“Aprel müharibəsində 7 rayonu qaytarmağa razı oldunuz, niyə vədinizə əməl etmədiniz? – Paşinyandan Koçaryan və Sərksiyana sərt ittihamlar

“2016-cı ilin aprelində Ermənistan hakimiyyəti 7 rayonu Azərbaycana qaytaracağı ilə bağlı vəd verdikdən sonra müharibə dayandı”.
azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan bu gün xalqa videomüraciətində deyib.
“Müharibədən qaça bilsəydiniz bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz. Siz əraziləri geri qaytarmaq barədə şifahi razılıqdan sonra müharibəni birtəhər dayandıra bildiniz. Bəs biz niyə bacarmadıq? Çünki bizə deyildi ki, Ermənistan bir neçə dəfə vəd verib, amma sonra əməl etməyib. Odur ki, danışıqlar yalnız yazılı və konkret vaxt cədvəlini təqdim etməklə aparıla bilər”- deyə Baş nazir vurğulayıb.
Paşinyan deyib ki, müharibəni ancaq rəsmi imzalanmış sənədlə saxlamaq olardı. O xatırladıb ki, müharibənin ilk günü parlament tribunasından hansı şərtlərlə müharibəni dayandırılmasının mümkünlüyünü bəyan edib. Amma buna razı olmadılar: “İndi hamı “5+2” formatında ərazi mübadiləsinin tərəfdarı olub. Əgər buna razı idinizsə niyə 2017-ci ildə bunu etmədiniz? Müharibənin də qarşısını alardınız. Problemi həll edərdiniz. Xüsusən Aprel müharibəsindən sonra bütün nüansları bilirdiniz. Bəzilərinə elə gəlir ki, Azərbyacan “5+2” formatını alqışlayırdı. Bu yalnız müzakirə üçün təklif idi. Əgər Ermənistan buna razı olsaydı, Bakı Şuşanı, Laçını və digər yerləri tələb edəcəkdi”- Paşinyan faktiki olaraq Aprel müharibəsində Azərbaycanın şərtləri diqtə edən tərəf olduğunu etiraf edib.
шаблоны для dle 11.2
04-12-2020 23:56 Baxılıb: 1260    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}