Əli Əhmədovun da dəbdəbəli malikanəsi var?

“Bu gördüyünüz Buzovna qəsəbəsində 2 hektardan çox ərazidə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini- İcra katibi Əli Əhmədovun malikanəsidir”.
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Həbib Müntəzir özünün sosial şəbəkə hesabında yazıb. Özünü “təmiz məmur” kimi qələmə verən Əli Əhmədovun əslində kifayət qədər imkanlara və sərvətə malik olduğunu qeyd edən Həbib Müntəzir daha sonra yazır: “Özü və ailəsinə aid 6-7 mənzilin olduğu ərazidə 2 ədəd hovuz mövcuddur. Yaxınlığında bacısı Şuranın da bağ evi var. Bu qədər sərvət azmış kimi, işlətdiyi fəhlələrin də pulunu vermədən, təmirdən sonra təhdid edərək qovmuş adamdır, çıxıb ədalətdən, qanundan nağıl danışır”.
O eyni zamanda Əli Həsənov və digərlərinin Əli Əhmədovun sözügedən bağında tez-tez toplaşdıqlarını da vurğulayıb: “İstirahət günləri ora tez-tez Əli Həsənov, Bahar Muradova, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Məzahir Pənahov, Zahid Oruc və digərləri yığışırlar...”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2
18-09-2020 04:28 Baxılıb: 1250    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}