Putin: “Siz ümumiyyətlə, adamsınız?”

Rusiya prezidenti Vladimir Putin bu günkü mətbuat konfransında ABŞ senatorlarının və konqresmenlərinin Rusiyanı Şimali Koreya və İranla tərəzinin eyni gözünə qoymasını sərt ifadələrlə tənqid edib.
Virtualaz.org xəbər verir ki, Putin bu barədə jurnalistlərdən birinin Rusiyanın Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq danışıb. “Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardırlar, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz ümumiyyətlə, normal adamsınız?”- Putin amerikalılara xitabən bildirib.
Putin əlavə edib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır və baş verənləri düzgün hesab etmir. Onun fikrincə, tərəflər bir-birlərini təxribata çəkməyi dayandırmalıdır. Putin ABŞ-ı Şimali Koreyaya zərbə endirmək fikrindən daşınmağa çağırıb, deyib ki, əgər ABŞ bu ölkəni vursa nəticə fəlakətli olacaq. Hətta zərbə nüvə silahı ilə endirilməsə belə.
“Haranı vuracaqsınız axı? Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilir ki, Şimali Koreyada hansı hədəflər var? Bir raket zərbəsi kifayətdir ki, nəticə fəlakətli olsun”- Rusiya prezidenti xəbərdarlıq edib. /virtualaz.org/
15-12-2017 18:37 Baxılıb: 3400    
Şərh bildir