“Ölkədə ixrac yox səviyyəsindədir…” - VAHİD ƏHMƏDOV YENƏ SƏRT DANIŞDI

Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil. Elə suallar var ki, biz onu digər qurumların rəhbərlərindən də bunu soruşmaq istərdik. Xüsusilə, bank sistemi ilə bağlı suallarım var idi.
7news.az xəbər verir ki, bunu parlamentin komitə iclasında Vahid Əhmədov deyib.
Onun qeyd etdiyinə görə, bank sisteminin monitar siyasətin qorunması istiqamətində əhəmiyyəti var: "Dövlət büdcəsinin icrasına daha dəqiq yanaşmalıyıq. Bir sıra hökumət üzvlərini çağırmalıyıq ki, suallarımıza cavab versin. Hazırda Mərkəzi Bankın rəhbərliyi burada yoxdur. Düzdür, 2019-cu ildə uçot dərəcəsində enmələr baş verdi. Ancaq 2019-cu ildə bank sistemində ciddi irəliləyişə nail ola bilmədik. Problemlər hələ də qalmaqdadır. Yüksək faiz dərəcələri, istehlak kreditlərinin qalıb. Bu da real sektorunun inkişafına təsir edib. Mərkəzi Bank 2020-ci ildə həm uçot dərəcəsi, həm də real sektorun inkişafına diqqətdə saxlamalıdır. Bu yaxınlarda 4 bank bağlandı. Bunların hamısının birlikdə əmanəti 700 milyon manatdan artıqdır. Burada söhbət ancaq əmanətlərdən gedir. Doğrudan da, həmin banklarda vəsait varmı bu qədər əmanəti qaytarmağa? Yoxsa yenə dövlət büdcəsinə müraciət edəcəklərmi? Mən açığı bankların bağlanmasının tərəfdarı olmamışam. Bunların birləşdirilməsi prosesi olmalıydı. İnsanlar kifayət qədər iş yerlərini itiriblər".
V. Əhmədov həmçinin, insanların içməli su, o cümlədən, suvarma sistemləri ilə bağlı problemlərinin həlli üçün Maliyyə nazirinin ölkə başçısına məruzə etməsini istəyib.
Deputat sonra ölkədə ixracın yox səviyyəsində olduğunu vurğulayıb: "Sadəcə, neft və bir-iki kənd təsərrüfatı məhsulu ixrac edirik. Qalan heç bir sahədə, xüsusilə də, sənayedə ixrac yoxdur. Bu gün ixrac üçün Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var".шаблоны для dle 11.2
02-06-2020 14:34 Baxılıb: 2780    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}