Məhkəmə işçisi Coşqun Səlifov narkomandır və rüşvət müqabilində qətnamələr çıxartdırır

Mətbuat orqanlarına müraciət

Mən Cəlilabad rayon Məhkəməsində baş alıb gedən oyunlar barədə, bu oyunlardan əhalinin, sadə camaatın zülm çəkməsi barədə ölkə prezident cənab İlham Əliyevə, vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin hüquq mühafizə orqanları üzrə köməkçisi cənab Fuad Ələsgərova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, Baş prokuror cənab Kamran Əliyevə, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi cənab Nazim Rəcəbova, Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciətlər ünvanlamışam. Bu müraciəti sizə də göndərirəm ki, köməklik edəsiniz və diqqətinizdə olsun.
Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Natiq oğlu Səlifov narkomandır. Hüquq mühafizə orqanlarından xahiş etmişəm ki, onun qanı yoxlanılsın. Bu adam böyük pullar alaraq məhkəmədən işlər keçirir və həmin pulları narkotikə sərf edir. Əvəzində sadə insanların başı ağrıyır və problemlərlə üzləşir.
Rayon sakini Həsənov Şahin ilə bizim aramızda mülki məhkəmə prosesi olub, 16 yanvar 2020-ci ildə qətnamə çıxarılıb. Dövlət orqanlarından xahiş etmişəm ki, həmin iş yoxlanılsın. İddiaçı Həsənov Şahin Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Səlifova 4 000 manat rüşvət verərək həmin qətnamənin çıxarılmasına nail olmuşdur.
Baş məsləhətçi Coşqun Səlifov ində də yenidən 4000 manat rüşvət alaraq həmin qətnamənin Şirvan Apelyasiya Məhkəməsində qüvvədə qalmasına çalışmaqdadır.
Həsənov Şahinin əməlləri barədə bizdə kifayət qədər məlumatlar vardır. Onun əvvəllər işini aparan və bezdirdiyi adam haralara rüşvət ötürməsi barədə bizi tam məlumatlandırmışdır. Həm də Həsənov Şahin kənddə sərxoş halda gəzərək hər yerdə deyirdi ki, mən 4 min manat qətnamənin çıxarılmasına, 4 min manat da Şirvana vermişəm, məhkəməni udmaq üçün üst-üstə 10 min manat pulum çıxıb, ziyana düşmüşəm. Həmin pullar yaxın qohumlar tərəfindən toplanaraq Coşqun Səlifova verilmişdir. Bu faktı onun yaxın qohumları da təsdiqləyirlər ki, öz izahatlarında göstərəcəklər.
Qətnamə çıxarılandan sonra Həsənov Şahin gedib evdə oturub Apelyasiyaya hazırlaşmalıydı, amma 16 yanvar 2020-ci ildən bu günə kimi Həsənov Şahin məhkəməyə gedib gəlməkdədir, Coşqun Səlifov ilə görüşərək yeyib içib “danışıqlar” aparmaqdadır. Halbuki məhkəmə gedən ərəfədə iddiaçı ilə məhkəmə işçisi arasında hər hansı ünsiyyət qadağandır. Məhkəmə işçisinin ixtiyarı yoxdur, həm məhkəmə dövründə, hətta məhkəmədən sonra tərəflərdən hansı iləsə kontakta girsin. Amma Həsənov Şahin məhkəmə prosesi başlayan gündən bu günə kimi dəfələrlə, həftədə iki-üç dəfə məhkəmə binasına gedib gəlir, ürəyi istədiyi vaxt bu narkoman məhkəmə işçisi ilə görüşür. O Məhkəmənin baş məsləhətçisi Coşqun Səlifov ilə dəfələrlə həm məhkəmə binasında görüşüb pul sövdələşmələri aparır, həm də rayondakı kafelərdə görüşüb yeyib içirlər. Hətta Həsənov Şahinin Səlifov Coşqunla münasibətləti o qədər “istiləşib” ki, öz işini həll etməyi bir yana qalsın, məhkəmədə dəllallıq edir, pul müqabilində işləri həll etmək üçün Coşqunun yanına barəsində cinayət işi açılmış adamları aparıb gətirir. Bu iki adam indi birləşib Məhkəmədə dəllallıq edirlər. Bu yolla Cəlilabad ədliyyəsini bazara çeviriblər, çünki nəzarət yoxdur.
