İraq Hizbullahı: İŞİD-in fəallaşması ABŞ-Səudiyyə rejiminin planları ilə əlaqədardır

İraqın Hizbullah briqadalarının sözçüsü Muhəmməd Muhyi İraqın müxtəlif bölgələrində İŞİD terrorçularının yenidən fəallaşmasının ABŞ-Səudiyyə rejiminin layihələri çərçivəsində reallaşdırıldığını bildirib.
Deyerler.org xəbər verir ki, İRNA-ya açıqlama verən Muhəmməd Muhyi, ABŞ və Səudiyyə rejiminin öz siyasi tələblərini İraqa diqtə etmək məqsədilə son dövrdə İŞİD terrorçularını hərəkətə keçirdiyini qeyd edib. “Bu proseslər özbaşına olmur. Bəzi regional və beynəlxalq kəşfiyyat təşkilatları sözügedən terroruçulara dəstək verirlər”, - deyə o, bildirib.
İŞİD-in yenidən güclənməsində səudiyyəlilərin rolunun böyük olduğunu bildirən Hizbullah briqadalarının sözçüsü, İŞİD-in fəallığının son dövrdə İraqın bəzi şəhərlərində etiraz nümayişlərini yönləndirərək dağıdıcı cəhdlər edən bəzi dəstələrin təşəbbüsləri ilə əlaqəli olduğunu vurğulayıb.
O həmçinin ABŞ-ın İraqa yeni siyasi şərtlərini məcbur edərək, ölkəni öz nəzarəti altına saxlamaq istədiyini, bu məzmunda Əl-Həşduş Şəbi qüvvələrini aradan qaldırmağı hədəf seçdiyini bildirib.
Muhyi İŞİD terrorçularının İraqın təhlükəsizlik qüvvələri və Əl-Həşduş Şəbinin meydanda güclü olması səbəbi ilə artıq İraqda heç bir nöqtəni işğal edə bilmədiyini qeyd edib.
шаблоны для dle 11.2
07-05-2020 20:38 Baxılıb: 5110    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}