“İrəvan 99 illiyinə ermənilərə verilmişdi, müqavilə 3 ildir bitib” – Mühacirət Hökumətindən şok bəyanat

“29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqaz tarixində ilk dəfə erməni dövlətinin yaradıldığı gündür”.
ovqat.com xəbər verir ki, ciddi polemikalara yol açacağını güman etdiyimiz bu sözlər yeni yaradılmış Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzinin bu gün yaydığı bəyanatdandır.
İrəvanın erməniləşdirilməsinin 102-ci ildönümünün qınandığı bəyanatı olduğu kimi təqdim edirik.

Bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 102 il keçir.
1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,8 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır, ermənilər heç Qafqaz xalqı belə olmamışlar.
Daha sonra ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100 000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə yerli əhali doğma yurdundan məhrum edildi.
Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin demək olar ki hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən, əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1953-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.
Xüsusi olaraq vurğulanmalıdır ki, İrəvanın Ermənistana güzəştə gedilməsi 99 illik müqavilə əsasında və ermənilərin Naxçıvan və Qarabağ və Zəngəzura  iddialarından əl çəkməsi şərti ilə baş tutmuşdur. Lakin sonrakı tarix də göstərir ki, bu şərtlər yerinə yetirilməmiş və ermənilər Azərbaycan torpaqlarında elan etdikləri dövlətin ərazisini yenə də Azərbaycan torpaqları hesabına dəfələrlə artırmağa müvəffəq olmuşlar.
Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası olaraq bildiririk ki, İrəvan şəhəri və çevrə bölgələri ədalətsiz şəkildə, orada yaşayan əhalinin rəyi nəzərə alınmadan Ermənistana güzəştə gedilmişdir. Biz bunu qəbul etmirik. Ermənistanı indiki əraziləri ilə tanımırıq və torpaqlarımızın geri qaytarılması və Qərbi Azərbaycan kökənli insanların pozulmuş hüquqlarının bərpa edilməsini tələb edirik. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq və bizlər dədə-baba yurdlarından deportasiya edilmiş insanlarımızın öz tarixi yurdlarına qayıdışını təmin edənədək və ədaləti bərpa edənədək mübarizəmizi davam etdirəcəyik.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəziшаблоны для dle 11.2
29-05-2020 08:56 Baxılıb: 6180    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}