Famil Səlimov: Cənab Prezident, biz sizin müsəlləh əsgərinizik!

İctimai aktivist Famil Səlimov ölkə rəhbərinə müraciət etdi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət

Möhtərəm Prezident! Biz sizinlə fəxr edirik. Qəlbimiz qürur hissi ilə dolur. Son zamanlar baş verən taleyüklü hadisələr məni məcbur edir ki, yazam. Qarabağın alınması ilə Azərbaycan yeni tarixi epoxaya qədəm qoymuşdur. Xalqımızın ictimai-siyasi həyatı tam dəyişmişdir.
Hamımız bilirik ki, ölkəmizdə Qərbyönümlü müxalifətin planlaşdırdığı kimi narıncı inqilab olsaydı, bu qələbələr olmayacaqdı. Qarabağ geri alınmayacaqdı, əksinə xalqımız bu müharibədən pərt çıxacaqdı. Yenə də 90-larda olduğu kimi “2 rayon ver 1 rayon al yenidən ver” oyunu başlayacaqdı, Qərbyönümlü qüvvələr Qarabağda ətçəkən maşın yaradaraq insanlarımızı orda qırdıracaqdılar. Məhz sizin əzminiz, nəzarətiniz, prinsipiallığınız və məsələyə professional yanaşmanız sayəsində müharibə tam düzgün aparıldı. Komandirlərimiz məsuliyyət hiss etdilər, əsgərlərimiz bildilər ki, arxalarında sizin kimi qüdrətli bir şəxsiyyət dayanmışdır. Bu cür ruh yüksəkliyi dünya tarixindəki müharibələrdə nadir hallarda müşahidə olunmuşdur. Yaralı əsgərlərimizin çoxu qospitallarda müalicələrini yarımçılıq saxlayıb geriyə, döyüş yoldaşlarının yanına qayıdırdılar. Youtube kanalında var, bir qolunu itirib, amma yenə o biri əlində avtomat əsgər yoldaşlarının yanındadır. Bu cür rus yüksəkliyini əsgərlərimizə kim verdi? Məgər ömrü boyu ABŞ qrantları ilə yallanmağa öyrənmiş Qərbyönümlü liberallar hakimiyyətdə olsaydılar, insanlarımız bu cür ruh yüksəkliyi ilə döyüşə gedərdilərmi? Əlbəttə ki yox! Xalqımız liberal camiənin iç üzünə 90-larda bələd olmuşdur və onlara inamı yoxdur. Mən Rusiyada olan azərbaycanlılarla da söhbətlər etmişəm, onlar azərbaycanlı olmaqları ilə qürur hissi duymağa başlamışlar, sizin heyranlarınıza çevrilmişlər və təşəkkür edirlər ki, xalqımızın başını bütün dünyada uca etdiniz.
Çox böyük cəfalar çəkdiniz, müharibənin bütün anlarında xalqımızla birgə oldunuz, cəbhənin hər yerində nəzarətiniz və qayğınız hiss olundu. Biz daim sizi televiziyadan böyük maraq, heyranlıq və həyəcanla izlədik. Tam aydın gördük ki, gecələr yatmadınız, orduya birbaşa komandanlıq daim sizin tapşırıqlarınızla həyata keçirildi. Öz əsəblərinizi və sağlamlığınızı sərf edərək xalqımıza bu sevincli anları bəxş etdiyinizə görə sizə öz təşəkkürümüzü bildiririk. Xüsusən müharibənin ilk gecələri başa düşülürdü ki, gecələr yatmırsınız, gecə-gündüz bu məsələlərin içindəsiniz, işlərə tam qaydasında nəzarət edirsiniz. Xarici jurnalistlərə ard-arda müsahibələriniz isə onu göstərdi ki, təkcə cəbhədə deyil, informasiya müharibəsində də başda dayanmısınız, xalqımızın haqq səsini dünyaya çatdırmaqdasınız. İnanın elə vaxtlar oldu ki, sizin çıxışlarınızı göz yaşları içində izlədik. Mən neçə adamdan soruşmuşam, aydın olub ki, təkcə mən deyil, adamlar var ailəlikcə, sizin çıxışlarınızı, düşmənə odlu hədələrinizi, müsahibələrinizdə verdiyiniz təmkinli və qəti cavablarınızı, xüsusən də rayonlarımızın alınma xəbərlərinizi çatdırarkən ailəlikcə, hönkürərək ağlayırmışlar. Çox həyəcanlı anlar yaşandı, adamın tükləri biz-biz olurdu.
Bizi həm də dəhşətə gətirən o oldu ki, sizi əvvəlki piarçılar xalqımıza tam düzgün çatdırmırdılar. Müxalifət sizi xalqa neqativ təqdim etməyə çalışırdı, hakimiyyətdəki həmin 6-cı kolon, “ictimai məsələlərə” baxan diversiyaçılar isə onların bu dəst-xəttinə ton verirdilər. Lakin belələri Prezident Aparatından qovulandan sonra yeni komanda gəldi, meydana siz özünüz çıxdınız, onda hamı başa düşdü ki, siz əsl bizim xalqa layiq oğulsunuz. Hamı, hətta ən qatı müxalifətçilər başa düşdülər ki, siz bu xalqın maraqları üçün çarpışırsınız, əsl azərbaycançısınız və xalqımızın mənafeyinin heç bir vəchlə tapdalanmasına imkan verməyəcəksiniz.
