Övladınızın patı - şüşə çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan şüşə-patı bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb. Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər? medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı-şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb. Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib. “El arasında şüşə, patı adı ilə məlum olan, əslində tibbi adı metamfetamin olan narkotik maddədir. Çox təhlükəli sintetik narkotikdir.
Rusiyalı siyasətçi Zəngəzur məsələsi ilə bağlı Azərbaycanı müdafiə etdiRusiya Dövlət Dumasının MDB ölkələri ilə iş, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov "Svobodnaya Pressa" dərgisinə müsahibəsində Cənubi Qafqazda və Orta Asiyada mövcud olan hərbi-siyasi gərginliklə bağlı suallara cavab verib. Jurnalistin bir müddət əvvəl Ermənistanın və Qırğızıstanın KTMT-dən rəsmi kömək istəməsinə baxmayaraq, bu təşkilatın həmin ölkələrə kömək etməkdən imtina etməsi barədə xatırladaraq yenidən bu təşkilatın Talibana qarşı mübarizədə hansı mövqeyi tutacağı barədə suala belə cavab vermişdir: "Nə Ermənistanda, nə də Qırğızıstanda sərhəd pozuntusu olmamışdı. Ermənilərlə bu vəziyyətin yaranmasına səbəb azərbaycanlıların 2 kilometr "qırmızı xəttə" daxil olması olmuşdu.
Türkiyə Rusiya ilə birləşəcək?Tanınmış rusiyalı politoloq, həmvətənimiz Kamran Həsənov “Avrasiya Birliyi: perspektivlər, çağırışlar, ideologemlər” mövzusunda keçirilən konfrans zamanı çıxış edərkən maraqlı fikirlər səsləndirmişdir. Həmin fikirləri sizə təqdim edirik. ✅ Rusiya və Türkiyə Qərbin ideoloji ekspansiyasına qarşı birgə mübarizə aparırlar. Son illər Suriyada, Qarabağda baş verən hadisələr göstərdi ki, Rusiya və Türkiyə öz aralarında razılaşa, birgə hərəkət edə bilərlər. ✅ Rusiya 2016-cı ildə Türkiyədə ABŞ tərəfindən təşkil edilib həyata keçirilən dövlət çevrilişi zamanı Türkiyəyə ciddi kömək etdi. Bu faktın özü Rusiyanın etibarlı partnyor olmasını təsdiq edir. ✅ Region ölkələri öz təhlükəsizliyini, iqtisadi inkişafını və siyasi müstəqilliyini yalnız Avrasiya Birliyinə qoşulmaqla təmin edə biləcəklər. Avrasiya Birliyinin qurulması Rusiyanın, Türkiyənin və İranın birbaşa iştirakı ilə həyata keçirilməlidir. Bu üç ölkənin uzlaşma yeri Cənubi Qafqazdır. ✅ Türk xalqlarının çoxu Rusiya ərazisində yaşayır.
Keçmiş döyüşçülər bir-birini ittiham edirSosial şəbəkələrdə daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyevlə Camal Əhmədov arasında qarşıdurma, bir-birini ittiham etmək halı yaşanır. Tərəflərin bir-birinə ittihamı 1992-ci ilin fevralın 22-də Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə düzəltmək üçün nəzərdə tutulan əməliyyat və onun kim tərəfindən pozulması konteksində yönəldirlər. Xatırladaq ki, Camal Əhmədov həmin dövrdə batalyon komandiri, qarnizon rəisi və hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, sabiq komandan qeyd edib ki, Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün hərbi əməliyyat hazırlanıb, sonradan bu əməliyyatın həyata keçirilməsinə o zamankı prezident Mütəllibov razılıq verməyib. Fəhmin Hacıyev bu məlumatı o zamanlı müdafiə naziri Şahim Mustayevdən aldığını diqqətə çatdırıb. Camal Əhmədov isə Fəhmin Hacıyevi Xocalıya kömək əməliyyatı müşavirəsi zamanı təxribat törədib faciənin miqyasını böyüməsinin baiskarı kimi təqdim edib.
Erməni cəlladları “Lyoxa” və “Lyoşa”: biri Naxçıvanda doğulub böyüyübmüşBirinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər hərbi cinayətlər törətmiş erməni hərbi canilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər dindirilib. Şahid qismində məhkəmədə ifadə verən hərbi qulluqçu Ceyhun Vəlibəyov deyib ki, Vətən müharibəsi zamanı A.Xosrovyan Cəbrayıl istiqamətində kəşfiyyat xarakterli hərəkətlər apararkən Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən ələ keçirilib: "Həmin ərazidə döyüş əməliyyatlarında iştirak edirdik. UAZ markalı avtomobilin bizə tərəf gəldiyini gördük. İçərisində hərbi formada bir nəfər vardı. Maşını saxladıq, içərisindəki həmin bu Alyoşa Xosrovyan idi, maşında silah-sursat da var idi".
Pandemiya saxtadır, insanları öldürən havaya səpilən kimyəvi maddədir– Həkimin ŞOK AÇIQLAMASI"Koronavirus infeksiyası deyilən xəstəlik yoxdur, insanlar kimyəvi silahla xəstələndirirlər, bu maddə hava ilə səpilir. İndiki vaksinlərin tərkibində şimpanze meymunu, donuz və siçan genləri var". Uzun müddət Moskvada yaşayıb işləmiş psixiatr Abdulla Şıxlınski dünyada bir çox mütəxəssislər kimi pandemiya və koronavirusun varlığına inanmayan və hər şeyin düşünülmüş ssenari olduğuna inanan insanlar qrupuna daxildir. O Azərbaycanda, əslində, pandemiyaya ehtiyac yaradacaq bir vəziyyətin olmadığını deyir. Deyir ki, nəinki pandemiya, heç epidemiya da olmayıb. “Koronavirus adlanan virus 1950-ci ildən elmə məlumdur, o ağır xəstəlik, özü də belə pandemiya törətmək qabiliyyətinə malik deyil, bu virus impotentdir. İmpotent - yəni heç bir qüvvəsi olmayan.
“BİZON energy” energetik içki deyilmiş — İnsanları aldadırmışlarDemokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib. Bildirilib ki, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
"Oxuduğum "Ayətəl Kürsü"lər, nənəm Tutubəyimin cəddi onlara qənim olsun" - İşdən çıxarılan rektorManset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib: “Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar. Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını Allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar, nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını. Nurlana xanım peşəkarlıqla, vicdanla, insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım.
|