Məhkəmə dediyim kimi, yanvarın 16-sında bitib, həmin günə kimi Həsənov Şahin baş məsləhətçini tanımırdı, ünsiyyətləri olmamışdı. Lakin verdiyi 4 min rüşvətdən sonra onlar indiyədək zəngləşirlər, görüşürlər, pul sövdələşmələri aparırlar. Dediyim kimi, məhkəmə işçisinin qarşı tərəflərin hansı biriyləsə kontakta girməsi qadağandır.
Beləliklə, Məhkəmənin işçisi Coşqun iddiaçı Şahindən 4000 min manat rüşvət alaraq onun xeyrinə qətnamə çıxartdırıb. İndi həmin qətnamənin Şirvanda qüvvədə qalması üçün sövdələşirlər. Bu işi onlar 4000 manata razılaşmışlar, həmin pulun 2000 manatını artıq Şahin Coşquna vermişdir, qalan 2000 manat vermək üçünsə hal-hazırda qohum-əqrəbadan borc pul axtarır. Səlifov Coşqun bu işi Şirvandakı tanınmış Məhkəmə katiblərindən biri vasitəsilə danışıqlar, o cümlədən telefon danışıqları aparmaqla həll etmək istəyir ki, bu məsələlərə barədə gələcək məktublarımda aydınlıq gətirəcəyəm.
Təsadüfi deyil ki, çıxarılan qətnamədə 25 kobud səhv var və bu barədə müvafiq orqanlara yazıb göndərmişik. 4 min manat pul müqabilində ağına-bozuna baxmadan səhvlərlə dolu qətnamə çıxarıblar.
Coşqun Səlifov Cəlilabad Məhkəməsinin “boz kardinalı” sayılır. Bu adam narkomandır. Bu yaxınlarda Cəlilabad Polisi onun maşınını qovaraq tutdu və maşınından narkotik çıxdı. Bunu rayonda hamı bilir. Coşqun narkotiklə tutulanda Prişibdə (indiki Göytəpə) onun yaxın qohumları tərəfindən 10 min manat pul toplandı. Həmin pulun kimə verilməsi müəmmalı qalsın, amma Coşqun işdən çıxarılmadı, öz vəzifəsində saxlanıldı. Məhkəmənin sədri Vüsal Cəbrayılov Coşqunu işdən çıxarmadı, çünki ondan qorxur. Coşqun həm də başqa məqsədlər üçün lazımdır. Ən bahalı və riskli qərarlar Coşqun Səlifovun əli ilə həyata keçirilir. Coşqun Səlifov Cəlilabad Məhkəməsinin qara kassiridir.
Coşqun əvvəllər kriminal dəstənin üzvü olub və ona görə çoxlu adamlar həbsdə yatır. Bu adam Lənkərandan ağır və bahalı narkotik preparatlar gətizdirib qəbul edir, həmin bahalı narkotikin pulunu isə məhkəmədə dəllallıqdan çıxarır. Bu adam narkotik vasitələrin təsirindən qorxu-hürkü bilmir, riskə gedərək hər işə girir. Böyük məbləğlər alaraq ən əndrəbadi və qanunsuz qətnamələrin çıxarılmasına nail olur. Bu narkodispanseriyaya son qoymaq lazımdır.
