Husi snayperlərinin Səudiyyə əsgərlərini “ovlaması” səhnələri

Yəmənin “Ənsarullah” hərəkatının əsgərləri Səudiyyə ordusuna qarşı hərbi əməliyyatları davam etdiriblər. Husilər Yəmən sərhədi yaxınlığında Səudiyyə Ərəbistanı mövqelərini hədəfə alıblar.

Onlar Yəmən sərhədində yerləşən Cizan və Asir əyalətlərində Səudiyyə Ərəbistanının əsgərlərinə qarşı hücuma keçiblər. Hücum zamanı Səudiyyə əsgərləri çox sayda itki veriblər.

Husilərin rəsmi media qanadının yaydığı məlumata görə, snayperlər Səudiyyə Ərəbistanının cənubundakı genişmiqyaslı hücum zamanı krallıq rejiminin çox sayda əsgərini zərərsizləşdiriblər.

Hücumların əksəriyyətinin Asir və Cizan əyalətlərinin dağlıq rayonlarında baş verdiyi bildirilib.

29-08-2018 13:11 Baxılıb: 1130    
Şərh bildir