazımabad kəndləri geniş kartofçuluq təsərrüfatıyla məşğuldur. Hər il bu kəndlərdən Rusiyaya tonlarla kartof yola salınır.
|