ABŞ-ın Əfqanıstanda, İraqda, Pakistanda "terrorla mübarizəsi" yarım milyon insanın ölümünə səbəb olub

ABŞ terrorla mübarizə adı ilə son 17 ildə İraq, Əfqanıstan və Pakistanda təxminən yarım milyon insanı ölümünə səbəb olub

ABŞ Corc Buşun prezident olduğu 2001-ci ildə 11 sentyabr Nyu-York terrorunda təxminən 3000 nəfərin ölümündən sonra 2001-ci il oktyabrın 7-də Əfqanıstana işğal edərək terrorla mübarizəyə başlayıb. ABŞ rəsmiləri hücumların 19 "ƏIl-Qaidə" terrorçusu tərəfindən həyata keçirildiyini iddia edib. Lakin bir çox ekspertlərin bu terror hadisəsi barədə sorğuları cavabsız qalıb. Onlar bildiriblər ki, ABŞ hökuməti daxilində keçmiş vitse-prezident Dik Çeyni ABŞ-ın müharibə maşınını sürətləndirmək və sionist İsrail rejiminə dəstək vermək məqsədilə 11 sentyabr hücumunu həyata keçiriblər.
Hücumdan sonra ABŞ və onun müttəfiqləri Əfqanıstanı işğal edib və Vaşinqton Pakistan daxilində hava hücumlarının sayını artırıb.
2003-cü ilin əvvəlində isə ABŞ Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olduğunu bəhanə edərək, İraqı işğal etdi. Baxmayaraq ki, İraqda belə silah yox idi.
"Brown" universitetinin "Watson" beynəlxalq və ictimaiyyətlə əlaqələr institutunun tədqiqatına əsasən, "terrorla mübarizədə" İraq, Əfqanıstan və Pakistanda təxminən 507 min nəfər həlak olub. Araşdırmada qurbanların çoxunun dinc sakin olduğu qeyd edilib. Əlbəttə ki, faktiki olaraq ölənlərin sayı daha yüksəkdir.
Tədqiqatın nəticələrinə əsasən, 2016-cı ildə ölümlərin sayı 110 min artıb. Əfqanıstanda ölənlərin sayı 2018-ci ilin oktyabr ayından etibarən Əfqanıstan təhlükəsizlik qüvvələri, dinc sakinlər və "Taliban" terrorçuları da daxil olmaqla, təxminən 147 min nəfərdir. "Terrorla mübarizədə", həmçinin Pakistanda 65 min nəfər, o cümlədən 90 ABŞ podratçı, təxminən 9 min yerli təhlükəsizlik personalı və 23 min dinc sakin həlak olub.
Araşdırmada ABŞ-ın İraqda indiyə kimi 295 min nəfəri öldürüyü açıqlanıb.

eastnews.org

19-11-2018 11:34 Baxılıb: 450    
Şərh bildir