“Siz ruslarla müharibəyə başlamaq istəyirsiniz? Siz dəlisiniz?!”

Avqustun sonlarında Britaniyanın məşhur “Pink Floyd” rok-qrupunun əsasını qoyanlardan biri Rocer Uoters “Us+Them” dünya turu çərçivəsində Rusiyaya səfər edəcək. Virtualaz.org xəbər verir ki, qrup Moskva və Sankt-Peterburqda şou göstərəcək. Səfər və konsert ərəfəsində əfsanəvi musiqiçi “İzvestiya” qəzetinə müsahibə verib, Qərbin Rusiya ilə münasibətlərinin indiki kimi gərgin olduğu, bir-birinin ardınca sanksiyaların tətbiq edildiyi bir vaxtda Rusiyaya səfərinin məqsədini açıqlayıb. Musiqiçi deyib ki, Rusiyanın demonlaşdırılmasına qarşı çıxır, məqsədi ruslarla amerikalıları birləşdirməkdir.
Rocer Uoters Skripalların zəhərlənməsi işinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları da tənqid edib. Bildirib ki, bu “nonsensdir” və “başının yarısı işləməyən” adama da aydındır ki, Skripalların zəhərlənməsinin arxasında Rusiyanın dayanması “tamamilə boş şeydir”.
“Mən bütün dünyaya demək istəyirəm: “Siz ruslarla müharibə başlamaq istəyirsiniz? Nədir, siz dəlisiniz? Heç olmasa bilirsiniz kiminlə üzləşmisiniz? Ruslar sizi 20 milyon vətəndaşlarının həyatı hesabına faşistlərdən xilas ediblər! Onlar sizə pis nə ediblər? Ümumiyyətlə siz nədən danışırsınız?”-britaniyalı rok musiqiçi bildirib.
Onun fikrincə Ukraynanın indiki vəziyyətə düşməsində də Rusiyanın günahı yoxdur. Bütün günahlar ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nulanddadır. O hər şeyi təşkil edib, indi isə ölkə iki yerə parçalanıb. “Mən bilmirəm Ukrayna bu vəziyyətdən necə çıxacaq, amma bunlara görə Rusiyanı günahlandırmaq gülməlidir”- musiqiçi bildirib.
27-08-2018 16:06 Baxılıb: 1440    
Şərh bildir