Kürdlər: Bu iqamətgah da bizimdir, Azərbaycan da!

Azərbaycanlı fəhlə təhqir olunduğuna görə kürd iş icraçısını baltaladı

Dövlət başçısı İlham Əliyev üçün yeni tikilən iqamətgahda qanlı hadisə baş verib. Aprelin 30-da azərbaycanlı fəhlələrdən biri milliyyətcə kürd olan iş icraçısına əvvəlcə bıçaqla, daha sonra balta ilə zərbələr endirib. İş icraçısı ölmücül halda xəstəxənaya çatdırılıb.
“Azadlıq”a daxil olan məlumata görə, həmin fəhlənin iş icraçısına qarşı amansızlığına səbəb hər gün təhqirlərə məruz qalması olub. Məlumatlarda deyilir ki, iş icraçısı həmin fəhlə də daxil olmaqla bütün azərbaycanlı fəhlələrə qarşı heyvani münasibət bəsləyirmiş. Onun bu cür rəftarı azərbaycanlı fəhlələləri cana doydurubmuş. Nəhayət, fəhlələrdən biri buna son qoymaq qərarına gəlib.
Məlumatlarda həmçinin vurğulanır ki, iqamətgahın tikintisində çalışan kürd əsilli Türkiyə vətəndaşları da azərbaycanlı fəhlələrlə yola getmir. İş zamanı tez-tez azərbaycanlı fəhlələrə sataşaraq insident yaradırlar. Azərbaycanlı fəhlələrin azlıq təşkil etməsi, həmçinin rəhbərlikdə də kürdlərin olması kürd fəhlələrini daha da cəsarətləndirir.
Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, kürd fəhlələr azərbaycanlı həmkarları qədər zəhmətə qatlaşmasalar da, onlardan dəfələrlə artıq əmək haqqı alırlar. Rəhbərlikdə çalışan kürdlər və kürd fəhlələr tez-tez belə ifadə işlədirlər: Bu iqamətgah da bizimdir, Azərbaycan da.
Kürd fəhlələr həmçinin deyirlər ki, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan kimi türkdilli dövlətlərdə onlara münasibət heç də yaxşı deyil: “Bizim kürd olduğumuzu bilən kimi işdən çıxarırdılar. Amma Azərbaycanda belə deyil. Bu ölkənin rəsmilərindən də, sahibkarlarından da yüksək qayğı və sevgi görürük”,- deyə kürd fəhlələr tez-tez azərbaycanlı fəhlələrin yanında qürrələnirlər.

azpress.info

10-07-2018 08:12 Baxılıb: 1920    
Şərh bildir