“Ramiz Mehdiyev dövlətə xəyanət edirdi və müxalifəti maliyyələşdirirdi”


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-yə müsahibəsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında şok ittihamlar səsləndirib.
O akademiki korrupsiyada və müxalifəti maliyyələşdirməkdə günahlandırıb.
H.Hacıyev bildirib ki, Ramiz Mehdiyev prezident olmaq istəyirdi: “Dəfələrlə deyirdi ki, mən prezident olmalıyam, gətirdilər bunu hardan çıxardılar?! Çox təhqiredici fikirlər işlədirdi. Prezidentə böyük xəyanət edirdi. Mən dəfələrlə dedim ki, bu adam prezidenti nüfuzdan salmaq üçün imkan vermir prezidentə Azərbaycan xalqının səsi çatsın, imkan vermir xalqdan gələn şikayət ərizələri prezidentə çatsın, imkan vermir prezidenti sevən adamlar onun ətrafında olsunlar”.
Partiya sədrinin sözlərinə görə, məhz Ramiz Mehdiyevin sayəsində ölkəni rüşvət bürümüşdü: “Gördünüz ki, o aralanandan sonra, -düzdür indi onun komandasının əksəriyyəti ordadır-, nələr baş verdi? Görürsüz prezident deyir hər şeyi indi bildim, məktublar mənə çatmırdı, xalqın səsini eşitmirdim. Niyə qoymurdu? Arxayın olmuşdu, deyirdi adamdı da, oturub orda, o da belə idarə eləyirdi. Ölkəni rüşvət basmışdı. Korrupsiyaya qarşı mübarizə idarəsinin başında dururdu, rüşvətin də yekəsi idi”.
H.Haciyev onu da deyib ki, müxalifətin mitinqlərinin bir çoxunu Ramiz Mehdiyev təşkil edirdi: “Azərbaycan müxalifətini maliyyələşdirirdi. Mən bir fakt deyim. Yadınıza gəlir Fəvvarələr Meydanında keçirilən mitinq? Kim eləmişdi? Ramiz Mehdiyev! Əli Kərimlini bağa kim çağırmışdı, göstəriş vermişdi? Kim çağırmışdı Cəmil Həsənlini bağa, göstəriş vermişdi gedin qalxın?.. Mən deyirdim ölkə əldən gedir. Niyə indi olmur o mitinqlər?!”
Hafiz Hacıyev həbs olunan icra başçılarından da danışıb. Jurnalistin “Prezident son çıxışlarının birində dedi ki icra başçıları pul verib vəzifəyə gəliblər. Bu pulu kimə veriblər?”- sualını partiya sədri belə cavablandırıb: “Bu pulu hörmətli akademik Ramiz Mehdiyevə veriblər! Onu da yığan bu gün aparatda yenə həmin adam oturub orda! Bunu görmürlər? Cənab prezident çox haqlı dedi ki, pul verən adam neyləməlidi, gedib pulunu çıxartmalıdı da! Əgər yarım milyon, bir milyon verib rayon icra hakimiyyətinin başısı gedirsə, əgər hər ay kurator onun haqqını gətirib bura çatdırırsa, burda bölürlərsə, prezident hardan bilsin bunlar nə qələt eləyir?! Bəyəm prezident bir nəfərdi?!”
шаблоны для dle 11.2
17-05-2020 23:18 Baxılıb: 6820    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}