Maksim Şevçenko: Hazırda Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi Azərbaycandır

Rusiyanın KİV və informasiya sahəsi Qafqaza və Rusiyanın türk dünyası ilə əlaqələrinə qarşı olan güclərə məxsusdur. Bu barədə Cocuq Mərcanlı kəndində  keçirilən “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda çıxışı zamanı tanınmış ictimai xadim Maksim Şevçenko deyib. Onun sözlərinə görə, Qafqazfobiya və türkfobiya Rusiya siyasətinə mane olur.
“Mədəniyyətlərarası ziddiyyət müharibənin müasir alətidir” deyən M.Şevçenko hazırda Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqinin Azərbaycan olduğunu söyləyib: “Lakin regionda daha bir vacib respublika var – bu Gürcüstandır. Azərbaycan-Gürcüstan-Rusiya üçbucağı gələcəkdə bölgədə sülhün təməli olmalıdır”.
Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Rusiya Federasiyası, İzborsk Klubudur.
Qeyd edək ki, Moskvada 2017-ci ilin sentyabrında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfrans keçirilib.

04-07-2018 20:27 Baxılıb: 1730    
Şərh bildir