Azərbaycanda 11700 nəfər vəhhabilikdən imtina etdi

Azərbaycanda vəhhabi dini təriqətinin hansı təhlükələrə yol açdığı barədə uzun zamandır müzakirələr aparılır. Düzdür, vəhhabilərin hamısını təhlükəli saymaq da yanlış olar, amma Suriyadan hər gün qara xəbərlər sözügedən təriqətin siyasi mahiyyətini ortaya qoyur. Bu hadisələrlə ənənəvi “din siyasətdən ayrıdır” tabulaşmış deyimi də özünün aktuallığını itirir. Həqiqətən də dindar öz inancını siyasətlə uzlaşdırmamalıdır və etiraf edək ki, Azərbaycanda belə dindarlar da az deyil.
Lakin Səudiyyə Ərəbistanından ixrac olunduğu iddia edilən vəhhabiliyin, sələfiliyin təsirinə düşən gənclərimizin dünyagörüşünün pozulması ciddi problemə çevrilib. Ancaq o da məlumdur ki, bir qism şəxs siyasiləşmiş dini sektaların təhlükəsini dərk edəndən sonra oradan uzaqlaşır.
Modern.az mövzu ilə bağlı etibarlı mənbələrdən maraqlı informasiya alıb. Məlumata görə, ölkədə vətəndaşlarımızın Suriyaya yollanmasından sonra vəhhabi təriqətinə mənsub bir çox şəxslər buna etiraz edərək, təmsil olunduqları cərəyandan ayrılmaq qərarı veriblər. Bu, vəhhabilər olan bütün bölgələrdə müşahidə olunur.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu prosesin əsas ağırlıq yükü daha çox Qaradağın Müşfiqabad qəsəbəsinin üzərinə düşür. Məlumata görə, həmin qəsəbədə 12 min vəhhabinin 11 min 700-ü üzv olduqları dini təriqətdən uzaqlaşıb. Bu, son üç ayda baş verən proseslərin göstəricisidir. Mənbənin sözlərinə görə, Azərbaycanın bölgələrində də radikalizmdən uzaqlaşma meylləri müşahidə olunur.
Məlumat üçün deyək ki, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən sələfi əqidəli şəxslərin ibadət etdiyi məscid bağlanıb. Adıçəkilən məscidin imamı Mübariz Qaçayevin gənclərin Suriyaya göndərilməsində rol oynaması ilə bağlı ittihamlar səslənirdi.
Onu da qeyd edək ki,  Suriya ilə bağlı sələfi liderləri olan Qamət Süleymanov və Əlixan Musayev arasında yaranan fikir ayrılığı qalmaqal həddinə gəlib çıxmışdı. Q.Süleymanov Ə. Musayevi radikallıqda günahlandıraraq  onu Suriyaya vətəndaşların yollanmasında iştirakda ittiham etmişdi.
13-04-2014 11:17 Baxılıb: 41 2610    

Şərh müəllifi: Mohtesem bir xeber                 Tarix: 19 июня 2014 13:55                 [ Cavabla ]
mohtesem xeberdi

Şərh müəllifi: Qalib                 Tarix: 19 июня 2014 18:51                 [ Cavabla ]
bu fakt hecde inandirici deyil sadece milletin bashinin altina qoyulan yeni yastiqdi. Bir vaxtlar vehabiler adlarini vehabi kimi chekinmeden tesdiq edirdiler. ancaq cemiyyetde eks tesir ve dovletin azda olsa tesiri neticesinde bezileri saqqallarini qirxmaqla ve yeni adlar qoymaqla biz Vehabi deyilik SELEFI kimi Ehli-sunne ve cemaet kimi adlarla yeni adlar qoydularki bizim eqidemiz o deyil budu. Burda anlamayacaq bir shey yoxdu. Eqide , dushunce ve Tefekkur eynidi. Sadece ad deyishkenliyile camaati chashdirmaq ve biz muselmaniq deyerek ne SHiye nede Sunni deyilik deyerek insanlarda cazibe quvvesi tapdilar. Buda yeni metodduki Elixan Musayev ayri cebhedi, Qamet Suleymanov ayri. qisa ve konkret bele bir shey yoxdu. Adlarida Vehabidi, ozleride-sozleride birdi. Dovletin guclu nezareti olmuyunca belede olmaliydi. Onlarin Seudiyye ve Avropa olkelerinden pul axini ve bank hesablarini nezarete gfoturmek tek shert deyil. Onlara pul gelmiyede biler . Yeni metodlari Seudiyyeden gelen pulsuz mal ve bunu xususende Bine ticaret merkezinde sataraq pul etmek yeni metoddu. Men sade vetendash kimi bunu gorduyum halda niye goresen xususi keshviyyat orqanlari bunu gormur? baxin buna cavab tapmaq lazimdi. Yeni qurulan dovlete, dovletchiliye goresen ichimizdenmi kimlerinse xelel gelmesinde maragi var? Dushunek.

Şərh müəllifi: B......r                 Tarix: 22 сентября 2015 17:01                 [ Cavabla ]
Bu yazida hegigetler var
Men ozum muwfigabad qesebesinde calishiram..evveller burda exiler-selefiler cox idi.artiq insaar arasinda nufuza yiyelenmisdiler.yaxsi hormetlileri de var idi.amma so zamanlar gozume deymirler nedense..ona gore de xeberin hegigete uygunlugu danilmazdir

Şərh müəllifi: Ниджат                 Tarix: 25 мая 2016 10:41                 [ Cavabla ]
hansi Namuslu Adam Vaxabi ola biler.. ancax Peyser balasi vaxabi olar arvadi qexpe ...anasi qexpe vaxabilik qebul eliye biler.

Şərh müəllifi: vadimvirred                 Tarix: 19 декабря 2019 09:11                 [ Cavabla ]
Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день

Сайт:
t.co/588xCBrOyU

Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив