Gürcü kəşfiyyatçı Cənubi Qafqazdakı gizli ABŞ laboratoriyalarının sirrini açır - BAKTERİOLOJİ SİLAH MƏRKƏZLƏRİ

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze “Russia Today”ə verdiyi müsahibədə ekspertləri Tbilisidəki Amerika laboratoriyasının faliyyəti ilə bağlı sənədləri öyrənməyə çağırıb. 
Bundan öncə o, 2011-ci ildə açılmış Luqar adına Mərkəzdə ABŞ-ın insanlar üzərində təcrübələr aparması və bakterioloji silahı sınaqdan keçirməsi hallarını sübuta yetirə biləcək sənədləri dərc etmişdi.
Giorqadzenin sözlərinə görə, əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib. Həmin sənədlərdə Giorqadze və köməkçiləri bir gün içində 24 nəfərin ölümü barədə məlumatlar aşkarlayıblar. Eyni zamanda, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Giorqadze vurğulayıb ki, yaranmış vəziyyətə diqqət cəlb etməyə və beynəlxalq araşdırmanın aparılmasına nail olmağa çalışır.
Kəşfiyyatçı müsahibəsində bildirib ki, laboratoriya rəsmən 2011-ci ildə açılsa da, 2004-cü ildən qurulub. Onun açılışında Gürcüstan hakimiyyətinin nümayəndələri və ABŞ müdafiə nazirinin müavini iştirak ediblər. Adəti üzrə, bu cür laboratoriyalar Hərbi təhlükənin ixtisarı üzrə Agentliyin (Defense Threat Reduction Agency, Kütləvi qırğın silahları ilə mübarizə üzrə ABŞ Müdafiə Nazirliyinin idarəsi – red.) bayrağı altında qurulur. Bu, Pentaqonun struktur bölməsidir. Lap əvvəldən həmin laboratoriyanın yaradılması, açılışı və fəaliyyəti ilə bağlı müxtəlif şayiələr dolaşırdı, yerli miqyasda araşdırmalar aparılırdı. Yaxınlıqda yaşamış və yaşayan insanlarda həyəcan və təhlükə hissi doğurmuşdu. Laboratoriya keçmiş Rusiya hərbi bazasının ərazisində - Tbilisidən 17 kilometr aralıda Alekseyevka adlanan kənddə yerləşir.
“Russia Today”in “2013-cü ildə Riçard Luqar Mərkəzinin bağlanması və Gürcüstan hökumətinin tabeliyinə keçməsi” ilə bağlı sualına cavab olaraq Giorqadze deyib ki, bu məlumat o qədər də səhih deyil. Onun sözlərinə görə, yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk addımlardan biri laboratoriyanın ABŞ-ın yurisdiksiyasından çıxarılaraq Gürcüstan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi olub. Səbəb isə əhalinin narahatlığı idi. 2018-ci ildən başlayaraq laboratoriyanın maliyyələşdirilməsi də Gürcüstan tərəfinə keçəcək.
Keçmiş nazir qeyd edib ki, hazırda laboratoriyada çalışan 50 nəfərdən cəmi 6-sı ABŞ mütəxəssisləridir, yerdə qalanları gürcüstanlılardır.
Giorqadze əlavə edib ki, 1990-cı illərdə analoji laboratoriya Rusiyada da fəaliyyət göstərib və prezident Putinin hakimiyyətə gəlməsindən dərhal sonra bağlanıb. “O ki qaldı postsovet məkanına... Bu sirr deyil, açlq mənbələrdə də var. Belə laboratoriyalar Cənubi Qafqazda və MDB məkanında mövcuddur”,- Giorqadze deyib.

16-09-2018 17:15 Baxılıb: 920    
Şərh bildir