Erməni polkovnik: Elə ki eşidirdik “Yaşma” gəlir, həmin postu döyüşsüz tərk edirdik"Bəli, biz onlardan zəif idik bunu etiraf etmək lazımdır. Nə artileriyası, nə PUA-sı, nə də digər qüvvələri göz açmağa imkan vermirdi". Qalanews Armnews-a istinadən xəbər verir ki, bu sözləri təhlükəsizliyi səbəbi ilə adının açıqlanmasını istəməyən erməni ordusunun polkovniki söyləyib. "Bizə 1-2 ayın əsgərlərini gətirib verirdilər ki, irəli gedək. Avtomatını iki dəfə əlinə almış əsgərdən mən nə tələb edə bilərəm? Göz görə-görə onları ölümə tərk etməliydim? Bizim xüsusi təyinatlılar azərilərin xüsusi təyinatlıları ilə açıq döyüşə girmək istəmirdilər. Elə ki eşidirdik "Yaşma" gəlir, həmin postu döyüşsüz tərk edirdik. Ərzaq təminatımız demək olar ki, yox idi. Gətirib döyüş gedən ərazidən 3-4 km kənara boşaldırdılar, deyirdilər qüvvə göndər gəlib aparsın. Yemək istəyirsənsə, gərək PUA-rın zərbələri altında o yolu qət edəsən".
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər - SENSASİYADemək olar ki, bütün eks nazirlərin, yüksək vəzifəlilərin Xızıda villası var. Onların bəziləri Abel Məhərrəmovla Ramiz Mehdiyev kimi hasar qonşularıdır. pravda.az-ın verdiyi xəbərə görə, istefaya göndərilən məmurlar bu günlərdə Xızıda “konsey” təşkil ediblər. Görüşə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla yanaşı, baş nazirin eks müavini, “Qaçqınkom” kimi tanınan Əli Həsənov da qatılıb. Kreslosundan ayrı düşən digər Əli də (Əli Abbasov) adaş və həmqismətlərinin müzakirələrinə qoşulub. Sadalanan “Əli”lərin bir yerə toplaşmağı heç kəsdə təəccüb yaratmasa da, görüşdə Əli İnsanovun da olması müzakirələrin ən maraqlı tərəfidir. Bir vaxtlar hansısa yollarla hakimiyyətə gəlməyə çalışan Əli İnsanov həbsxanadan “mujik” kimi çıxandan sonra Haqq Ədalət Partiyası yaratdı və Prezidentliyə iddiasını bir daha ortaya qoydu. HƏP liderini müzakirələrə dəvət edənlər isə, 2005-ci ildə onu zindana yola salanlardır.
AZƏRBAYCANDA SOROSÇULAR TELEVİZİYALARI ƏLƏ KEÇİRMƏYƏ BAŞLAYIB?Mərkəzi televiziya və radiolardan biri olduğu üçün onun rəhbərliyinə kimin gəlməsinin əhəmiyyətli məsələlərdən biri olduğunu düşünürük. Mətbuatda yeni təyin edilən rəhbərin Ülviyyə Mikayılova adlı müəllimə olduğu və onun fəaliyyəti barədə məlumatlar yayılmışdır. Ülviyyə Mikayılovanın qısa tərcümeyi-halı aşağıdakı kimi qeyd edilir: “Ülviyyə Mikayılova 1959-cu ildə anadan olub. O, fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. Təhsildə liderlik və menecment üzrə İngiltərənin Mançester Universitetindən magistr dərəcəsinə, biologiya üzrə Tbilisi Dövlət Universitetindən fəlsəfə elmləri namizədi dərəcəsinə malikdir. O, təhsildə innovasiyaların tətbiqi sahəsində 1998-2015-ci illərdə fəaliyyət göstərir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunda (SOROS Fondu) Addım-Addım Erkən Yaş Dövrünün proqramına rəhbərlik edib.
DTX Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yayıbÖlkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir. Dövlət Təhlükəsizliyi Xidməti xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyri-Hökumət Təşkilatları ilə bağlı yeni sərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Pravda.az-ın məlumatına görə, sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: dövlət orqanlarından Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi.
