Sionist qrantı yeyənlər qorxuya düşüb: Ziyarətgahlar bağlansın, mollalara pul verilməsin, dini bayramlar təqvimdən çıxırılsın

Uzun illərdir xalqa divan tutan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı xalqın verdiyi cavab, Qərbdəki sionistlərdən qrant alaraq sionizmə xidmət edən bəzi müxtəxorları qorxuya salıb. Bu səbəbdən də Azərbaycandakı bəzi sionist ruporları KİV-lərdə ağız-ağıza verib Elmar Vəliyevə edilən hücumu İslam dini ilə bağlayır, zalım icra hakiminin qisasını sadə xalqdan almağa çalışırlar.
Belə müxtəxorlardan biri, Vəhdət Partiyası sədr müavini Vasif Əfəndiyev isə daha da uzağa gedərək deyir: “İslam dini ilə bağlı bir sıra islahatlar həyata keçirilməlidir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə  hücumun “İmam Hüseyn qisası” kimi dəyərləndirilməsi ilə bağlı yayılan videogörüntülər də buna əsas verir”.
Partiya rəsmisi dini islahatlara yönəlik təkliflərini də verib: “Hesab edirəm ki, ilk növbədə İran və Səudiyyə Ərəbistanından ixrac edilən təriqətçi dini ideologiyanın qarşısı sərt şəkildə alınmalıdır. Digər yandan, axund və imamların rəsmi vəzifələri ləğv edilməli, onların maliyyələşdirilməsi dayandırılmalıdır. Növbəti addımda pirlər və ziyarətgahların bağlanılması ilə yanaşı, məscidlər elmi kitabxanalara çevrilərsə bu daha yaxşı olardı. Paralel olaraq, kütləvi dini tədbirlər qadağan olunmalı, dini bayramlar təqvimdən çıxarılmalı və həmin günlər iş günləri elan olunmalıdır”. 
Vasif Əfəndiyev təklif edir ki, “Qurani-Kərim” kitabı əsasında ədalət və humanizmi təbliğ edən seçmə ayələrdən tərtib olunmuş “Kiçik Quran” kitabçası nəşr olunsun və müsəlmanlara evlərində mənəvi ehtiyaclarını ödəməsi üçün təminat yaradılsın: “Eyni zamanda, dini məsələlər yalnız dövlətin vəzifələndirdiyi strukturlara tapşırılsın”.

ru.truthngo.org

08-07-2018 18:20 Baxılıb: 520    
Şərh bildir