Aydın Məmmədovun qardaşı oğlunun 7-ci sinif şagirdini zorlaması ilə bağlı

Daxili İşlər Naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət:
 
"Lənkəran rayon Azərişıq regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elmin Elman oğlu Məmmədov Lerikdə 7-ci sinif qız şagirdini dəfələrlə şantaj edərək zorlayıb. Qız 4 aylıq hamilədir. Atası vəzifəli olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etməyə nail olur. Ailə isə çıxış yolu olaraq rayondan qaçmağı seçib. Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağı, cinayətkarların yaxalanmasını tələb edirik".
 
Oxucularımızdan xahiş edirik müraciəti sosial şəbəkələrdə maksimum paylaşın, ictimailəşsin. Dəfələrlə sosial şəbəkələr vasitəsilə ciddi problemlərin həllinə nail olmuşuq. Belə məsələlərə biganə qalmaq olmaz!
 
https://www.facebook.com/HamamTimes/photos/a.983080255051303.1073741825.243326602360009/2574985785860734/?type=3
09-08-2018 14:21 Baxılıb: 200    
Şərh bildir