Natalya Makeeva Natiq Cəfərlini “Sorosun adamı” adlandırdıBeynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı Natalya Makeeva REAL partiyasının icraçı katibi Natiq Cəfərlinin SSRİ-nin yaranması təhlükəsi ilə bağlı fikirlərinə münasibət bildirmişdir. İcmalçı Rusiyanın evrazia.org portalında dərc olunan məqaləsinin girişində “Azərbaycanı yeni SSRİ-nin yaranmasına görə qorxudanlar kimlərdir?” sualını qoyaraq yazır ki, “Qafqaz ölkələri Rusiya ilə yaxınlaşır və belə görünür, bu Qərbdə kiminsə xoşuna gəlmir”. Məqalədə Natiq Cəfərlinin “Sorosun adamı” olması iddiasını irəli sürən Makeeva göstərir ki, onun SSRİ barədə fikirlərinin məhz Putin və Lukaşenkonun görüşü ərəfəsində səsləndirilməsi müəyyən nüanslara aydınlıq gətirir: “Material Rusiya və Belorusiya prezidentlərinin görüşü ərəfəsində yazılmışdır. Hiss olunur ki, mətn işlənərkən Corc Soros fondu və bu struktura yaxın təşkilatlara xas xarakterik nəticələrdən istifadə edilmişdir”. “Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemalar” mövzusunda konfrans keçirəcək28 aprel 2021-ci ildə Beynəlxalq Avrasiya Hərəkatı “Beynəlxalq elmi-texniki əməkdaşlıq üzrə Rusiya evi” Assosiasiyasının iştirakı ilə “Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemalar” mövzusunda konfrans keçirəcək. Konfrans çərçivəsində aşağıdakı mövzular analiz olunacaq: 1) RF Prezidentinin Federal Məclisə Müraciətinin vacib ideoloji konstantları: avrasiyaçılıq və çoxqütblük. 2) Avrasiya Birliyi: çağırışlar və perspektivlər. 3) Zaqafqaziya üçün Avrasiya həlli. 4) Rusiyanın iştirakı ilə inteqrasion proyektlər və onların müsbət nəticələri. 5) ABŞ-ın Avrasiya məkanında destabilləşdirmə faktoru. 6) Zaqafqaziyanın Avrasiya layihəsində etnososoiloji xəritəsi.
NATO generalları: Rusiya istəsə Latviya, Litva və Estoniyanı cəmi 60 saata tuta bilərNATO-nun istefada olan generalı Henrix Braus alyansın ciddi zəifliyini bəyan edib. Qalanews xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" nəşri yazır. Brausun sözlərinə görə, NATO-nun Rusiya ilə toqquşması halında "axilles" beşinci heyəti Baltikyanı ölkələr olacaq. General hesab edir ki, rus əhalisinin əhəmiyyətli payı və coğrafi mövqeyi səbəbindən regionu hərbi vasitələrlə qorumaq çətin olacaq. O "Rand" Korporasiyasının Tədqiqat Mərkəzinin məruzəsinə istinad edərək bildirib ki, onun hesablamalarına görə, Rusiya Riqa, Vilnüs və Tallinni 60 saatdan az müddətdə işğal edə bilər. Ben Xoces isə öz növbəsində alyansın köçürülməsində baş verən ciddi problemlərdən danışıb.
İcra başçısı bütün əmlaklarını satışa çıxarıbİcra başçılarının həbsindən sonra əndişəyə düşən əksər vəzifəli şəxslər öz əmlaklarını, xüsusən də villalarını və bahalı maşınlarını satışa çıxarıb, yaxud da başqasının adına sənədləşdiriblər. “Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı “Hürriyyət” qəzeti yayıb. Yazıda bildirilir ki, hazırda elə rayon rəhbərləri var ki, onların sərvəti həbs olunan icra başçılarının sərvətindən nəinki on, hətta yüz dəfələrlə artıqdır. Qəzet bununla bağlı araşdırma apardığını, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da bir sıra əmlakları satışa çıxardığını iddia edir. Qeyd olunur ki, icra başçısı oğlunun adına və ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobili (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir) başqa şəxsin adına keçirilib. “Təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib”.