Hal-hazırda Coşqun Səlifov böyük pullar almaq hesabına Məhkəmədən “ağır” işlər keçirir. Bu pulların çox hissəsini o narkotik preparatlara sərf edir. Məhkəmənin sədri Vüsal Cəbrayılov onu respublikada biabır etmiş narkoman işçisi Coşqun və başdan psixi xəstə olan Şahin barədə nə fikirləşir? Məgər hər adam vasitəsilə dəllalıq etmək, hər adamdan pul alıb işə baxmaq olarmı? Belə yanaşmalar Prezidentin tapşırıqları və siyasəti ilə daban dabana zidd deyilmi?
Mən dövlət orqanlarına müraciət etmişəm, araşdırma aparılıb, sizdən də ictimailəşdirməyinizi xahiş edirəm ki, Cəlilabad Məhkəməsi ilə Həsənov Şahin arasında olan korrupsiya və rüşvətxorluq faktına görə aşağıdakı məsələlər araşdırılsın və aydınlıq gətirilsin.
1.     Məhkəmədə iddiaçı olan Həsənov Şahin ilə Məhkəmənin baş məsləhətçisi Səlifov Coşqun Natiq oğlu arasında telefon danışıqları yoxlanılsın. Məhkəmədə iş gedə-gedə və iş Apelyasiyada olarkən yerli məhkəmə işçisi və iddiaçı arasında tez-tez hansı telefon danışıqları ola bilər? Bu məsələlər ancaq Coşqun Səlifovun dəllalığı ilə bağlıdır. O Həsənov Şahinlə Şirvan Apelyasiyasını pul müqabilində udmaq barədə danışıqlar aparır. Bu qanunla qadağandır və rüşvət amilini göstərən faktdır. Narkoman Coşqun Həsənov Şahinlə, o cümlədən digərləri ilə telefonda açıq-aşkar pul müzakirələri aparır. Xahiş edirəm Bakcell və Nar Mobile-dən çıxarılaraq bu adamların bir-birlərinə zəngləri və danışıqları yoxlanılsın (danışıqlar artıq çıxarılmışdır).
2.     Həsənov Şahin yaxın qohumlarının adına bankdan kreditlər götürərək rüşvət kimi həmin Səlifov Coşquna vermişdir. Həmin yaxın qohumların adlarını və rekvizitlərini hüquq mühafizə orqanlarına vermişəm ki, araşdırılsın. Bu kreditlər niyə məhz Məhkəmənin gedişi zamanı götürülmüşdür? Necə olur ki, bu adamların əvvəl krediti olmadığı halda, məhz Həsənov Şahinin məhkəməsi ərəfəsində böyük məbləğdə kreditlər götürməli oldular? Həsənov Şahin onları psixoloji təsir altında saxlayır və qara işlərə getməyə məcbur edir. Hal-hazırda həmin adamların adına olan bank borcları yığılıb qalıb, ödəyə bilmirlər. Bu işlərin baiskarları isə möhtəkir məhkəmə işçisi Coşqun Səlifovdur. Həsənov Şahinin yaxın qohumları borca düşdüklərinə görə Coşquna qarğışlar yağdırmaqdadırlar. Coşqun işi həll edə bilməyib, edə də bilməz, çünki həmin iş tam kontroldadır. Sadəcə Coşqun həmin pulu Şahinə ataraq yaxın dostları ilə narkotikə sərf edib. Bunu artıq rayonda hamı bilir və rayonun aktiv ziyalıları bu məsələləri qabardıblar. Təsadüfi deyil ki, bu məsələnin açıldığını və dövlət orqanlarının araşdırdığını bildikdən sonra Şahin və qohumları söyə-söyə kənd camaatına bildirirdilər ki, 6 min pulumuz da bu narkomanda batdı!
