Ramiz Mehdiyevin qardaşı oğlu da istintaqa çəkiləcək – Telman Mehdiyev rüşvət alan işçisinə görə dindiriləcək

Xəbər verdiyimiz kimi,  Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən cinayət başında yaxalanıb.
O Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gununsesi.org-un araşdırması zamanı bəlli olub ki, Ceyhun Bayramov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin işçisidir. Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur. 
Məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq.
Məsələ ilə bağlı Gununsesi.org-un əməkdaşı Telman Mehdiyevin özü ilə əlaqə saxlayıb. “Bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyən Telman Mehdiyev danışmaqdan imtina edib.шаблоны для dle 11.2
01-07-2020 06:41 Baxılıb: 8930    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}