Rusiyalı deputatar və ictimai xadimlər Azərbaycan ordusunun səngərlərində

“Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransının iştirakçıları cəbhə xəttində Lələtəpə strateji yüksəkliyini ziyarət ediblər.
Xatırladaq ki, 1994-cü ilin fevral ayında gedən döyüşlər nəticəsində Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyi üzərində nəzarəti ələ keçirmişdilər və bu ərazi qondarma “DQR”in Hadrut rayonunun tərkibinə daxil edilmişdi. 2016-cı ilin aprel ayında hərbi toqquşmaların nəticəsində Azərbaycan Silahlı Qüvvələri yüksəkliyə nəzarəti ələ keçirdilər. Ərazi Azərbaycanın Cəbrayıl rayonunun tərkibinə qaytarılıb.
Cocuq Mərcanlı kəndində konfrans başa çatdıqdan sonra Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, ictimai xadim Maksim Şevçenko və məşhur hərbi ekspert İqor Korotçenko Lələtəpə strateji yüksəkliyinə qalxdılar.
Konfrans iştirakçıları bu mövqelərdə xidmət göstərən Azərbaycan SQ şəxsi heyəti ilə görüşüblər, hərbi növbətçilik şəraiti ilə tanış olublar, həmçinin hərbçilərin kazarmalarında olublar. Görüşün sonunda rusiyalı deputatlar və ictimai xadimlər azərbaycanlı əsgərlərə uğurlu xidmət arzulayıblar.
Rusiyalı deputatları və ictimai xadimləri virtualaz.org-un əməkdaşları müşayiət ediblər. /virtualaz.org/

 

 

 

04-07-2018 12:47 Baxılıb: 4040    
Şərh bildir