3.     Cəlilabad Məhkəməsinin baş məsləhətçisi Səlifov Coşqun Natiq oğlunun qanı yoxlanılsın. Bu adam narkomandır. Bu adamı dəfələrlə mən özüm, eləcə də digər rayon ziyalıları məhkəmə binasında yatmış, yuxulu, narkotikli halda görmüşük. Otağında başını sotulun üstünə, hətta ayaqlarını kovboylar kimi stolun üstünə aşıraraq yatır. Qəbul etdiyi narkotik həblərin təsirindən ayıla bilmir. Bunu Cəlilabadda çoxları bilir. Rayonun aktiv ziyalıları yığışaraq bu barədə dövlətə şikayət məktubları ünvanlamışlar. Bu biabırçılığa son qoyulmalıdır. 
4.     Cəlilabad Məhkəməsində katibliyindən soruşulsun ki, niyə qətnamə bizə Həsənov Şahindən 10 gün gec verilib? (verilmə tarixləri işin içində var). Kələfin ucu həm də burda üzə çıxır. Biz qətnamə yazılan gün (sonrakı günlər də) gəldik ki, qətnaməni verin, görək nə qərar çıxarmısız (bu da maraqlı faktdır ki, hakim nə qərar çıxardığını məhkəmə bitən günü elan etmədi, dedi gedin, fikirləşib sizə deyəcəyik, biz qərar haqqında yalnız 20 gün sonra ünvanımıza məktub çatanda bilmişik, halbuki qanunla məhkəmə bitən günü, elə zaldaca qərar elan olunmalıydı – bu da maxinasiya idi ki, biz qərardan gec xəbər tutaq və işləri rəvan getsin). Katiblər qərarı bizə vermədilər, dedilər gedin poçtla evə göndəriləcək. Lakin biz gələndə gördük ki, qətnamə Həsənov Şahinin əlindədir, hədə-qorxu gəlir və sevinirdi ki, məhkəmə onun xeyrinə qərar çıxarıb (başa düşmürdü ki, görəcəyi günlər hələ qabaqdadır, rüşvət faktının üstü açılıb və içəri gedəcək). Baş məsləhətçi Coşqun Səlifov qətnamə yazılıb kompüterdən çıxan kimi, peçat vurulan kimi Həsənov Şahinə zəng edib demişdi ki, hazırdı, gəl götür. Bizə isə vermədilər, dedilər gedin poçtla göndərəcəyik - biz qətnaməni yazılandan 10 gün, məhkəmə bitəndən isə 20 gün sonra aldıq. Bu qanunla düzgün deyil. Təkcə elə bu fakt qarşı tərəfdən rüşvət alındığını açıq-aydın göstərir. Coşqun Səlifov qətnaməni ona görə qarşı tərəfə 10 gün bizdən tez verdi ki, həm aldığı pulun müqabilində təşəkkür alsın (o cümlədən, narkotikə yeni pullar qoparsın), həm də qarşı tərəfin Apelyasiyaya hazırlaşmağa bizdən çox vaxtı olsun. Qətnamə ikimizə də eyni vaxtda verilməliydi, ya da ikimizə də eyni vaxtda poçtla göndərilməliydi.
5.     Mən Cəlilabad Məhkəməsinin baş məsləhətçisi Coşqun Səlifovun şəklini sizə göndərirəm. Xahiş edirəm təkcə elə bu şəkli narkoloqa, ya da adi psixoloqa göstərin, görün o narkomandır ya yox? Görün biz düz deyirik, ya yox? İstənilən narkoloq, psixiatr, ya da insan fizionomiyasından az-çox başı çıxan şəxs sizə deyəcək ki, bəli, bu şəkildəki adam xroniki narkomandır. Bəs onda belə bir adam insanların taleyində mühüm rol oynayan dövlət strukturunda işləməsi nə dərəcədə düzgündür?
Cinayət işi açılıb, rüşvətxorluq və korrupsiya halına aydınlıq gətirilir, sizin də bu məsələlərdə dəstək olmanızı rica edirik.

Həsənov Rəhim

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.


шаблоны для dle 11.2
07-09-2020 02:02 Baxılıb: 3110    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}