Şoyqu zəng etdi və döyüş dayandı… - Qriqoryan

Erməni politoloqlar nəhayət ki, 5 ilə yaxın vaxt keçdikdən sonra Aprel savaşı ilə bağlı bəzi faktları boynuna alırlar.
Erməni siyasi şərhçi Qalust Qriqoryan Aprel müharibəsi zamanı Ermənistanın agır itkilər verməsi və Bakının hərbi əməliyyatı dayandırması üçün İrəvanın Kremlə yalvarmasından danışıb.
“O zaman Ermənistanın imdadına Sergey Şoyqu gəldi. Onun Bakıya zəngi döyüşləri dayandırdı. Azərbaycana vədlər verildi. Bu 44 günlük müharibədə isə Bakını artıq heç kim saxlaya bilməzdi. Açığı desək, heç Bakını saxlamaq istəyən də yox idi. Bir şey ki, Putin, Lavrov və Şoyqu bir ağızdan bu torpaqların Azərbaycanın tərkib hissəsi olduğunu dedilər. İndi isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sonuncu müsahibəsində erməni cəmiyyətinə “Kömək edə bilmirik, amma siz möhkəm olun”, deyir”,- deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, erməni xalqı artıq dostu ilə düşmənini tanımaq məcburiyyətində qalıb. “Rusiya yalnız vərəq üzərində bizim dostumuz və müttəfiqimiz ola bilər. Onlar bizə kömək etməyəcək. Artıq bunu anlamağın vaxtı çatdı. Hazırki durumda Ermənistana ən sərf edən ssenari Rusiyada hakimiyyətin dəyişməsi ola bilər. Ona görə də İrəvan və erməni xalqı Navalnı kimiləri dəstəkləməlidir”,- deyə Qriqoryan qeyd edib. /axar.az/
шаблоны для dle 11.2
10-02-2021 03:25 Baxılıb: 480    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}