“Vəfa Quluzadə Heydər Əliyevin sirlərini Amerikaya ötürürdü” - Rasim Ağayevdən şok ittiham

haqqin.az saytının daimi müəlliflərindən olan politoloq Rasim Ağayev həmkarı Vəfa Quluzadənin “Yeni Müsavat” qəzetinə son müsahibəsində onun ünvanına səsləndirdiyi fikirlərə kəskin cavab verib.
R.Ağayev haqqin.az saytında işıq üzü görən məqaləsində V.Quluzadəni siyasi riyakarlıqda suçlayıb.
“Açığı, mənim Quluzadənin müsahibələrini oxumağa, illah da onuna ünsiyyətə və siyasi baxışlarına şərh verməyə heç vaxt xüsusi həvəsim olmayıb. Onun adını yalnız bir dəfə çəkmişəm. O da Zərdüşt Əlizadə ilə birgə yazdığımız “İkinci respublikanın sonu” adlı kitabda. Həmin kitabda da göstərmişik ki, Vəfa Quluzadə kəskin siyasi mübarizə dövründə eyni vaxtda iki stulda oturmaq istəyir, Kommunist Partiyası Mərkəzi Komitəsi ilə Xalq Cəbhəsinin qərargahı arasında var-gəl edirdi. Beynəlxalq şöbənin müdiri olan Vəfa Quluzadənin yaxalığının altında Elçibəyin əksi olan nişan vardı. Zaman keçdikcə həmin nişanı üstündə Heydər Əliyevin əksi olan başqa nişan əvəzlədi. Bu siyasi ikiüzlülük hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyi günlərdə açıq xəyanət şəklini aldı” - deyə R.Ağayev yazır.
Müəllif bildirir ki, amma bu kitab çoxdan yazılıb və V.Quluzadə müsahibəsində ona irad tutmasaydı, bunları heç yada da salmazdı.
Həmişə sərt anti-Rusiya mövqeyi ilə seçilən V.Quluzadənin rus xalqının və Rusiyanın ünvanına bəlağətlə tərif söyləməsini “zamanın və cari siyasi konyukturanın tələbi” ilə izah edən R.Ağayev daha sonra sabiq prezident Ayaz Mütəllibovun və xarici kəşfiyyat rezidentlərindən birinin fikirlərini xatırladır: “Onlar “Novoye vremya” qəzetinə açqılamalarında beynəlxalq məsələlər üzrə yüksək rütbəli məmur Vəfa Quluzadənin sakitcə hansı işləri görməsindən və bundan nə qədər qazanmasından danışmışdılar. O indi də mərhum prezidentin adından qazanmağa çalışır. Özündən belə rəvayətlər uydurur ki, Heydər Əliyev onun çıxışlarını guya həmişə bəyənib. Adamın buna inanmağı gəlmir, çünki ortadakı xəyanət təzə faktdır. Əgər hamıya tez inanan Ayaz Mütəllibov Prezident Aparatından fasiləsiz informasiya sızıntısına diqqət yetirirdisə, ən təcrübəli siyasətçilərdən biri olan general Heydər Əliyev şübhəsiz ki, amerikalı diplomatların Azərbaycandakı vəziyyətə dair dərin və şübhəli məlumatlılığının səbəblərini köklərinə qədər öyrənmişdi. Onun buna reaksiyası özünü çox gözlətmədi və çox sərt oldu. Belə hallarda nə olmalı idisə, o da oldu. Əliyev Quluzadəni öz aparatından satqın xidmətçilər kral sarayından qovulan sayaq kənarlaşdırdı. Açıq danışası olsaq, Heydər Əliyevin mənsub olduğu siyasi məktəblər satqınları sevmir”.
шаблоны для dle 11.2
24-01-2021 03:32 Baxılıb: 730    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}