İcra başçısı diz çökərək göyərtisatan qadından üzr istədi

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Mazandaran əyalətinin Tonekabon şəhəri icra başçısı, satdığı göyərtiləri icra işçiləri tərəfindən suya atılan qadından üzr istəyib. Ötən həftə İranda icra məmurları tərəfindən göyərtisatan qadına qarşı edilən hərəkət sosial mediada yayılmışdı. Sosial şəbəkə istifadəçiləri icra məmurlarının addımını tənqid etmişdilər. Hadisədən sonra narahat olan icra başçısı qadını qəbul edərək, qarşısında diz çöküb və ondan üzr istəyib. İcra başçısı qadına bildirib ki, icra məmurları cəzalanırılıb və işdə çıxarılıb. İcra başçısıın tövsiyələrini dinləyən qadın işdən çıxarılan işçiləri bağışladığını bildirərək, onların işlərinə geri dönməsinin təmin edilməsini istəyib.

09-04-2018 10:28 Baxılıb: 400    
Şərh bildir