Əmmar Əl-Musəvi: Suriyadakı hərbi uğurları Rusiya və Hizbullah qüvvələri birlikdə qazandıLivanın Hizbullah hərəkatının Xarici Əlaqələr Departamentinin rəhbəri Əmmar Əl-Musəvi, Hizbullahı qara siyahıya salan bir çox dövlətin daha sonra gizli şəkildə onlarla əlaqə qurmağa çalışdığını açıqlayıb. deyerler.org xəbər verir ki, Rusiyaya səfəri ilə bağlı Əl-Mənar televiziyasına açıqlamalar verən Əmmar Əl-Musəvi, Moskvadakı Rusiya rəsmiləri ilə görüşlərinin müsbət və konstruktiv olduğunu söyləyib. Əmmar Əl-Musəvi Rusiyanın Hizbullahın Suriyadakı fəaliyyətlərinə neqativ baxdığına dair iddiaları təkzib edib: “İddialar əsaslı deyil. Hizbullah, hətta Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasından istifadə edir”. Əl-Musəvi Rusiya ilə ünsiyyət və əməkdaşlığın 2010-cu ildən əvvələ söykəndiyini söyləyib.
Патрушев: США придется ответить, если они будут создавать "трудные дни" в отношениях с РФСекретарь российского Совета безопасности подчеркнул при этом, что Москва не совершала и не совершает враждебных действий в отношении Вашингтона Секретарь Совета безопасности РФ Николай Патрушев считает, что если США будут создавать "трудные дни" в отношениях с Россией, они должны будут ответить за это. Об этом он заявил журналистам в среду, комментируя слова помощника американского президента по национальной безопасности Джейка Салливана. "Раз они предрекают, значит, они и планируют. А если планируют, то могут и реализовать, - сказал секретарь СБ РФ. - Но тогда и будут нести ответственность за те действия, которые они могут совершить".
Quba icra başçısının Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsi"Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin “Fayton” restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil". guninfo.az-in xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib. C.Həsənli bildirib ki, şirkətlərin elə 7-si Ukraynadadır: “Ən məşhuru Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn “ALOV” asfalt zavodudur. İcra başçısının Ukraynaya “Alov”lu məhəbbəti o qədər yüksəkdir ki, biznesinin ağırlığını bu ölkəyə yönəldib.
Pentaqonda Hizbullahın məlumat mənbəyiLivanın "Hizbullah" təşkilatının informasiya mənbələri sırasında ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) də mövcud olub. Belə ki, Pentaqon əməkdaşlarından biri təşkilat üçün vacib sayılacaq məlumatları "Hizbullah"a ötürüb. ABŞ Ədliyyə Nazirliyinin yayadığı məlumatda qeyd olunur ki, Məryəm Taha Tompson adlı Pentaqon əməkdaşı Amerika kəşfiyyat mənbələri haqqında gizli məlumatları "Hizbullah"la əlaqəsi olan bir şəxsə verib. Milli təhlükəsizlik xidmətində son dərəcə gizli məlumatlara çıxışı olan Tompson İranın "Qüds" briqadasının sabiq komandanı general Qasim Süleymaniyə sui-qəsddən sonra məlmatları paylaşıb. O fəaliyyəti dövrü ərzində ABŞ-ın İraqdakı işçi qrupunun arasında olub. Məryəm bir neçə il əvvəl Livan vətəndaşı ilə tanış olub.
КТО ЗАДУМАЛ УНИЧТОЖИТЬ РОССИЮ: У ГЕЙТСА И ГРЕФА ЕСТЬ ЗАКАЗЧИК - "БОЛЬШОЙ ПАПА"Философ Александр Дугин назвал конкретные личности, стоящие за новым глобалистским проектом "Большая перезагрузка". Гейтс, Сорос и Греф - это "епископат" системы, её "большой папа" появится в будущем. На фоне глобальной пандемии коронавирусной инфекции COVID-19 в 2020 году пошли разговоры о так называемой "Большой перезагрузке". Кто стоит за новым глобалистским проектом и как от него защититься, рассказал в эфире Царьграда философ Александр Дугин. По его словам, идею глобализма можно сравнить с религией. У неё есть определённые лидеры, которые её продвигают, и исполнители, являющиеся "паствой". Дугин подчеркнул, что попытка охарактеризовать глобалистов как просто жадных людей или сатанистов - это сильное упрощение проблемы.
