ABŞ erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa yönəldir

Sergey Narışkin: “ABŞ QARABAĞDAKI ATƏŞKƏS RAZILAŞMASINI POZMAĞA ÇALIŞIR”

"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir".
"RİA Novosti" agentliyi xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib. “Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibənin" zəruriliyi fikri ortaya atılır. Digər tərəfdən, azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında “qələbələrini oğurladığı” deyilir ”,- deyə Narışkin bildirib.
FTX rəhbəri ABŞ və müttəfiqlərinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə əsəbiləşdiyini söyləyib.
Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ-ın və onun avropalı dostlarının həmişə olduğu kimi problemlərini bu dəfə də sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərinə sübutdur: "Amerikalılar və avropalılar təxribatlarının yeni qan tökülməsinə və bölgəni ciddi bir hərbi qarşıdurmaya qərq edə biləcəyindən narahat deyillər".
шаблоны для dle 11.2
20-11-2020 23:30 Baxılıb: 750    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}