Pentaqonda Hizbullahın məlumat mənbəyi

Livanın "Hizbullah" təşkilatının informasiya mənbələri sırasında ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) də mövcud olub. Belə ki, Pentaqon əməkdaşlarından biri təşkilat üçün vacib sayılacaq məlumatları "Hizbullah"a ötürüb.
ABŞ Ədliyyə Nazirliyinin yayadığı məlumatda qeyd olunur ki, Məryəm Taha Tompson adlı Pentaqon əməkdaşı Amerika kəşfiyyat mənbələri haqqında gizli məlumatları "Hizbullah"la əlaqəsi olan bir şəxsə verib.
Milli təhlükəsizlik xidmətində son dərəcə gizli məlumatlara çıxışı olan Tompson İranın "Qüds" briqadasının sabiq komandanı general Qasim Süleymaniyə sui-qəsddən sonra məlmatları paylaşıb. O fəaliyyəti dövrü ərzində ABŞ-ın İraqdakı işçi qrupunun arasında olub. Bildirilir ki, Məryəm Taha Tompson bir neçə il əvvəl sosial mediada Livan vətəndaşı ilə tanış olub. Daha sonra tərəflər arasında münasibətlər dərinləşib və cütlük evlənmək qərarına belə gəliblər. Onların ünsiyyəti 2017-ci ildən 2020-ci ilə qədər davam edib.
General Qasim Süleymaninin qətlindən sonra Pentaqonun əməkdaşı adı açıqlanmayan livanlıya olduqca vacib məlumatlar ötürüb. Belə ki ABŞ-ın gizli 20 hədəfi, əməliyyatda iştirak edən 10 aparıcı şəxsin məlumatları, fotoları və digər məxfi sənədlər "Hizbullah"la əlaqəli olan şəxsə təqdim olunub.
Məlumat üçün bildirək ki, 63 yaşlı Məryəm Taha Tompson Minnesota ştatının Roçester şəhərində yaşayıb. Onunla bağlı internetdə dolğun məlumata rast gəlinməyib. Ehtimal edilir ki, bu onun məxfi məlumatlara birbaşa çıxışının olması ilə əlaqədar olub. 
Məryəm Tahanın bu günə qədər kimlə ailə həyatı qurması, övladının olub-olmaması da mətbuat üçün qaranlıq qalır.
Qeyd edək ki, ABŞ qanunlarına əsasən, ömürlük həbs cəzası alması gözlənilən Məryəm Taha Tompson ittihamlarla qismən razılaşdığını açıqlayıb. Məhkəmənin çıxaracağı qərardan asılı olmayaraq ABŞ Müdafiə Nazirliyində çalışan bir əməkdaşın "Hizbullah" təşkilatına məlumat ötürməsi Pentaqonun nüfuzuna ciddi zərbə vurub. Dünyada məğlubedilməz ordu mifini yaradan ABŞ-ın ən məxfi məlumatlarının belə "Hizbullah" tərəfindən əldə olunması yaranan saxta streriotiplərin qırılmasını göstərir. 
"Hizbullah" təşkilatı Yaxın Şərqdə ABŞ-ın əsas hədəflərindən biridir. İsrail rejiminin himayəçisi olan ABŞ uzun illərdir təşkilata qarşı müxtəlif planlar qurur və "Hizbullah"ın inkişafına maneə olmaq istəyir. 
"Hizbullah"ın silahlı gücünə dair müxtəlif qiymətləndirmələr mövcudur. Təşkilatın 2016-cı ildə silahlı gücünün ehtiyat qüvvələrlə birgə ən azı 65 min əsgərdən ibarət olduğu bildirilir. Bunların içində 21 min nəfər peşəkar hərbçilərdir.

Müəllif: Hüseyn Abdullah
шаблоны для dle 11.2
04-04-2021 21:27 Baxılıb: 1740    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}