BU ÖLKƏNİN KANALİZASİYA QUYUSUNDAN DA NEFT ÇIXIR, AMMA... - Əhalisi çətin durumda, benzinin qiyməti kəllə-çarxda...

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb. Neft kanalizasiya xətti ilə evlərə dolub. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar. Onlar evdə oturmağın mümkün olmadığını deyirlər.
Paytaxtın Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.
Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.
Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.
Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar.

12-10-2018 15:00 Baxılıb: 200    
Şərh bildir