Hacı İbrahimin MİLYONYARIMINI MƏNİMSƏYƏN BAŞ MÜHASİB hakim qarşısında - AFRİKADA GİZLƏNİRMİŞ

Hacı İbrahim Nehrəmliyə qarşı dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.
Külli miqdarda dələduzluqda ittiham edilən Vaqif Bağırov Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İstintaq orqanının təqdimatına əsasən, V.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Məlum olub ki, V.Bağırova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olan Vaqif Bağırov İnterpol xətti ilə axtarışa verilib.
O, Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasibi olub.
Hacı İbrahim bildirib ki, İnterpol xətti ilə axtarışa verilən V. Bağırov "Avesta" konsernində uzun müddət baş mühasib işləyib. Daha sonra dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyərək qaçıb.
İş adamı söyləyib ki, V.Bağırov qaytaracağını deyərək notarius yolu ilə məndən 1,5 milyon manat pul alıb.
H.İbrahim Vaqif Bağırovun Afrikaya qaçdığını deyirdi. /musavat.com/шаблоны для dle 11.2
23-05-2020 22:35 Baxılıb: 4870    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}