Bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.
pravda.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.
Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.
Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir (Cənub zonasının). Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.
Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev. Siyahının genişlənəcəyi istisna olunmur.шаблоны для dle 11.2
12-05-2020 21:53 Baxılıb: 6120    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}