Hacıbala Abutalıbovun saymaqla qurtarmayan şirkətlərinin və obyektlərinin SİYAHISIHacıbala Abutalıbovun Bakı şəhərinə 18 ildə vurduğu ziyanı bundan sonrakı 180 ilə aradan qaldırmaq mümkün deyil. Yaşlı nəslin xatirindədir. Bir zamanlar dəniz tərəfdən baxanda Bakını amfiteatra bənzədirdilər. Hətta İtaliyanın Nepal şəhəri də bu mənzərəyə görə Bakıdan geri qalırdı. Bax Hacıbala Abutalıbov Bakının bu mənzərəsini yerlə bir etdi. Bu gün paytaxt qarışıq, nizamsız tikilmiş və memarlıq cəhətdən bir-birini tamamlamayan yüksək mərtəbəli binaların poliqonuna çevrilib. Bakının kommunikasiya, xüsusilə də kanalizasiya sistemi bərbad gündədir. Mütəxəssislər bildirir ki, paytaxtın kanalizasiya sistemi hər an şəhərdə çox ciddi fəsadlar törədə bilər. Onun rəhbərliyi dövründə Nizami, Sabunçu, Nərimanov, Binəqədi rayonlarındakı yaşıllıq zolaqları məhv edildi.
AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHIAzərbaycanın kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə ikinci dəfə artırıb. KONKRET.az xəbər verir ki, martın 2-də şirkətin nizamnamə kapitalı 22.26 milyon manatdan 26.50 milyon manata qədər artırılıb. Kosmetika şirkəti sonuncu dəfə nizamnamə kapitalını cari ilin yanvar ayında 3.5 milyon manat artırmışdı. Bu da bir neçə ay ərzində 7.7 milyonluq əlavə artım deməkdir. 08.05.2009 tarixində yaradılan şirkətin qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır. “Gazelli Group” 1999-cu ildə AZAL prezidenti Cahangir Əsgərovanın həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis edilib. “Gazelli Group” MMC-nin qanuni təmsilçisi olan Nərmin İsmayılova hazırda həm də ölkədə ən böyük parfumeriya və kosmetik mağazalar şəbəkəsi olan “İdeal”ın direktorudur.
Фонд Сороса занимается в Армении пропагандой извращенийВ апреле 2017 года при финансировании Фонда Сороса ряду министерств Республики Армении и директорам школ была представлена программа сексуального воспитания для школьников, разработанная организацией «Женский ресурсный центр», которая под видом защиты прав женщин занимается пропагандой извращений. В соответствии с вышеупомянутой программой, учащимся в школах должны рассказывать о гомосексуализме, инцесте, анальном сексе, мастурбации, сексуальных отношениях и о видах контрацепции. Общественная организация «Женский ресурсный центр» продолжает свою деятельность в рамках этой программы и организует курсы для несовершеннолетних и их родителей. В ЕГУ действует Центр гендерных исследований и лидерства, директором которого является соучредитель «Женского ресурсного центра» Гоар Шахназарян.
ОТНОШЕНИЕ ВЕЛИЧКО К АРМЕНИИ И АРМЯНСКОМУ НАРОДУВ конце XIX века рост армянского самосознания в Закавказье начал входить в противоречие с ассимиляционной государственной политикой Российской империи. Князь Г.С.Голицын, назначенный в 1896 году новым главноначальствующим Кавказской администрации, решительно сменил прежний курс администрации, благоприятствовавший армянам, резко сократил численность чиновников-армян, заменив их мусульманами. Голицын, в частности, был известен у современников обещанием добиться, что «единственным армянином в Тифлисе будет чучело армянина в Тифлисском музее!». При Голицыне были закрыты некоторые армянские общественные организации, резко сужена деятельность благотворительных обществ, ужесточена цензура в отношении армянских периодических изданий, а некоторые из них были закрыты.
Ata Abdullayevlə bağlı SENSASİON MƏLUMAT: Bloger sifarişi kimdən aldığını açıqladı – ifadəsi yayıldıDövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanı tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar. O dövrdə Ata Abdullayev istintaqla o dərədəcə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Ata Abdullayevin üzvü olduğu mütəşəkkil dəstə aviaşirkətlərin internet səhifəsinə qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından pul ödənişləri aparıb elektron aviabiletlər əldə ediblər.
"Şərurlu İsfəndiyar" 5 milyona 2 "Lamborghini", 2 "Ferrari" alıb - Zaminbank işiBakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın 5 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib. Hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb. İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub: “Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan 5 milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim. Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi.
|