Hal-hazırda xalqımız sizə Milli Qəhrəman kimi baxır. Bu gün saytda oxudum, qəlbim qürur hissi ilə doldu, rusiyalı hərbi mütəxəssis Korotçenko belə bir ifadə işlədib ki, İlham Əliyev tarixə Azərbaycanın milli qəhrəmanı kimi düşəcək, Paşinyan isə ermənilərin Qorbaçovu kimi düşəcək. Sizin bir çox sözləriniz, fikirləriniz hər yerdə trendə çevrilib, xalqın dilinə düşüb, məsələn, adi küçə ilə gedərkən hər yerdə məktəbli uşaqlardan tutmuş böyüklərə kimi hamıdan “Nooldu Paşinyan” eşidirsən, eləcə də “Yurmruq gücünə qol çəkəcəksən”, “İti qovan kimi qovduq” kimi fikirləriniz sadə insanların, fəhlədən tutmuş mağazaçıya kimi hamı tərəfindən gündəlik işlənməkdədir. Hamı sevinc içindədir, hələ də qələbəni qeyd edirlər, yeyib içib deyib gülürlər. Cəbhədəki qələbələrimizdən, sizin işlətdiyiniz ifadələrin də müşayiəti ilə hər yerdə gen-bol danışırlar. Bir çoxları deyir ki, ona heykəl qoyulmalıdır. Çoxları varatalarının ağzına, evlərinin divarlarına sizin yumruq qaldırdığınız şəklinizi vurublar. Onları heç kəs məcbur etmir ki, bu plakatları alıb evlərinə vursunlar, hətta müəllimələrdən tutmuş yaşlı nənələrə kimi oğullarına deyirlər, bazardan o plakatdan al gətir. Bu böyük bir reytinqdir, hər liderə bu reytinqi qazanmaq nəsib olmur.
Bu gün Youtubda baxıram ki, Paşinyan qaçanda xalq aeroportda onun təyyarəsinin yolunu kəsmək istəyir, ona hücum edərək yırtmaq fikrindədir. Bizim xalqımız isə prezidentimizi qoruyur və sevir. Əlbəttə ki bütün bunlar qürurvericidir. Hamı sizi Şah İsmayila tay tutur, deyirlər ki, biz Şah İsmayılın vaxtından torpaq almamışıq, ancaq vermişik. Bu ucalığı bizə verdiyiniz üçün Allah sizə yar olsun, cənab Prezident!
Mən nüfuzlu bir adamam, Azərbaycanın bütün rayonlarında mənim dostlarım və qardaş dediyimiz insanlar var. İndilərdə deyildiyi kimi, ictimai aktiv adamam. Rəhmətlik atam kimi mən də ta əvvəldən Heydər Əliyevçi olmuşam. Milli Orduda xidmət eləmişəm, aprel döyüşlərində könüllü iştirak etmək üçün müraciət eləmişəm. Vətən Müharibəsi başlayanda daim dostlarım və ətrafımdakı adamlarla ön cəbhədə olmuşuq, maşın-maşın ərzaq və lazım olan şeylər daşımışam. Bu barədə yüzlərlə şəkillərim var və bu şəkilləri qürur hissi ilə gələcək nəsillər üçün saxlayıram, dost-tanışlara və gənclərə göstərirəm. Mən sizin ölkə rəhbərliyinə namizədliyinizi ilk günlərdən dəstəkləyən adamlardan olmuşam, hətta baş nazir təyin olunanda sizə verdiyim dəstəyə görə mənə təşəkkür göndərmisiniz. Bu təşəkkür məktubunu də qürur hissi ilə saxlayıram.
Mən bir çox ictimai təşkilatların üzvüyəm, məsələn, onlardan biri, qürur duyduğum Mübariz İbrahimov adını yaşadan “Mübarizlər” cəmiyyəti də bu sıradandır. Mən və ətrafımızdakı adamlar sizə öz dəstəyimizi ifadə edirik. Bu gündən biz sizin müsəlləh əsgərlərinizik. Sizə düşmən olan bizim düşmənimiz, sizə dost olan bizim dostumuz olacaqdır. Hər an sizin əmrinizlə döyüşə hazırıq, öl desəz öləcəyik, qal desəz qalacayıq. Adımız könüllülər cərgəsindədir, yenidən cəng başlasa, sizin komandanlığınız altında vuruşmağı özümüzə qürur bilirik.
Bir daha sağ olun ki, bizə bu qüruru verdiniz, xalqımıza bu xoşbəxtliyi yaşatdınız. Hamı deyir, erməni kim idi ki, biz onun qarşısında aciz olaq, bizi Elçibəy onların yanında zəlil etmişdi. Siz əsl Şah İsmayıl strateqliyi göstərdiniz, xalqımızı layiq olduğu ucalığa yüksəltdiniz. Xüsusi təyinatlılarımızın Şuşanı necə alması videolarına baxmaqdan doymaq olmur. Əsgərlərimizin cəbhədəki ağlasığmaz şücaətləri, bütün dünyanı heyrətə, düşməni qorxuya salan qəhrəmanlıqları bu gün bizim iftixar yerimizdir. Bu iftixarın mənbəyi, bu böyüklüyün zirvəsi sizsiniz.
Bir daha xalqımız, sadə insanlarımız adından sizə minnətdarlığımı bildirirəm, Allahdan uzun ömür və cansağlığı arzulayıram. Düzdür hər ölkənin öz spesifikası var, amma bu bir faktdır ki, dünyanın heç bir ölkəsinə sizin kimi komandan qismət olmayıb. Çöx şükürlər ki, bizim belə bir ali baş komandanımız var. Allah sizi qorusun!

Famil Səlimov
“Mübarizlər” cəmiyyəti
16 noyabr 2020-ci il
шаблоны для dle 11.2
13-12-2020 00:20 Baxılıb: 1020    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}